GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Türkiyə ilə İsrail barışır: Fələstin məsələsində Ərdoğanın mövqeyi necə olacaq?

Türkiyə ilə İsrail barışır: Fələstin məsələsində Ərdoğanın mövqeyi necə olacaq?

Tarix: 16-02-2022, 19:02 Bölmə :Dünya Baxış: 371

İsrail prezidenti Türkiyəyə səfər edəcək: Bakı istəyinə nail oldu!

İsrail Prezidenti İshaq Hersoq martın 9-10-da Türkiyəyə səfər edəcək. Hersoqun Türkiyəyə səfəri gözlənilirdi. Belə ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hələ bu ilin yanvar ayında elan etmişdi ki, İsrail Prezidenti İshaq Hersoq Türkiyəyə səfər edə bilər.

Yenə bu ilin 20 yanvar tarixində Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə İsrail xarici işlər naziri Yair Lapid arasında baş tutan telefon danışığı da diqqət çəkmişdi. Məsələ ondadır ki, bu, son 13 ildə iki ölkənin XİN başçıları arasında baş tutan ilk telefon danışığı idi. Hersoq Türkiyəyə gələcəyini ehtimal ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan COVİD-19-a yoluxarkən ona telefon zəngi edərkən deyib.

Ankaranın Təl-Əvivdən gözləntiləri...

Məlum olduğu ki, iki ölkə arasında 2010-cu il mayın 31-dən Fələstinin Qəzza zolağına humanitar yardım aparan Türkiyənin “Mavi mərmərə” gəmisinə İsrail hərbçilərinin basqını sonrası gərginlik yaşanır. Həmin hadisə nəticəsində Türkiyənin 9 vətəndaşı israilli hərbçilər tərəfindən öldürülmüşdü. Bundan sonra isə iki ölkə arasında vəziyyət böhran həddə çatmışdı. Türkiyə Təl-Əvivdəki səfirini, İsrail isə Ankaradakı səfirini geri çağırmışdı və iki ölkə arasında diplomatik əlaqələr kəsilmişdi. Ümumiyyətlə “Mavi mərmərə” hadisəsindən sonra iki ölkə arasında siyasi əlaqələr kəsilsə də iqtisadi əlaqələr davam etmişdi. İki ölkə arasındakı gərinliyin ticarətə təsir etməsinə imkan verilməməsi vaxtında atılan doğru addım idi. Hesab edirəm iki ölkə arasında iqtisadi münasibətlərin əzəldən bəri olması həm də dəyişən geosiyasi maraqlar yenidən siyasi əlaqələrin qurulmasını zəruri edir.

Mövcud İsrail-Türkiyə münasibətlərinin normallaşması həm də Türkiyənin enerji siyasəti ilə bağlıdır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan son çıxşı zamanı “Biz İsrail təbii qazından istifadə etməklə yanaşı, Avropaya tranziti üçün də birgə səylər göstəririk” demişdi. "Ümid edirəm ki, bu məsələlər cənab Hersoqla onun Türkiyəyə səfəri zamanı gündəmimizdə olacaq" Ərdoğan bildirib. Ərdoğanın son çıxışından belə bir nəticəyə gəlmək olar ki, İsrail prezidentinin martın 9-10-da Türkiyəyə səfəri zamanı əsas müzakirə mövzusu regional ererji layihələri olacaq.

Məsələ ondadır ki, Türkiyə hazırda regionda enerji daşıyıcısı ölkə olmaq niyyətindir. İsrail də öz növbəsində “Tamar” və “Leviatan” qaz yataqlarından Avropaya qaz ixrac etməklə regionda önəmli enerji oyunçusuna çevrilmək istəyir. Lakin bu ölkənin nə Avropa ilə, nə də Türkiyə ilə birbaşa quru bağlantısı yoxdur. Bunu Ankara da yaxşı bilir. Türkiyə onu da bilir ki, o enerji ölkəsi deyil. Əksinə Avropa ölkəsi kimi təbii qaz asılılığı olan ölkədir. Bununla belə Ankara daşıyıcı ölkə olaraq İsrail qazını Avropaya daşıya bilər. Bu istiqamətdə İsrailin “EastMed” layihəsi bir daha gündəmə gəlir. Yunanıstan, Kipr və İsrail Şərqi Aralıq dənizindən uzunluğu 1900 km olan və Avropaya ildə 10 milyard kubmetr təbii qaz nəql etmək potensialı olan qaz kəməri icra edilsə İsrailin təbii qazı Avropa bazarına çıxış əldə edə bilər.

Layihə ilə bağlı əsas problemlərdən biri “EastMed” qaz kəmərinin Türkiyədən yan keçməklə Avropaya qaz ixracını nəzərdə tutmasıdır. Türkiyənin İsraillə bu məsələdə uzlaşmaq istədiyi görünür. Ankara “EastMed” qaz kəmərinin Türkiyədən yan keçməsini deyil, əksinə onun ərazisi ilə TAP və TANAP layihəsinə birləşməsini istəyir. Hesab edirəm Hersoqun Türkiyəyə səfəri zamanı tərəflər arasında əsas müzakirə mövzusu məhs bu olacaq.

Türkiyənin Fələstin siyasəti dəyişəcək?

Təbii ki, indiki halda Türkiyənin Fələstin siyasətinin dəyişib-dəyişməyəcəyi sualı aktuallığını qoruyur. Hesab edirəm ki, Ankaranın bu məsələdə mövqeyi dəyişməz qalacaq. Xüsusilə də Ankaranın Qüdsün İsrailin paytaxtı olması məsələsi ilə barışacağını gözləmirəm. Ancaq bu məsələnin tərəflər arasında gərginlik predmeti olacağını da düşünmürəm. Çünki Türkiyə qədər İsrail də münasibətlərin normallaşmasını istəyir. Rəsmi Təl-Əviv təkcə Türkiyə ilə deyil, həm də ərəb ölkələri ilə münasibətləri normallaşdırmaq istəyir. İsrail müsəlman ölkələri ilə münasibətləri normallaşdırmaq istəyirsə hesab edirəm Qüdsü İsrailin paytaxtı elan etmək məsələsindən uzaq durmalıdır.

Türkiyə-İsrail münasibətlərinin normallaşmasında Azərbaycanın rolu...

“Mavi mərmərə” hadisəsi sonrası İsrail-Türkiyə müansibətlərin pisləşməsi şübhəsiz ki, hərkəsdən çox rəsmi Bakıya sərf etmədi. Hətta mən deyərdim Qarabağın işğaldan azad edilməsi məhz “Mavi mərmərə” hadisəsinə görə bir neçə il yubandı. Türkiyə və Azərbaycan dil bir, can bir, qan bir müttəfiq ölkədir. İsrail də Bakının ən yaxın və etibarlı strateji tərəfdaşıdır. Rəsmi Bakı “Mavi mərmərə” hadisəsi sonrası faktiki olaraq dilemma arasında qaldı. Yanlış bir addım iki müttəfiqdən birinin itirilməsi ilə nəticələnə bilərdi. Lakin gözlənilən daha doğrusu erməni tərəfinin arzuladığı nəticə olmadı. Belə ki, Türkiyə-İsrail gərginliyində rəsmi Bakı tərəfsizliyini qorudu. Hətta Türkiyə tərəfi məsələyə görə rəsmi Bakıdan dəstək gözləsə də Azərbaycan məsələnin həssaslığını dərk edərək iki ölkə arasında tərəf tutmadı. Hesab edirəm Bakının bu addımı düzgün idi. Çünki gələcəkdə yalnız Azərbaycan tərəfi İsrail ilə Türkiyə arasında əlaqələri bərpa edə və ya buna cəhd edə bilərdi. 2010-cu ildən bəri Azərbaycanın ayrılıqda İsrail və Türkiyə ilə münasibətləri inkişaf etdirməsi paralel olaraq iki ölkə arasında uzlaşma yolları axtarması nəticədə öz bəhrəsini verdi. Rəsmi Bakı 44 günlük müharibə zamanı həm Türkiyəyə məxsus "Bayraqdar", həm də İsrailə məxsus "Harop" tipli PUA-lardan istifadə edərək faktiki olaraq müharibə zamanı iki əks mövqeli ölkənin Qarabağ məsələsində ortaq məxrəcə gəldiyini göstərdi. İki ölkədə rəsmi Bakıya müharibə zamanı tam dəstək ifadə etdi. Azərbaycan bir daha isbat etdi ki, İsrail və Türkiyə nəinki ortaq hərəkət edə bilər, hətta yenidən əlaqələri bərpa edə, əməkdaşlıq qura bilər. Bu mənada iki ölkə arasında hazırda əlaqələrin qurulması rəsmi Bakıya sərf edir.

Turan Rzayev

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • ​Putin Türkiyəyə səfər edəcək

    ​Putin Türkiyəyə səfər edəcək ...

    17-10-2018, 18:10

  • 
  • Putinlə Ərdoğan arasında telefon danışığı oldu

    Putinlə Ərdoğan arasında telefon danışığı oldu ...

    31-07-2021, 15:11

  • 
  • Rusiya və Türkiyə prezidentləri arasında telefon danışığı olub

    Rusiya və Türkiyə prezidentləri arasında telefon ...

    17-08-2020, 15:10

  • 
  • Türkiyə və İsrail liderlərinin söz savaşı başladı

    Türkiyə və İsrail liderlərinin söz savaşı başladı ...

    11-12-2017, 10:42

  • 
  • "NATO-dan da bir təmsilçi olsun" - Ərdoğan, Putin və Trampın telefon danışığının detalları məlum oldu

    "NATO-dan da bir təmsilçi olsun" - ...

    3-05-2019, 11:02


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Avqust 2025 (573)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu