Dünyada COVID-19 infeksiyasına yoluxma hallarının sayı 381 722 919 nəfərə çatıb.
Bu barədə ABŞ-ın Con Hopkins Universitetinin məlumatında qeyd olunur.
Virusun baş qaldırmasından sonra bu səbəbdən ölənlərin sayı 5 688 006 nəfər təşkil edir.
Yoluxma sayına görə ABŞ, Hindistan və Braziliya ilk üçlüyü bölüşür.
ABŞ COVID-19 infeksiyasına yoluxanların və bu səbəbdən ölənlərin sayına görə dünyada liderlik edir. Birləşmiş Ştatlarda koronavirusa yoluxanların sayı 75 350 359 nəfərə çatıb, 890 770 nəfər infeksiya səbəbindən vəfat edib.
İkinci yerdə qərarlaşan Hindistanda 41 630 885 nəfərdə COVID-19 xəstəliyi təsdiqlənib, 497 975 nəfər ölüb.
Siyahıda üçüncü pillədə qərarlaşan Braziliyada pandemiya dövrü ərzində 25 634 781 nəfər virusa yoluxub, onlardan 628 356 nəfəri ölüb.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?