GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Qazaxıstanda son vəziyyət: Almatıda atışma başladı

Qazaxıstanda son vəziyyət: Almatıda atışma başladı

Tarix: 6-01-2022, 10:33 Bölmə :Dünya Baxış: 266

Qazaxıstanın Almatı şəhəri meriyasının qarşısındakı Respublika meydanında hərbçilərlə silahlı şəxslər arasında atışma başlayıb.


Gundemxeber.Az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

"Meydana hərbçilər gəldi, iğtişaşçıların "təmizlənilməsi” əməliyyatı başladı. İntensiv atışma gedir”, - TASS-ın əməkdaşı bildirib.

Öz növbəsində "Sputnik.kz” da teleqram kanalında şəhərdə atışmanın getdiyi xəbər verib: "Meydanda atışma gedir”.

Qeyd edilir ki, meydana 50-yə yaxın hərbi texnika, o cümlədən BTR, hərbçilərlə dolu yük avtomobilləri cəlb olunub və meydan mühasirəyə alınıb.

Ölkədə bütün maliyyə təşkilatları antiterror əməliyyatı və internetdə fasilələr fonunda fəaliyyətini dayandırıb. Bu barədə "Xabar 24” telekanalı Milli Bankın mətbuat katibi Oljas Ramazanova istinadən xəbər verib.
"Qazaxıstan Respublikasının Maliyyə Bazarının Tənzimlənməsi və İnkişafı Agentliyi və Qazaxıstan Milli Bankı hüquq-mühafizə orqanları tərəfindən antiterror əməliyyatlarının aparılmasını və internetdə müvəqqəti fasilələri nəzərə alaraq, bütün maliyyə təşkilatlarının fəaliyyətinin müvəqqəti dayandırılması barədə məlumat verir”, - Ramazanov bildirib.

O qeyd edib ki, bu tədbir həm də maliyyə qurumlarının əməkdaşlarının və müştərilərinin sağlamlığının və həyatının qorunmasına yönəlib.

"Sputnik Qazaxıstan” isə xəbər verib ki, səhər saatlarında Almatı küçələrində etirazçılar olmayıb. Agentliyin məlumatına görə, şəhərdə çoxlu mağazalar qarət edilib, şüşələr sındırılıb, işıqforlar yerindən çıxarılıb. Qeyd edilir ki, PDM-lər və zirehli maşınlar Almatının mərkəzində talançıları əhatəyə alıb. Məlumata görə, şəhərin küçələrində talançılara qarşı xüsusi əməliyyata başlanılıb. Əməliyyatda güc strukturlarının əməkdaşları ilə yanaşı hərbçilər da iştirak edir.

İğtişaşlar zamanı şəhərə külli miqdarda ziyan dəyib, radikallar inzibati binaları və avtomobilləri yandırıblar. Mağazaların və bankomatlarln şüşələri sındırılıb. Talançılar eyni zamanda şəhərin bir neçə iri ticarət mərkəzini qarət ediblər.

Nur-Sultanda bütün inzibati binalar gücləndirilmiş mühafizəyə götürülüb. Eyni zamanda paytaxtda bütün aviareyslər yerli vaxtla saat 12-dək (Bakı vaxtı ilə saat 10:00-a qədər-red) təxirə salınıb.

Axşam saatlarında Almatı şəhərində təşkil olunan antiterror xüsusi əməliyyatı zamanı daha əvvəl etirazçılar tərəfindən ələ keçirilən hava limanı azad edilib. Bu barədə şəhər administrasiyası rəhbərinin müavini Yerjan Babakumarov bildirib.

"Şəhərdə xüsusi antiterror əməliyyatı başlayıb. Hava limanı azad olunub. O, adi iş rejiminə keçir", - Babakumarov jurnalistlərə deyib.

"Zakon.kz" portalı əməliyyat zamanı 2 hərbi qulluqçunun həlak olduğunu bildirib. 

Qazaxıstanın bölgələrində baş verən iğtişaşlar nəticəsində 8 polis əməkdaşı və Milli Qvardiyanın əsgəri həlak olub, 317 nəfər yaralanıb. Bu barədə respublika Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

"Nizamsızlıq edən kütlənin əlindən qanun-qaydanı və əhalinin sağlamlığını təmin edən asayiş keşikçiləri, həkimlər, həmçinin sadə vətəndaşlar, eləcə də yaşlı insanlar, yüzlərlə insan zərər çəkib. 317 polis əməkdaşı və Milli Qvardiyanın hərbi qulluqçusu yaralanıb, səkkiz nəfər həlak olub”, - xəbərdə deyilir.

Bu arada Azərbaycan Respublikasının Qazaxıstandakı səfirliyi bu ölkədə yaşayan soydaşlarımıza müraciət edib. Müraciətdə deyilir:
"Əziz vətəndaşlarımız!

Bildiyiniz kimi, cari ilin 19 yanvar tarixinədək bütün Qazaxıstan Respublikası ərazisində fövqəladə vəziyyət elan edilmişdir. Vətəndaşlarımızın rəsmi məlumatları izləməyi və insanların kütləvi şəkildə toplaşdıqları ərazilərdən çəkinməyi məsləhət olunur”.

Xatırladaq ki, Qazaxıstanda kütləvi etirazlar 2022-ci ilin ilk günlərində başlayıb. Daha sonra ölkənin qərbində neft hasilatı regionu Mangistau vilayətinin Janaozen və Aktau şəhərlərinin sakinləri sıxılmış neft qazının qiymətinin iki dəfə artırılmasına qarşı çıxıblar, etirazlar sonra digər şəhərlərə də yayılıb. Yanvarın 4-ü və 5-də respublikanın əvvəlki paytaxtı Almatıda təhlükəsizlik qüvvələri ilə toqquşmalar baş verib. Ölkənin hər yerində internet bağlanıb, bir sıra telekanalların yayımı müvəqqəti dayandırılıb

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Qazaxıstanın Almatı şəhərində hərbçilərlə silahlı şəxslər arasında atışma başlayıb

    Qazaxıstanın Almatı şəhərində hərbçilərlə silahlı ...

    6-01-2022, 10:13

  • 
  • Cəbhədə güclü atışma başladı

    Cəbhədə güclü atışma başladı ...

    12-01-2015, 02:51

  • 
  • Qazaxda atışma başladı

    Qazaxda atışma başladı ...

    8-08-2014, 03:15

  • 
  • Qərvənddə də atışma başladı

    Qərvənddə də atışma başladı ...

    4-08-2014, 01:53

  • 
  • Qroznıda atışma olub, 5 nəfər ölüb

    Qroznıda atışma olub, 5 nəfər ölüb ...

    13-10-2020, 10:33


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (261)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu