Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə davam etməkdə olan müharibəni Vətən Müharibəsi adlandırıb.
Gundemxeber.Az xəbər verir ki, o, bu barədə xalqa müraciətində bildirib:
"Biz ukraynalılar üçün bu, Vətən Müharibəsidir. Bu cür müharibələrin necə başladığını xatırlayırıq. Və biz onların işğalçılar üçün necə bitdiyini bilirik. Hara getsələr, hər yerdə məhv olacaqlar. İşğalçılar ukraynalılardan cavab alacaqlar”.
"Ukraynalılar, hər bir işğalçı bilməlidir: onlar burada heç nə əldə etməyəcəklər, heç kimi fəth etməyəcəklər. Daha çox texnika və daha çox insan gətirə bilsələr belə, bu, onlar üçün heç nəyi dəyişməyəcək", - Prezident vurğulayıb.
O deyib ki, işğalçılar hara getsələr, hər yerdə məhv olunacaqlar.
"Onların burada dincliyi olmayacaq, burada yeməkləri olmayacaq, burada bircə an da olsa rahatlıq tapmayacaqlar. İşğalçılar ukraynalılardan yalnız bir şey alacaqlar - cavab, şiddətli cavab, elə bir cavab ki, onlar əbədi yadda saxlayacaqlar ki, biz özümüzünküdən əl çəkmirik”, - deyə Zelenski bildirib.
"İşğalçıların sayı onlarla çox olmasına baxmayaraq, onların əhval-ruhiyyəsi durmadan pisləşir. Getdikcə daha çox işğalçı bizdən, sizdən, düşməni qovan hər kəsdən... güllə atan hər şeydən Rusiyaya geri qaçır. Amma ukraynalılar düşməni silahsız da əzir”, - Prezident vurğulayıb.
O, Ukraynanın Konotop, Baştanka, Enerqodar, Melitopol və digər şəhər və kəndlərinin işğalçıları irəi buraxmayan, onların yolunu kəsən qəhrəman dinc sakinlərinin səmimiyyətlə heyran olduğunu vurğulayıb.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?