GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Qazaxıstan: Baş Prokurorluq iğtişaşlar zamanı ölənlərin sayını açıqlayıb

Qazaxıstan: Baş Prokurorluq iğtişaşlar zamanı ölənlərin sayını açıqlayıb

Tarix: 17-01-2022, 10:40 Bölmə :Dünya Baxış: 286

Qazaxıstanda iğtişaşlar zamanı 4,5 mindən çox insan xəsarət alıb, morqlara 225 meyit gətirilib, ölkənin Baş Prokurorluğunun cinayət təqibi xidmətinin rəisi Serik Şalabayev bildirib.

"Indiyədək 4578 zərərçəkən qeydə alınıb, onlardan 4353 nəfər, o cümlədən güc strukturlarının 3393 əməkdaşı yaralanıb. Fövqəladə Vəziyyət dövründə morqlara 225 meyit gətirilib",- Baş Prokurorluğun rəsmisi deyib.

Onun sözlərinə görə, ölənlər arasında 19 polis və hərbçi olub.

Qazaxıstan Səhiyyə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, ölən 225 nəfərdən 175-i tibb müəssisələrində vəfat edib.

Qazaxıstanın hüquq-mühafizə orqanları tərəfindən 446 nəfər həbs olunub. "Hazırda istintaq-əməliyyat qrupu tərəfindən 546 cinayət işi araşdırılır", Şalabayev bildirib.

Onun sözlərinə görə, cinayət törətməkdə şübhəli bilinən 672 nəfər müvəqqəti saxlama təcridxanalarına yerləşdirilib.

Sənədləri yoxlanıldıqdan sonra prokurorluq orqanları tərəfindən 100-ə yaxın adam sərbəst buraxılıb.

Sülhməramlı qüvvələri daşıyan sayca 20-ci təyyarə Qazaxıstandan Rusiyaya uçub

Rusiya

ŞƏKLİN MƏNBƏYİ,TASS

Bu gün Rusiya hərbi-nəqliyyat təyyarələri Qazaxıstanı tərk edən rusiyalı hərbçiləri Moskva vilayətindəki Çkalovski aerodromuna daşımaqda davam edib.

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) kollektiv sülhməramlı qüvvələri tərkibində Qazaxıstana göndərilmiş Rusiya kontingentini geriyə daşıyan Rusiya hərbi-nəqliyyat aviasiyasının sayca 20-ci təyyarəsi (An-124 Ruslan) bu gün Almatı aerodromundan Moskva vilayətindəki Çkalovski aerodromu istiqamətində yola düşüb.

Qazaxıstandan Rusiyaya sülhməramlı qüvvələri daşıyan artıq 19 təyyarə (18 İl-76 və 1 Ruslan An-124) Moskva yaxınlığındakı Çkalovski aerodromuna qayıdı.

Həmçinin bu gün aerodromda Rusiya desant qoşunları komandanlığının iştirakı ilə sülhməramlı kontingentin təntənəli qarşılanma mərasimi keçiriləcək.

Tədbir başa çatdıqdan sonra şəxsi heyət daimi dislokasiya məntəqəsinə yollanacaq.

Tokayev Qazaxıstanda həlak olanların "dəqiq sayını" müəyyənləşdirməyi tapşırıb

Qazaxıstan

ŞƏKLİN MƏNBƏYİ,TASS

Qazaxıstan Prezidenti ölkədə baş vermiş iğtişaşlar nəticəsində həlak olanların "dəqiq sayını" müəyyənləşdirməyi tapşırıb.

Kasım-Jomart Tokayev bu tapşırığı güc strukturlarının rəhbərliyi ilə keçirdiyi müşavirədə verib, Qazaxıstan Prezidentinin mətbuat xidməti bildirib.

"Ölkədə, o cümlədən Almatıda baş verən faciəli hadisələrin hərtərəfli araşdırılması, mülki əhali arasında ölənlərin dəqiq sayının müəyyən edilməsi tapşırıb", mətbuat xidmətinin məlumatında deyilib.

Müşavirədə güc strkturlarının fəaliyyətinin "kritik vəziyyətlərdə əlaqələndirilməsinin" normativ bazasının hazırlanması, "xüsusi əməliyyat qüvvələrinin" yaradılması, həmçinin milli təhlükəsizlik sisteminin islahatına dair təkliflərin təqdim edilməsinə dair tapşırıqlar verilib.

Tokayev həmçinin antiterror əməliyyatı və istintaq hərəkətləri zamanı "vətəndaşların hüquqlarının pozulmasına yol verilməməsinin vacibliyini vurğulayıb", Prezidentin mətbuat xidməti qeyd edib.

Almatı metropoliteni yanvarın 17-dən işini bərpa edəcək

Almatı

ŞƏKLİN MƏNBƏYİ,GETTY IMAGES

Ötən həftənin əvvəlində iğtişaşlar nəticəsində fəaliyyəti kəsilmiş Almatı metropoliteni bazar ertəsi, yanvarın 17-dən işini bərpa edəcək, şəhər nəqliyyatı İdarəsinin mətbuat xidməti bildirib.

"Metropoliten yanvarın 17-də saat 07:00-dan 21:00-dək sərnişinlər üçün açıq olacaq. Qatarların hərəkət intervalı pik saatlarında 10 dəqiqə, qalan vaxt isə 13 dəqiqə təşkil edəcək. Metronun iş qrafikində gələcək dəyişikliklər barədə əlavə məlumat veriləcək", mətbuat xidməti qeyd edib.

Almatı metropoliteni olan Qazaxıstanın yeganə şəhəridir.

Elə həmin gündən şəhərdə ictimai nəqliyyat, o cümlədən trolleybuslar və şəhərətrafı marşrutlar axşam saat 21:00-dək işləyəcək.

Qazaxıstandan Rusiyaya 10 təyyarə qoşun qayıdıb

Rusiya qoşunları Qazaxıstanı tərk edir

ŞƏKLİN MƏNBƏYİ,MIL.RU

Rusiya sülhməramlılarınnı daşıyan on təyyarə Qazaxıstandan Rusiyanın İvanovo şəhərinə qayıdıb.

Qazaxıstanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sülhməramlı missiyasında iştirak etmiş Rusiya desant qoşunlarını daşıyan 10 təyyarə Rusiyanın İvanovo şəhərinin Severnı aerodromuna enib.

Bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat verib.

"Qazaxıstandan yola düşmüş və göyərtəsində KTMT kollektiv sülhməramlı qüvvələrinin tərkibindən olan Rusiya sülhməramlılarını daşıyan 10 təyyarə İvanovo şəhərinin Severnı aerodromuna enib", - məlumatda bildirilib.

Daha əvvəl Rusiya müdafiə nazirliyinə məxsusus daha iki təyyarə Moskva ətrafındakı Çkalovski aerodromunda enib. Ümumilikdə, Rusiya qoşunlarının şəxsi heyəti və texnikasının daşınması üçün 15 İl-76 və üç An-124 təyyarəsi cəlb olunub.

Qazaxıstandan sonuncu təyyarə qayıtdıqdan sonra missiyanın başa çatması ilə əlaqədar təntənəli tədbirin keçiriləcəyi nəzərdə tutulub. Sonra sülhməramlılarin daimi dislokasiya məntəqələrinə qayıdacaqları deyilir.

Ermənistan, Tacikistan və Qırğızıstanın sülhməramlıları Qazaxıstanı tərk edib

Rusiya Ermənistan Qırğızıstan Tacikistan və Belarusiya KTMT sülhməramlıları Qazaxıstandan çıxır

ŞƏKLİN MƏNBƏYİ,TASS

Ermənistan, Tacikistan və Qırğızıstandan olan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı sülhməramlılarının bölmələri Qazaxıstandan daimi dislokasiya yerlərinə yola düşüblər, TASS xəbər agentliyi bildirir.

Ermənistandan olan qüvvələrin avtomobilləri və şəxsi heyəti Rusiya Aerokosmik Qüvvələrinə məxsus 3 nəqliyyat təyyarəsi ilə Almatı hava limanından çıxarılıb, Rusiya mediası yazır.

KTMT-nin Belarusdan olan sülhməramlılarının da yüklənməni başa vuraraq Qazaxıstanın Jitıgen aerodromundan 10 təyyarə ilə Minsk-ə yola düşdüyü bildirilir.

  • Qazaxıstan: Tokayev kimdir və onun qarşısında duran 5 problem
  • Ermənistanda Paşinyanın Qazaxıstana sülhməramlılar göndərmək qərarı necə qarşılandı?

Qazaxıstanda sosial əhəmiyyətli obyektlərin mühafizəsi üzrə tapşırıqları yerinə yetirən KTMT-nin sülhməramlılarının Rusiyaya məxsus qüvvələrinin bir hissəsi "dörd ədəd İl-76MD hərbi-nəqliyyat təyyarəsi ilə Almatı aerodromundan daimi yerləşdirmə nöqtəsinə geri dönüb," - Rusiya Müdafiə Nazirliyi (MN) cümə günü xəbər yayıb.

Qurum, həmçinin, bu həftəsonu KTMT sülhməramlı qüvvələrinin Rusiya kontingentinin öz bazalarına qaytarılmasının davam etdiriləcəyini açıqlayıb.

"KTMT-nin Kollektiv Sülhməramlı Qüvvələri Qazaxıstanda vəziyyətin normallaşması üçün qısa müddətə Qazaxıstana göndərilib. Sülhməramlıların ölkədən tədricən çıxarılması yanvarın 13-də başlayıb". Rusiya MN "sülhməramlıların daimi dislokasiya məntəqələrinə qaytarılmasının bu il yanvarın 19-dək başa çatdırılmasının planlaşdırıldığını" bəyan edib.

Tacik hərbçilər bayram günləri olduğu üçün Qazaxıstanın hərbi təhsil müəssisələrində təhsil alan kursantlarını da götürərək Rusiyaya məxsus bir "İl-76" hərbi təyyarəsi ilə yola düşüblər.

Qırğızıstan sülhməramlıları isə zirehli hərbi texnikalarla təxminən 250 km-lik məsafədə dövlət sərhədinə doğru istiqamət alıblar, Rusiya mediası yazır.

Almatı

ŞƏKLİN MƏNBƏYİ,GETTY IMAGES

"Antiterror əməliyyatları başa çatıb"

Cümə axşamı günü Qazaxıstanda Almatı şəhəri, Alma-atı və Jambıl əyalətlərindən başqa bütün bölgələrində "antiterror əməliyyatları başa çatıb".

Qazaxıstanın Milli Təhlükəsizlik Komitəsi açıqlayıb ki, ölkədə terror təhlükəsinin "qırmızı" həddi ləğv olunub, İnterfax agentliyi yazır.

Eyni zamanda, məlumatda vurğulanır ki, Alma-Ata şəhəri, Alma-Ata və Jambıl vilayətlərində kütləvi iğtişaşlarda iştirak etmiş terrorçuların və digər cinayət əməllərində iştirak edən şəxslərin müəyyən edilərək tutulması istiqamətində tədbirlər davam etdirilir.

Son sutka ərzində Alma-ata əyalətində iğtişaşlarda iştirak etmiş 2 minə yaxın şəxs saxlanılıb, ərazi komendantlığı açıqlayıb.

Almatıda iğtişaşların baş verdiyi Respublika meydanı da açılıb.

İnterfax meydandan beton maneələrin yığışdırıldığını, hərbçilərin isə ərazini tərk etdiyini deyir.

Respublika meydanında yerləşən meriya binası yanvarın 5-də yandırılmışdı.

Almatı hava limanı

ŞƏKLİN MƏNBƏYİ,VALERIY ŞARIFULIN/TASS

Almatı hava limanına iğtişaşlardan sonra ilk mülki təyyarə enib.

Yanvarın 6-da Almatı hava limanına edilən hücumda hava limanı dağıdılmış, kafelərin, mağazaların, aviabilet satışı məntəqələrinin şüşələri sındırılmışdı.

Ölkədə iğtişaşlarla bağlı hava limanı fəaliyyətini bir müddət dayandırmışdı.

KTMT qüvvələri

ŞƏKLİN MƏNBƏYİ,GETTY IMAGES/VALERY SHARIFULIN

Qazaxıstan prezidenti KTMT qüvvələrinin ölkədən çıxarılacağını bildirib

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev hazırda ölkədə sülhməramlı missiya həyata keçirən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının qüvvələrinin növbəti iki gün ərzində ölkədən çıxarılmasına başlanacağını elan edib.

Yanvarın 11-də televiziya vasitəsi ilə parlamentə müraciət edən ölkə lideri bu prosesin 10 günə yekunlaşacağını bildirib, Azadlıq radiosu xəbər verib.

Qazaxıstan hakimiyyətinin tələbi ilə KTMT sülhməramlıları yanvarın 6-da ölkəyə girib.

Rusiya prezidenti Vladimir Putin Qazaxıstanda baş verənləri "ölkəyə hücum" adlandırıb və deyib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) qüvvələri orda "nə qədər lazımdırsa, o qədər" qalacaq.

Yanvarın 2-dən ölkədə sosial-siyasi tələblərlə başlayan etirazlar sonradan iğtişaşlara çevrilmiş, hökumət etirazçılara qarşı silahlı gücdən istifadə etmişdi.

Bu hadisələr Qazaxıstanın müstəqillik tarixində ən böyük miqyaslı iğtişaşlar kimi şərh olunur.

Hakimiyyətin güc istifadəsi zamanı 100-dən çox adam öldüyü, minlərlə adamın saxlandığı bildirilir.

Qırğızıstan vətəndaşları saxlanıb

Qırğızıstanın beş vətəndaşı Qazaxıstanda saxlanılıb, bu barədə yanvarın 10-da Qırğızıstan XİN-i məlumat yayıb.

Qırğızıstanın Qazaxıstandakı səfiri Dastan Duyşekeyevin sözlərinə görə, etirazların gedişində bədən tərbiyəsi üzrə məşqçi işləyən bir qırğızıstanlı vətəndaş da həlak olub.

"Səfirliyin əməkdaşları onun yerinin müəyyən edilməsi və nəşinin daşınmasıilə bağlı iş aparırlar", - Duyşekeyev Azadlıq Radiosuna bildirib.

Duyşekeyevin sözlərinə görə, Qazaxıstan güc strukturları baş vermis etirazların gedişində Qırğızıstanın nə qədər vətəndaşının saxlanıldığı barədə rəsmi məlumat açıqlamayıblar.

Qırğızıstan xarici işlər nazirliyi Qazaxıstanın muzdlu və terrorçu kimi qələmə verdiyi caz musiqiçisi Vikram Ruzaxunovun azadlığa buraxılması barədə məlumatı da təsdiqləyib.

KTMT qüvvələri Qazaxıstan

ŞƏKLİN MƏNBƏYİ,RUSIYA MÜDAFIƏ NAZIRLIYI

Şəklin alt yazısı,

Putin: KTMT qüvvələri "lazım olduğu qədər" Qazaxıstanda qalacaq

Putin: KTMT qüvvələri "lazım olduğu qədər" Qazaxıstanda qalacaq

KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının bazar ertəsi günü keçirilən fövqəladə sammitində Vladimir Putin deyib ki, qaz qiymətindən "qəzəblənənlər və silaha sarılanlar fərqli məqsədlər" güdüblər.

Putinin sözlərinə görə, hadisələr zamanı "terrorçuların xaricdəki düşərgələrində təlim keçən", "yaxşı təşkilatlanmış və yaxşı idarə olunan yaraqlı qruplarından istifadə edilib".

Rusiya Prezidenti əlavə edib ki, KTMT qüvvələri Qazaxıstanda "lazım olduğu qədər" qalacaq, lakin missiya başa çatdıqdan sonra bütün kontingent ölkədən çıxarılacaq.

Qazaxıstanda etirazlar

ŞƏKLİN MƏNBƏYİ,GETTY IMAGES

Minlərlə adam saxlanıb, 100-dən çox adam ölüb

Qazaxıstanda baş verən iğtişaşlarda iştiraka görə artıq 8 minə yaxın adam saxlanılıb, iğtişaşlar zamanı 160-dan çox adamın həlak olduğu deyilir.

Qazaxıstan Prezidentinin mətbuat xidməti məlumat yayıb ki, saxlananların "arasında xeyli sayda əcnəbi var".

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev 10 yanvar bazar ertəsi gününü ötən həftə baş vermiş etiraz aksiyalarında həlak olanlar üçün milli matəm günü elan edib.

Azərbaycan vətəndaşları təxliyə olunur

Azərbaycanın APA agentliyinin məlumatına görə, 20 Azərbaycan vətəndaşı Qazaxıstandan təxliyə edilib.

Məlumata görə, 12 Azərbaycan vətəndaşı Nur-Sultan şəhərindən Moskvaya, oradan isə Bakıya göndərilib. 8 Azərbaycan vətəndaşı isə Almatı şəhərindən quru yolla Bişkekə çatdırılıb, oradan isə Bakıya yola salınıb.

Daha 10 nəfərin təxliyə olunacağı bildirilib.

Qazaxıstanda fövqəladə vəziyyət rejimi hələ davam edir, lakin ölkənin əsas şəhərlərinin küçələrində vəziyyət tədricən sakitləşir.

BBC-nin Almatıda olan müxbiri Abducəlil Abdurasulovun sözlərinə görə, şəhərdəki vəziyyəti hələ də normal adlandırmaq mümkün deyil: "Şəhərdə hələ də internetlə bağlı problemlər var, banklar və bankomatlar bazar günü işləməyib, yerli sakinlər 10-15 litr benzin doldurmaq üçün saatlarla gözləyiblər. Zaman-zaman tək-tək atışma səsləri eşidilirdi, amma yəqin ki, hərbçilər insanlara toplaşmamaq və postlara yaxınlaşmamaq barədə xəbərdarlıq edib.

O bildirib ki, Almatı küçələrində nəzərəçarpacaq dərəcədə çox adam var olub, mağazalar və bəzi kafelər açılmağa başlayıb.

Yaşayış məntəqələrinin "təmizlənməsi" davam edir, Prezident mətbuat xidmətinin məlumatında iddia olunub ki, "ölkənin bütün regionlarında vəziyyət sabitləşib."

İğtişaşlar zamanı 164 nəfər həlak olub

BBC Ruscanın məlumatına görə, bazar günü Qazaxıstan İnformasiya Nazirliyinin Teleqram kanalı toqquşmalar zamanı 164 nəfərin, o cümlədən ölkənin ən böyük şəhəri Almatıda 103 nəfərin həlak olduğunu yazıb. Lakin sonradan bu yazı yoxa çıxıb. Bununla belə, Qazaxıstandan əvvəllər alınan məlumata əsasən, ölənlərin sayı rəsmi hesablamalardan xeyli çox ola bilər.Qərargahın məlumatına görə, Almatıda 103 nəfər, Qızılorda vilayətində 21 nəfər, Cambul vilayətində 10 nəfər, Almatı vilayətində səkkiz nəfər həlak olub.Bundan əvvəl "Xabar 24" dövlət kanalı da bu müddət ərzində 2 mindən çox insanın tibbi yardım üçün müraciət etdiyini bildirib.Tengrinews.kz nəşri Qazaxıstanın Uşaq Ombudsmanı Arujan Sainə istinadən bildirib ki, Almatıda açılmış atəş nəticəsində dörd yaşlı qız həlak olub.

Qazaxıstan Səhiyyə Nazirliyindən Orda.kz nəşrinə bildirib ki, etirazlar zamanı həlak olanlar barədə məlumatı onlar yaymayıblar.

"Təhlükəsizlik Şurasının sədri vəzifəsini Tokayevə Nazarbayev özü verib"

Keçmiş Prezident Nursultan Nazarbayevin mətbuat katibi Aydos Ukibay bildirib ki, "Təhlükəsizlik Şurasının sədri vəzifəsini Kasım-Jomart Tokayevə verilməsi barədə qərarı Nazarbayevin özü qəbul edib, çünki iğtişaşlara "cəld" və "sərt" cavab verilməli idi."

İndiyə qədər bu məsələdə aydınlıq yox idi.

Yanvarın 5-də ölkədə etirazlar və Almatıda iğtişaşlar fonunda Tokayev Qazaxıstanın Təhlükəsizlik Şurasına rəhbərliyi öz əlinə aldığını bildirmişdi.

Bu vəzifə Nazarbayevə ömürlük olaraq verilmişdi.

Tokayev keçmiş prezidentin bu vəzifəni niyə tərk etdiyini izah etməyib.

Qazaxıstanın birinci Prezidenti kimi Nazarbayev əvvəlki tək xalqının lideri statusunu - Elbası statusunu saxlamaqdadır.

"Elbası bütün bu günlərdə Nur-Sultanda olub və dövlət başçısına dəstək verib", - Nazarbayevin mətbuat katibi bildirib, ORDA.kz nəşri bildirib.

"Aeroflot" Qazaxıstana uçuşları bərpa edir

Aviaşirkətin saytında bazar gününə planlaşdırılan Moskva - Nur-Sultan reysinin bazar ertəsi, 10 yanvar, Qazaxıstan vaxtı ilə səhər saat 07:00-a keçirildiyi məlumat verilib.

Əks istiqamətdə Nur-Sultan - Moskva reysi yerli vaxtla saat 12:05-ə təyin olunub.

"Bundan sonra reyslər hər gün yerinə yetiriləcək", - Aeroflot bildirib.

Sərnişinlərdən hava limanına 3-4 saat əvvəl gəlmək xahiş olunub.

Moskva 1600 Rusiya vətəndaşının Qazaxıstanı tərk etmək istədiyini bildirib

Qazax;stan

ŞƏKLİN MƏNBƏYİ,REUTERS

Qazaxıstanda olan 1600-ə yaxın rusiyalı Rusiyaya qayıtmaq istədiklərini bildiriblər.

Bunu öz teleqram kanalında Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirərək qeyd edib ki, bu işə Rusiya Müdafiə Nazirliyinin hərbi-nəqliyyat təyyarələri cəlb edilib.

"İlk üç reys artıq yoldadır", - deyə Zaxarova yazıb.

İnterfax agentliyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) kontingentinə istinadən Qazaxıstanda üç təyyarənin artıq Moskvaya uçduğunu bildirir.

Rusiyanın Almatıdakı baş konsulluğunundan İnterfax-a bildirilib ki, artıq evakuasiya edilmiş 614 vətəndaş yeddi təyyarə ilə Moskvaya yola salınıb.

Rusiya MN-i bildirib ki, yanvarın 8-də 25 rusiyalı turist Rusiya hərbi təyyarəsində Qazaxıstandan Moskvaya çatdırılıb.

10 yanvar milli matəm günü elan olunub

Almatıda yandırılmış prezident iqamətgahı

ŞƏKLİN MƏNBƏYİ,REUTERS

Şəklin alt yazısı,

Almatıda yandırılmış prezident iqamətgahı

Qazaxıstan hakimiyyəti şənbə günü "iğtişaşların təşkilatçıları və təhrikçiləri" də daxil olmaqla, 4404 nəfərin saxlanıldığını bildirib. Saxlanılan iki nəfər kütləvi iğtişaşların təşkilində "ittiham olunur".

Şənbə günü səhər etirazların mərkəzi olan Almatı şəhərində atışma səslərinin eşidildiyi xəbər verilir.

Daxili İşlər Nazirliyi daha əvvəl bildirib ki, saxlanılanlar arasında xarici vətəndaşlar da var və Almatı vilayətinin kəndlərindən yalnız birində qonşu ölkənin 100-dən çox vətəndaşı saxlanılıb (ölkənin adı göstərilmir - red.)

Ötən axşam polis 4 minə yaxın insanın həbs olunduğunu və onların ömürlük həbs cəzası ilə üzləşdiyini bildirmişdi.

Bazar günü Qazaxıstanın neftlə zəngin Manqistau vilayətində maye qazın qiymətinə görə başlayan etirazlar çərşənbə axşamı günü ölkənin demək olar ki, bütün iri şəhərlərini əhatə edib.

Qazaxıstan Prezidenti etirazların mərkəzi olan Almatı şəhərinə "20 min quldurun" hücum etdiyini bildirib. O, heç bir sübut gətirmədən etirazlarda xaricdə təlim keçmiş "terrorçuları" günahlandırıb.

Nursultan Nazarbayev "Qazaxıstandadır"

Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayev ölkənin paytaxt şəhərindədir, bu barədə onun mətbuat katibi bildirib.

"Elbası Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərindədir. Xahiş edirəm, bilərəkdən yalan və spekulyativ məlumatlar yaymayın", - Aidos Ukibayın yanvarın 8-də yazdığı tvitində deyilir.

алматы

ŞƏKLİN MƏNBƏYİ,REUTERS

Bir müddət əvvəl keçmiş prezidentin xaricə getdiyi barədə məlumatlar yayılmışdı.

Mətbuat katibi başqa bir tvitində Nursultan Nazarbayevin "Qazaxıstana dost dövlət başçıları ilə bir neçə telefon danışığı" apardığını yazıb.

Onun sözlərinə görə, sabiq dövlət başçısı hamını "mövcud çağırışları aradan qaldırmaq və ölkəmizin bütövlüyünü təmin etmək üçün" Qazaxıstan Prezidentinin ətrafında birləşməyə çağırır.

Nazarbayev ictimaiyyət qarşısına sonuncu dəfə dekabrın sonunda çıxıb. O vaxt sabiq Prezident Sankt-Peterburqda keçirilən MDB-nin qeyri-rəsmi sammitində iştirak edib.

Bundan əvvəl müstəqil Qazaxıstanın birinci prezidentinin keçmiş müşaviri Yermuxamet Yertısbayev Nursultan Nazarbayevin "ağır xəstə" olduğunu ehtimal edib.

10 yanvar milli matəm günü elan olunub

Qazaxıstanda 10 yanvar milli matəm günü elan olunub, bu barədə Prezident Kasım-Jomart Tokayev qərar verib.

"Ölkənin bir sıra regionlarıda baş vermiş faciəvi hadisələr nəticəsində çoxsaylı insan ölümü ilə əlaqədar Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev 2022-ci il yanvarın 10-nu milli matəm günü elan etmək barədə qərar verib", - Tokayevin mətbuat katibi Berik Uali öz Facebook səhifəsində yazıb.

"Xəbərdarlıq etmədən" atəş açmaq əmri

Almatıda həbrçi

ŞƏKLİN MƏNBƏYİ,AFP/GETTY IMAGES

Kasım-Jomart Tokayev deyib ki, hökumət əleyhinə nümayişlərin zorakılıqla yatırılması fonunda təhlükəsizlik qüvvələrinə "xəbərdarlıq etmədən atəş açmağı" əmr edib.

Bundan əvvəl BBC-nin Almatıdakı müxbiri bildirib ki, bir neçə gün davam edən zorakılıqlardan sonra vəziyyət xeyli sakitləşib, baxmayaraq ki, hələ də bəzi atışma və partlayış səsləri eşidilir.

Cümə günü televiziya ilə çıxışında cənab Tokayev etirazçılarla danışıqlar aparmaq çağırışlarını "cəfəngiyyat" adlandıraraq deyib: "Biz cinayətkarlar və qatillərlə hansı danışıqlar apara bilərik?!". "Biz yerli, eləcə də xarici silahlı və yaxşı hazırlanmış quldurlarla mübarizə aparmalı olduq. Daha doğrusu, terrorçularla. Deməli, biz onları məhv etməliyik, bu, tezliklə həyata keçiriləcək," - o deyib. Müxaliflər hakimiyyətin terrorla bağlı ittihamlarını rədd ediblər.

Paytaxt Nur-Sultanın adı rəsmi xəbərlərdə artıq "nəzərə çarpmır"

Nur-Sultan

ŞƏKLİN MƏNBƏYİ,GETTY IMAGES

Şəklin alt yazısı,

Paytaxtın adı 2019-cu ildə dəyişdirilib

Qazaxıstan hakimiyyətinin rəsmi məlumatlarında paytaxtın adı artıq "Nur-Sultan" kimi keçmir.

Onun əvəzinə "paytaxt" və ya "Qazaxıstanın paytaxtı" kimi ifadələrdən istifadə olunur.

Bu, məqam bəzi media və Telegram kanallarının diqqətini çəkib.

2019-cu ildə Nursultan Nazarbayev Prezident vəzifəsini tərk etdikdən sonra, paytaxt Astananın adı "Nur-Sultan"a dəyişdirilib.

Qazaxıstanda etiraz: polis və mülki şəxslər "öldülüb"

ŞƏKLİN MƏNBƏYİ,REUTERS

Şəklin alt yazısı,

Qazaxıstan hərbçiləri Almatıda nəzarət-buraxılış məntəqəsində keşik çəkirlər.

Tokayev Putinə təşəkkürünü bildirib

Prezident Kasım-Jomart Tokayev bildirib ki, Qazaxıstan hakimiyyətinin tələbi ilə ölkəyə gələn KTMT sülhməramlı qüvvələri müvəqqəti olaraq orada qalacaqlar. O, köməyə görə Rusiya prezidenti Vladimir Putinə təşəkkürünü bildirib.

"Xüsusi təşəkkür sözlərimi Rusiya Prezidenti Vladimir Putinə ünvanlayıram. O, müraciətimə çox operativ və ən başlıcası, dostcasına reaksiya verdi".

Kasım-Jomart Tokayev, həmçinin Çin, Özbəkistan, Ermənistan, Belarus, Qırğızıstan, Tacikistan və Türkiyə liderlərinin köməyini də qeyd edib.

ABŞ: KTMT kontingentinin Qazaxıstana daxil olmasına nə səbəb oldu?

ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays bildirib ki, ABŞ Qazaxıstan hakimiyyətindən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) sülhməramlı kontingentinin ölkəyə daxil olması zərurətinə nəyin səbəb olduğuna dair əsaslandırılmış cavab almağa ümid edir.

O, izah edib ki, Washington "Qazaxıstan hökumətinin ölkədə asayişi qorumaq üçün öz resurslarının olduğunu" hesab edir. Prays vurğulayıb ki, Birləşmiş Ştatlar xarici qüvvələrin insan haqları pozuntularını və ya Qazaxıstan institutlarına qarşı hücumlarını yaxından izləyəcək.

"Ümid edirik ki, Qazaxıstan hökuməti tezliklə fundamental iqtisadi və siyasi xarakterli problemləri həll edə biləcək. Qazaxıstan xalqı, hökumətinin tərəfdaşı kimi ABŞ Qazaxıstan hakimiyyəti və Qazaxıstanla əməkdaşlığı davam etdirməyə hazırdır," - Ned Price vurğulayıb.

Rusiya Müdafiə Nazirliyi rus hərbçilərinin Qazaxıstana getməsi barədə məlumat yayıb

ŞƏKLİN MƏNBƏYİ,GETTY IMAGES

  • Qazaxları qəzəbləndirən təkcə qazın qiymətidirmi?- 5 suala cavab
  • Ermənistanda Paşinyanın Qazaxıstana sülhməramlılar göndərmək qərarı necə qarşılandı?

"KTMT əsgərləri hərbi əməliyyatlarda iştirak etməyəcək"

KTMT əsgərləri Qazaxıstanda hərbi əməliyyatlarda iştirak etməyəcək, Qazaxıstan Prezident Administrasiyası rəhbərinin birinci müavini Dauren Abayev bildirib.

Cənab Abayev deyib ki, "KTMT ilə bağlı çoxlu suallar var. Qeyd etmək istəyirəm ki, KTMT ölkələrinin sülhməramlı kontingenti təqdim olunub. Missiya sülhməramlıdır".

"Sülhməramlı missiyanı kollektiv çevik reaksiya qüvvələrinin tətbiqi ilə qarışdırmaq olmaz. Yanvarın 6-da şəhərin təmizlənməsi əməliyyatının döyüş hissəsi Arıstan, Arlan, Berkut qüvvələri və Müdafiə Nazirliyinin qüvvələri tərəfindən həyata keçirilib," - deyə o əlavə edib.

Qazaxıstanın dövlət telekanalı Xəbər 24 cümə günü bildirib ki, Almatı "şəhəri quldur birləşmələrindən təmizlənməkdə" davam edir. Son günlər hakimiyyətin ritorikası çox dəyişib: yaxın vaxtlara qədər küçələrə çıxan vətəndaşlar etiraz aksiyalarının iştirakçıları adlandırılırdı, cümə günü Almatı administrasiyasının rəhbəri deyib ki, "şəhərdə terrorçular şiddətli müqavimət göstərirlər".

Almatı

ŞƏKLİN MƏNBƏYİ,TASS/GETTY IMAGES

Cümə axşamı günü Qazaxıstanın ən böyük şəhəri olan Almatıda polislə etirazçılar arasında qarşıdurma yaşanıb.

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Ötən gün cinayət törətməkdə şübhəli bilinən 26 nəfər saxlanılıb

    Ötən gün cinayət törətməkdə şübhəli bilinən 26 ...

    19-10-2018, 10:02

  • 
  • ​Cinayət törətməkdə şübhəli bilinən 30 NƏFƏR SAXLANILDI

    ​Cinayət törətməkdə şübhəli bilinən 30 NƏFƏR ...

    9-02-2018, 15:46

  • 
  • Cinayət törətməkdə şübhəli bilinən 53 nəfər saxlanılıb

    Cinayət törətməkdə şübhəli bilinən 53 nəfər ...

    22-02-2021, 11:56

  • 
  • “Diqlas”da baş verən yanğınla bağlı cinayət işi başlanıb

    “Diqlas”da baş verən yanğınla bağlı cinayət işi ...

    27-03-2019, 14:43

  • 
  • Cinayət törətməkdə şübhəli bilinən 37 nəfər saxlanılıb

    Cinayət törətməkdə şübhəli bilinən 37 nəfər ...

    12-06-2018, 12:37


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (281)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu