“Bu gün Türkiyə bazarı açıldı, haradan ki, yüksək keyfiyyətli, ancaq münasib qiyməti olan dərman vasitələrinin ölkəyə idxalını nəzərdə tutur”.
Bu barədə Gürcüstanın baş naziri İrakli Ğaribaşvilinin qeyd edib.
Nazirin dediyinə görə, uyğun qərara bu gün imza atıldı. O, qeyd edir ki, bu qərar tezliklə Gürcüstandakı dərman vasitələrini ucuzlaşdıracaq.
"Biz bu gün dövlət fərmanına imza atdıq, uyğun olaraq artıq Türkiyə bazarı açıq elan olunur və Türkiyədən yüksək keyfiyyətə malik GMP standartlarına uyğun dərman vasitələri idxal olunacaq. Bildiyiniz kimi bunun mahiyyəti haqqında açıq şəkildə söhbət etdim, qiymətlər arasındakı fərq hiss olunacaq dərəcədə böyükdür, ən ehtiyac olunan dərmanların qiyməti bizdə 10 laridirsə, Türkiyə də həmin dərmanların qiyməti 1-2 laridir. Buna görə qərara gəldik ki, Türkiyə bazarı açaq. Bu qərar bu gündən etibarən qüvvədədir və ümid edirəm ki, idxalçılar Türkiyədən yüksək keyfiyyətli dərmanları gətirəcəklər, hansılar ki, əhəmiyyətli dərəcədə Gürcüstandakı dərman vasitələrinin qiymətlərini aşağı salacaq", deyə Ğaribaşvili bildirib.
Sorğu
Yeni dizaynımız necədir?