Gundemxeber.az » Dünya » PUTİN QAZAXISTANI “ÖZ EVİMİZ” ADLANDIRDI – “Döyüşçülər xüsusi təlimdən keçmişdilər”
“Öz funksiyasını yerinə yetirəndən sonra bütün KTMT kontingenti Qazaxıstan ərazisini tərk edəcək”.
Bu açıqlama ilə Rusiya Prezidenti Vladimir Putin KTMT Kollektiv Təhlükəsizlik Şurasının növbədənkənar sessiyasında çıxış edib.
"Qazaxıstandakı vəziyyət hamımıza aiddir. Qazaxıstan öz dövlətçiliyinə qarşı təhdidlə üz-üzə gəlib” - deyə, Putin bildirib.
“Qazaxıstanda Maydan texnologiyalarından istifadə edilib. Bu ölkəyə hücum təcavüz aktıdır. Buna dərhal reaksiya vermək lazım idi. Biz Qazaxıstanda beynəlxalq terrorçuluğun aqressiyasını müşahidə edirik. Döyüşçülər xüsusi təlimdən keçmişdilər. Biz göstərdik ki, öz evimizdə vəziyyəti dəyişməyə, rəngli inqilablar gerçəkləşdirməyə imkan verməyəcəyik”, - o vurğulayıb.
O əlavə edib ki, KTMT qüvvələri lazım olduğu qədər Qazaxıstanda olacaq və öz funksiyalarını yerinə yetirdikdən sonra kontingent ölkədən çıxarılacaq.
Putin həmçinin qeyd edib ki, KTMT bölmələri respublika rəhbərliyinin rəsmi müraciəti əsasında və 1992-ci il əsas Kollektiv Təhlükəsizlik Müqaviləsinin 4-cü maddəsinə tam uyğun olaraq Qazaxıstandadır.
Gundemxeber.Az
15-04-2016, 00:36
7-10-2020, 15:33
22-11-2018, 14:43
2-12-2020, 14:54
8-08-2014, 01:53
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?