Pakistanın şimal-qərbindəki Pişəvər şəhərində şiə məscidində güclü partlayış baş verib.
“Əl-Cəzirə” xəbər verir ki, 30-dan çox ibadətçi ölüb, onlarla şəxs yaralanıb. Yaralılardan çoxunun vəziyyətinin ağır olduğu bildirilir. Polisin məlumatına görə, partlayış Pişəvər şəhərindəki Kuça Risaldar məscidində dindarlar cümə namazı üçün toplaşarkən baş verib. Peşəvər polis rəisi Məhəmməd Ecaz Xan deyib ki, insident iki silahlı hücumçunun məscidin qarşısında polisə atəş açması ilə başlayıb. Atışmada bir hücumçu və bir polis ölüb, daha bir polis isə yaralanıb. Sağ qalan hücumçu daha sonra məscidin içinə girərək bombanı işə salıb. Yaralılar xəstəxanaya çatdırılıb. Xəstəxananın sözçüsü Məhəmməd Asim bildirib ki, 60-dan çox insan yaralanıb və ölənlərin sayı arta bilər.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?