"ABŞ-ın Ermənistandakı səfiri Lin Treysi Ermənistan baş nazirinin müavini Ambartsum Matevosyanla görüşündə ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin yekun və hərtərəfli həllində ATƏT-in Minsk qrupunun həmsədri kimi rolunu və missiyasını təsdiqləyib".
Gundemxeber.az moderator.az-a istinadla xəbər verir ki, "ArmenianReport"un yazdığına görə, bu, qəsbkar ölkə baş naziri müavininin mətbuat xidmətinin yaydığı məlumatdandır.
Treysi baş nazirin müavini ilə razılaşıb ki, "Dağlıq Qarabağın statusu" məsələsi həll olunmayıb və bu proses ATƏT-in Minsk Qrupunun həmsədrliyinin mandatı çərçivəsində həyata keçirilməlidir.
Matevosyan ABŞ dövləti tərəfindən Ermənistana "son 30 ildə daha firavan və demokratik cəmiyyətin möhkəmləndirilməsi, xüsusən də korrupsiyaya qarşı mübarizə, habelə məhkəmə və polis sahələrində islahatların həyata keçirilməsi" üçün göstərilən dəstəyi yüksək qiymətləndirib.
"Görüşün sonunda tərəflər Ermənistan-Amerika işgüzar əlaqələrinin möhkəmlənməsinə və ikitərəfli əlaqələrin inkişafına töhfə verməyə hazır olduqlarını təsdiqləyiblər"- xəbərdə belə deyilir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?