"Siyasi hakimiyyət Baş Qərargahın keçmiş rəisi Onik Qaasparyanın Ermənistan Baş nazirinin istefasını tələb edən bəyanatına qoşulan departament rəhbərlərindən və generallardan qurtulmaqda davam edir".
Bu barədə “Joqovurd” qəzeti yazıb. Nəşrin məlumatına görə, Ermənistanda siyasi hakimiyyət yüksək rütbəli şəxsləri vəzifəsindən uzaqlaşdırır: "2022-ci il fevralın 18-də respublika prezidentinin səlahiyyətlərini icra edən Alen Simonyanın qərarı ilə Ermənistan Respublikası Silahlı Qüvvələrinin Dövlət Departamentinin rəisi vəzifəsindən azad edilib. Nikol Paşinyan və erməni hökuməti bu kritik, erməni xalqı üçün taleyüklü vəziyyətdə adekvat qərarlar qəbul edə bilməyəcək. Uzun müddət Ermənistan Silahlı Qüvvələri hazırkı hökumətin Silahlı Qüvvələri gözdən salmağa yönəlmiş “hücumlarına” səbirlə dözürdü, lakin hər şeyin öz həddi var. Onik Qaasparyanın bəyanatını Müdafiə Nazirliyinin bir sıra rəsmiləri, o cümlədən Ermənistan Silahlı Qüvvələrinin Arxa İdarəsinin rəisi, general-mayor Romik Marqaryan imzalayıb. Onun da yaxın gələcəkdə hakimiyyətdən gedəcəyi gözlənilir".
Sorğu
Yeni dizaynımız necədir?