GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Ukraynadan çıxmaq istəyən azərbaycanlı: “Oğlumu buraxmadılar, ona görə qatara minə bilmədim”

Ukraynadan çıxmaq istəyən azərbaycanlı: “Oğlumu buraxmadılar, ona görə qatara minə bilmədim”

Tarix: 3-03-2022, 22:08 Bölmə :Dünya Baxış: 322

Rusiyanın Ukraynada apardığı müharibənin 8-ci günündə bu ölkədə yaşayan azərbaycanlıların bəzisi ölkəni tərk etməyə çalışır, bəzisi də hələlik yaşadıqları yerdə qalıblar. BBC News Azərbaycanca Ukraynadakı azərbaycanlılarla danışıb.


Altı ildir Ukraynanın Dnerp bölgəsində yaşayan azərbaycanlı Mahirə Bəylərova cümə axşamı günü qatarla Polşaya getmək istəsə də, bacarmayıb: "O qədər insan vardı ki, keçə bilmədik".

O deyir ki, sakinlər axın-axın dəmiryol vağzalına axışır: "Qatarın gəlməyi ilə dolmağı bir olur, minə bilmədik. Bəlkə də mən birtəhər adamları yarıb qatara minməyə çalışardım, amma oğlumu buraxmadılar deyə mən də geri qayıtdım".

BBC News Azərbaycancaya danışan 48 yaşlı Dnepr sakini Mahirə Bəylərovanın oğlunun 26 yaşı var. Ukrayna hökuməti ölkədən kişilərin çıxmasına görə yaş məhdudiyyəti qoyub.

Özü və ailə üzvləri Azərbaycan vətəndaşı olan Mahirə Bəylərova deyir, həyat yoldaşı hələ müharibədən qabaq Polşaya gedibmiş, o da viza alıb gedəcəkmiş, vəziyyət dəyişib: "Oğlumun burda məndən başqa heç kimi yoxdur, onu necə qoyum gedim".

Müsahibimiz deyir ki, müharibə başlayandan bəri yaşadıqları yeri tərk etmək istəyiblər, amma Azərbaycanın Ukraynadakı səfirliyindən heç bir kömək ala bilməyiblər: "Bizə deyirdilər ki, Kiyevə gəlin. Ora getmək üçün gərək canımızdan keçək. Çünki Kiyev uzaqdır, yollar da təhlükəlidir".

Rusiyanın nəzarətində olan ərazilər

BBC News Azərbaycanca Azərbaycan Xarici İşlər Nazirliyindən Dneprdə yaşayan azərbaycanlıların təxliyəsinin həyata keçirilib-keçirilmədiyini öyrənə bilməyib.

Mahirə Bəylərova BBC-yə deyib ki, Dneprdə vəziyyət hələlik sakit olsa da, döyüşlərin bura çatmayacağına heç kimin zəmanəti yoxdur.

"Dneprdə zavodlar, iş yerləri dayanıb. İşləyən yerlər yalnız ərzaq mağazalarıdır, bir də apteklər. Onlar da malların azaldığını görmək olur, amma tükənməyib Lazım olanı tapırıq: şəkər tozu, un, düyü, qarabaşaq... hamısı var, amma qiymət bahalaşıb. Ərzağı daşıyan da var, gündəlik ehtiyacı qədər alan da. Əsasən, təqaüdçülər 1 kilo-2 kilo alırlar. İndi şəhərdə müdafiə hazırlıqları görülür. Atsalar, gizlənməyə yerimiz var. Axşam saat 6-dan sonra komendant saatı tətbiq olunur".

Sumı şəhərində "vəziyyət gərgindir"

BBC News Azərbaycancaya danışan Sumi şəhərinin sakini - Mehriban xanım [soyadını deməyib-red.] şəhərdə "vəziyyətin gərgin" olduğunu deyib.

Onun sözlərinə görə, şəhərdə insanlar dükanlarda növbələrdə gözləyirlər. Ərzaq qıtlığı olmasa da, uzun növbələr yaranır, amma növbədə dayananda belə diqqətli olurlar ki, hava həyəcanı veriləndə qaçıb gizlənə bilsinlər.

"Axşam zirzəmiyə getmişdik. Bu gün bir az olar çıxmışıq, amma şəhərin kənarlarında döyüşlər gedir. İndicə yerli kanallar dedilər ki, Rusiya tərəfdən 10 min texnika, raketlər, tanklar biz tərəfə gəlir", - Sumı sakini bildirib.

Rusiya konvoyu Kiyevin yaxınlığındadır

İnformasiya agentlikləri Ukraynanın şimal-şərqində yerləşən Sumı şəhəri ətrafında döyüşlərin getdiyini bildirir.

Azərbaycan XİN-i indiyədək mindən çox azərbaycanlını Ukraynadan təxliyə etdiyini açıqlayıb. Nazirliyin sözçüsü Leyla Abdullayeva bildirib ki, hazırda hərbi əməliyyatların davam etidyi ərazilərdən azərbaycanlıların təxliyəsinə çalışırlar.

"Ötən gün sığınacağa 60-a yaxın azərbaycanlı gətirdik"

Diasporlarla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi Vaqif Həsənov BBC News Azərbaycancaya bildirib ki, hazırda onlar Rumıniyadadırlar və Ukraynadan gələn azərbaycanlıların Buxarestdə sığınacağa yerləşdirilməsi və daha sonra Azərbaycana yola salınması işini təşkil edirlər.

"Ötən gün sığınacağa 60-a yaxın azərbaycanlı gətirdik. Lakin onların dəqiq statistikasını aparmaq mümkün deyil. Çünki bəziləri öz maşını ilə gəlirlər. Bu gün günortaya qədər artıq 60-70 azərbaycanlını Türk Hava Yolları ilə İstanbula yola saldıq. Digər 60 nəfərlik qrupu isə avtobusla İstanbula göndərdik", - Vaqif Həsənov deyib.

BMT-nin hesabatına görə, Rusiyanın fevralın 24-ü səhər saatlarından Ukraynaya qarşı başlatdığı hərbi hücumlar nəticəsində bugünədək 700 minə yaxın insan Ukraynanı tərk edib.


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İstanbul hava limanında qalan azərbaycanlılar: “Heç kim bizimlə maraqlanmır”

    İstanbul hava limanında qalan azərbaycanlılar: ...

    28-03-2020, 22:27

  • 
  • “Yalvarıram oğlumu azad edin””- Aleksandr Lapşinin anası

    “Yalvarıram oğlumu azad edin””- Aleksandr ...

    10-02-2017, 11:56

  • 
  • Saakaşvili Kiyevə gələn qatara mindi: Polşa-Ukrayna sərhədi bağlandı

    Saakaşvili Kiyevə gələn qatara mindi: ...

    10-09-2017, 16:36

  • 
  • Yazıçılar Birliyində dava

    Yazıçılar Birliyində dava ...

    7-12-2012, 15:19

  • 
  • İşçi qrupunun rəhbəri: “Ukraynada Azərbaycanla münasibətlərdə təxribat yaratmaq istəyən qüvvələr var”

    İşçi qrupunun rəhbəri: “Ukraynada Azərbaycanla ...

    12-02-2016, 19:19


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (98)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu