BMT baş katibi İranın nüvə proqramından danışıb. APA-nın İRİB-ə istinadən məlumatına görə, Pan Gi Mun Tehranda İranla Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) əməkdaşlığa dair çərçivənin müəyyənləşdirilməsi ilə bağlı birgə bəyanatla çıxış etməsini alqışlayıb.
BMT baş katibi həmçinin noyabrın 7-9-da İranla “altılıq” ölkələri arasında Cenevrədə keçirilmiş nüvə müzakirələrinə də toxunaraq, rəsmi Tehrana mövcud problemlərin aradan qaldırılması istiqamətində göstərdiyi səylərdən dolayı təşəkkür edib.
P.G.Mun tərəflərə İranın nüvə məsələsində ümumi həllə nail olmaq istiqamətində çağırış edib.
Eyni zamanda BMT baş katibi İranla “altılıq” ölkələrinin növbəti bir ay içərisində razılıq əldə edəcəyinə ümidvar olduğunu söyləyib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?