Özbəkistanın sabiq prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimovanın 131 milyon dolları Daşkəndə qaytarılacaq.
Bununla bağlı Özbəkistan və və İsveçrə hökuməti arasnda razılıq əldə olunub. Tərəflər BMT-nin yeni Çoxtərəfli Etimad Fondunun yaradılması barədə anlaşma əldə edib.
Yeni fond İsveçrədə hələ də davam edən cinayət prosesinin bir hissəsi kimi gələcəkdə müsadirə oluna biləcək hər hansı əlavə aktivlərin restitusiyası üçün mexanizm rolunu oynayacaq. Hazırda təxminən 131 milyon dollar geri qaytarılmağa hazırdır.
Qeyd edək ki, 2015-ci ilin avqustunda Kərimova 5 il azadlıqdan məhrum edilib. Məhkəmə onu vergidən yayınmaqda, oğurluqda, ofşor şirkətlərin sənədlərinin məhv edilməsində günahkar bilmişdi. Daha sonra ona qarşı dələduzluq, xarici valyutaların gizlədilməsi, gömrük qanunvericiliyinin pozulması, iqtisadi hüquqların pozulması, saxta sənədlərin hazırlanması, qanunsuz gəlirlərin rəsmiləşdirilməsi maddələri üzrə ittiham irəli sürülmüşdü.
2015-ci ilin dekabrında Gülnarəyə daha 10 il həbs cəzası verilmiş, yarım il sonra isə bu cəza 5 ilə endirilmişdi. Ona yaşadığı evi tərk etmək, əlaqə vasitələrindən istifadə qadağan olunmuşdu. Ancaq bir neçə ay sonra Kərimova bu tələbləri pozmuşdu.
Gundemxeber.az
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?