GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Ermənistan prezidenti niyə istefa verib? - 6 suala cavab

Ermənistan prezidenti niyə istefa verib? - 6 suala cavab

Tarix: 25-01-2022, 11:52 Bölmə :Dünya Baxış: 289

Prezident Armen Sarkisyanın bazar günü istefa verməsinin səbəbləri barədə Ermənistanda spekulyasiyalar yayılmağa başlayıb. Bəzilərinə görə, Sarkisyanın istefası Azərbaycan və Türkiyə ilə barışıq istiqamətində Ermənistan hökumətinin qəbul edə biləcəyi güzəştlərlə bağlıdır.

"Bəlkə də, elə yeni sənədlər var ki, o onları imzalamaq istəmir,"- parlamentdəki müxalif fraksiyanın sədri Seyran Ohanyan jurnalistlərə deyib.

Digərlərinə görə isə, o yeni bir partiya lideri kimi fəaliyyətə başlaya bilər - cənab Sarkisyanın özü bu barədə heç bir açıqlama verməyib.

Sarkisyan niyə istefa verib, onun istefası barədə nə deyirlər? BBC News Azərbaycanca bu və digər suallara cavab tapmağa çalışıb.

Armen Sarkisyan niyə istefa verib?

"Mən çox düşündüm, dörd il fəal işlədikdən sonra respublika prezidenti vəzifəsindən getmək qərarına gəldim,"- onun rəsmi saytında dərc eidlən məlumatda deyilir.

Sarkisyanın sözlərinə görə, bu qərar onun ölkənin daxili və xarici siyasətinə təsir etmək üçün lazımi alətlərə malik olmaması ilə bağlıdır.

Onun fikrincə, Ermənistan "məzmunca deyil, yalnız formal olaraq prezident respublikasıdır".

Sarkisyan Ermənistan siyasətində mövcud vəziyyəti "milli böhran" adlandırır və konstitusiya üzrə səlahiyyətləri olmadığından, hadisələrə təsir edə bilmədiyini vurğulayır.

İstefanın səbəbləri barədə nə deyirlər?

Prezident Armen Sarkisyanın istefası ilə bağlı bəyanatını şərh edən politoloq Stepan Danielyan onun istefasına "ciddi yanaşmağı" məsləhət görür.

O öz Facebook hesabında yazır: "Niyə məhz indi istefa verdi? Onun razı olmadığı və məsuliyyətdən qaçmaq istəmədiyi hansı hadisələr baş verir? İmzalamaq istəmədiyi hansı sənədin hazırlandığı ehtimal olunur? "Ümumxalq böhranı" deyərkən o, artıq baş vermiş, yoxsa hansısa gözlənilən hadisələri nəzərdə tutur? Ailəsinin təqib olunması deyəndə, [Sarkisyan] nəyi nəzərdə tutur - KİV materiallarını, yoxsa, ola bilsin, iqtidar qüvvə tərəfindən? Prezident olaraq, Armen Sarkisyan nə kimi "fundamental siyasi dəyişikliklərə" təsir edə bilmədiyinə eyham vurur? Və, nəhayət, nə üçün [erməni] xalqın bundan sonra səhv etmək imkanı yoxdur? O [Prezident Sarkisyan], nəyi səhv hesab edir?"

Politoloq Hrant Melik-Şahnazaryanın ehtimalına görə, Prezident Sarkisyanın istefa səbəblərindən biri Ermənistanın Türkiyə və Azərbaycanla münasibətlərinin dəyişməsi ola bilər.

O bildirir ki, son zamanlar Ermənistanın siyasi dairələrində "Paşinyan hökumətinin Türkiyə və Azərbaycanla münasibətlərin bərpası yönündə saziş imzalamağa hazırlaşması ilə bağlı söz-söhbət gəzir.

Hrant Melik-Şahnazaryan TASS agentliyinə deyib ki, ictimaiyyətin böyük əksəriyyəti bu istefanı Ermənistanın Türkiyə ilə yaxınlaşması ilə bağlı "qeyri-populyar qərarı" ilə əlaqələndirir.

Hrant Melik-Şahnazaryan TASS agentliyinə deyib ki, ictimaiyyətin böyük əksəriyyəti bu istefanı Ermənistan hökumətinin Türkiyə ilə bağlı verdiyi "qeyri-populyar qərarı"na görə məsuliyyət daşımaq istəməməsi ilə əlaqələndirir.

Prezidentin istefa ərizəsi nə vaxtdan qüvvəyə minir?

Konstitusiyaya əsasən, ölkə prezidentinin istefa ərizəsi Milli Məclisə təqdim olunur və rəsmən bəyan edildikdən sonra istefa prosedurası başlanır.

Milli Məclisin reqlamentinə əsasən, dərc olunandan sonra bir həftə ərzində ərizəni təqdim edən şəxs [prezident Armen Sarkisyan] ərizəsini (yazılı surətdə) geri çağıra bilər.

Ərizə geri çağrılmazsa, Milli Məclisin imzası ilə prezidentin səlahiyyətlərinin ləğv olunması haqqında protokol tərtib edilir və dərc olunan andan istefa qərarı qüvvəyə minir.

Erkən seçkilərə qədər prezidenti kim əvəz edir?

Ermənistan Respublikası Konstitusiyasının 126-cı maddəsinə əsasən, erkən prezident seçkiləri prezident vakansiyasının yaranmasından ən azı 25 gün sonra, 35 gündən gec olmayaraq keçirilməlidir.

Yeni prezident seçilənə qədər onun vəzifələrini parlamentin spikeri yerinə yetirir.

Hazırda Ermənistan parlamentinin spikeri Alen Simonyandır.

Prezidentliyə namizəd kim ola bilər?

Konstitusiyaya görə, Ermənistan Respublikası prezidenti vəzifəsinə 40 yaşı tamam olmuş, son 6 ili ölkədə yaşayan, seçki hüququ olan və mükəmməl erməni dilini bilən Ermənistan vətəndaşı seçilə bilər.

Prezident 7 il müddətinə seçilir. Prezident vəzifəsini icra etdiyi müddətdə heç bir siyasi partiya üzvü ola bilməz.

Eyni şəxs yalnız bir dəfə prezident vəzifəsini tuta bilər.

Prezident namizədini Milli Məclis üzvlərinin ümumi sayının dörddə biri tərəfindən irəli sürülə bilər.

Yeni Konstitusiyaya görə, ölkə prezidenti dövlət başçısı hesab olunur. Lakin ölkə başçısı olaraq o, "müharibə və sülh" məsələlərini həll etmək səlahiyyətinə malik deyil. Onun məqsədəuyğun hesab etdiyi qanun üzərinə veto qoymaq hüququ yoxdur.

O, Konstitusiyaya riayət olunmasına nəzarət edir, növbədənkənar və növbəti parlament seçkilərinin keçirilməsini təyin edir, hökumətin istefasını qəbul edir.

Prezident, hökumətin və Baş nazirin təklifi ilə nazirlər kabinetinin tərkibində dəyişikliklər edir, səfirlər təyin etmək və geri çağırmaq, beynəlxalq müqavilələr bağlamaq və ləğv etmək, vətəndaşlıq və əfv məsələlərini həll etmək hüququna malikdir.

Təxminən 5 il əvvəl Ermənistan Konstitusiyasında dəyişiklik edərək parlament respublikasına çevrilib.

Armen Sarkisyan bu Konstitusiya islahatından sonra, 2018-ci ildən ölkənin prezidentidir.

Seçkilər necə keçirilir?

Ermənistan Konstitusiyasına görə, prezident ümumxalq səsvermə nəticəsində deyil, Milli Məclis tərəfindən seçilir.

Prezident vəzifəsinə ən azı deputatların ümumi sayının 75 faizinin səsini qazanan namizəd seçilir.

Namizədlərdən heç birinin yetərli sayda səs qazanmadığı halda seçkilərin ikinci turu keçirilir. İkinci turda səslərin 60 faizini qazanan namizəd qalib sayılır.

Bu dəfə də prezident müəyyən edilməzsə, üçüncü tur keçirilməlidir. Seçkilərin üçüncü turunda lehinə daha çox səs verilən iki namizəd iştirak edə bilər.

Üçüncü turun nəticələrinə əsasən, prezident vəzifəsinə səsvermədə iştirak edən parlament üzvlərinin yarısından çoxunun səsini qazanan namizəd seçilir.

Gundemxeber.Az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Ermənistan: Yeni prezident and içib

    Ermənistan: Yeni prezident and içib ...

    9-04-2018, 13:28

  • 
  • Seyran Ohanyan da Serj Sarkisyanın baş nazir olmasını istəmir

    Seyran Ohanyan da Serj Sarkisyanın baş nazir ...

    17-03-2018, 11:47

  • 
  • Ermənistan Prezidenti Bakıda olub? - Rəsmi İrəvandan açıqlama

    Ermənistan Prezidenti Bakıda olub? - Rəsmi ...

    9-03-2021, 17:24

  • 
  • Kim Kardaşyan: "Ermənistanda baş verənləri dəstəkləyirəm"

    Kim Kardaşyan: "Ermənistanda baş verənləri ...

    24-04-2018, 20:49

  • 
  • Sarkisyanın adamları dağılışır:Deputat-oliqarxlar kütləvi istefa verir- Şərab zavodunda İCLAS

    Sarkisyanın adamları dağılışır:Deputat-oliqarxlar ...

    6-06-2018, 12:15


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (320)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu