Gundemxeber.az » Dünya » Putin Rusiyanı zərbə qarşısında qoydu: “SSRİ-ni bərpa etmək istəsə...”
“Putinin məntiqinə görə, əgər Amerikanın vassalları varsa, ərazicə dünyanın ən böyük ölkəsi – Rusiyanın da vassalları olmalıdır”.
Gundemxeber.Az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
Ekspert Rusiyanın imperiya siyasətinin bir sıra ölkələri Kremlin hədəfinə gətirdiyini bildirib:
“Rusiya Prezidenti Vladimir Putin keçmiş “SSRİ-ni bərpa etmək” istəyirsə, deməli hələ uzun müddət hakimiyyətdə qalacaq. Çünki “SSRİ-nin bərpa çalışmaları”na uzun zaman lazımdır. Bunun üçün həm hədəf seçilən dövlətlərin parçalanması sürətlənməli, həm də yerlərdə tərəfdar qrupları fəallaşdırılmalıdırlar. Kremlin birinci hədəfi Ukraynadır. Qazaxıstandakı olaylar Kremli ikinci istiqaməti də fəallaşdırmağa sövq edir. Növbədə başqa dövlətlər də var.
Kreml sahibi Avropa dövlətlərini ABŞ-ın vassaları hesab edir və müxtəlif çıxışlarına buna eyham vurur. Vladimir Putinin məntiqinə görə, əgər Amerikanın vassalları varsa, ərazicə dünyanın ən böyük ölkəsi – Rusiyanın da vassalları olmalıdır. Sadəcə, Avropa ölkələrinin Amerika ilə strateji tərəfdaşlığı qarşılıqlı maraq üzərində qurulub. Kreml sahibi isə ətrafdakı ölkələri zorla Rusiyanın “strateji müttəfiqinə” çevirmək istəyir. Fərq bundadır”.
Elxan Şahinoğlu Rusiya liderinin planının əks effekt verə biləcəyini istisna etməyib:
“Buna baxmayaraq, “SSRİ-ni bərpa” əməliyyatının Kreml üçün bumeranq effekti olacaq. Müxtəlif ölkələrdə Rusiyanın ağalığını qəbul etmək istəyən qruplar olsa da, onlar milli qüvvələrlə üz-üzə qalacaqlar. Ukrayna, Qazaxıstan, Gürcüstan və Azərbaycandakı milli qüvvələr Rusiyanın vassalı olmaq istəmirlər. Kreml “SSRİ-nin bərpası”nı, əslində isə Rusiya imperiyasının yeni libasda zühuruna çalışırsa, qonşu dövlətlərdəki milli qüvvələrin müqavimətini də hesaba qatmaq məcburiyyətindədir”.
Gundemxeber.Az
25-05-2014, 13:14
18-01-2017, 00:24
24-03-2014, 14:54
1-09-2018, 11:57
20-01-2018, 14:53
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?