Burkina-Fasoda hərbçilər ölkə idarəçiliyini üzərlərinə götürdüklərini elan ediblər.
"Reuters" xəbər verir ki, bu barədə hərbçilər açıqlama yayıblar. Onlar keçid hökuməti yaradacaqlarını bildiriblər. Hərbi rəhbərlik Burkina-Fasonun beynəlxalq öhdəliklərinə sadiq qalacaqlarını açıqlayıb. Qeyd edək ki, yanvarın 24-də Burkina-Fasoda hərbi çevriliş olub. Onlar ölkə Prezidenti Rok Mark Kristian Kaboreni saxlayıblar.
***
12:04
Burkina-Fasonın Prezidenti Roç Kristian Kaborenin bir qrup hərbçi tərəfindən saxlanıldığı bildirilib. Bu barədə "Anadolu Agentliyi" məlumat yayıb. Bildirilir ki, prezidet iqamətgahı tərəfdə atışma səsləri eşidilib. Əraziyə çox sayda hərbi qüvvə toplanılıb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?