Gundemxeber.az » Dünya » Yanukoviç Zelenskini Rusiya ilə sülh razılaşması əldə etməyə çağırıb
2014-cü ildə Kyivdəki kütləvi etirazlardan sonra Rusiyaya qaçan keçmiş Ukrayna prezidenti Viktor Yanukoviç Ukrayna prezidenti Volodimir Zelenskiyə müraciət edərək, “nəyin bahasına olursa olsun” onu Ukraynada qan tökülməsini dayandırmağa və Rusiya ilə sülh razılaşmasına nail olmağa çağırıb. Yanukoviçin bəyanatının mətnini Rusiyanın RİA Novosti agentliyi dərc edib.
Ukraynada vətənə xəyanətdə ittiham olunan sabiq prezident yazıb ki, o, Zelenskiyə “prezidentlik və hətta bir az atalıq üslubunda” müraciət etmək istəyir. O, 2014-cü ildə Maydan hadisələrindən sonra ölkədə qan tökülməsinin qarşısını almaq üçün özünü və hakimiyyətini “qurban verdiyini” qeyd edib və Zelenskini də bunu etməyə çağırıb.
“Mən yaxşı başa düşürəm ki, sizin çoxlu “məsləhətçiniz” var, amma şəxsən siz nəyin bahasına olursa olsun qan tökülməsini dayandırmağa, sülh razılaşmasına nail olmağa borclusunuz. Ukraynada, Donbasda və Rusiyada bunu sizdən gözləyirlər. Ukrayna xalqı və Qərbdəki tərəfdaşlarınız sizə minnətdar olacaqlar”- deyə, keçmiş prezident bildirib.
Yanukoviç həmçinin iddia edir ki, onun təbirincə, hazırkı müharibədə ilk növbədə 2014-cü ildə “ATO-nu (Donbass separatçılarına qarşı antiterror əməliyyatı) işə salanlar” günahkardırlar. Keçmiş prezident Rusiyanın 8 il əvvəl başlayan münaqişədəki rolu və Ukraynaya hazırkı hərbi müdaxiləsinə toxunmayıb.
Zelenski tərəfindən müraciətə hələ reaksiya verilməyib.
Bundan əvvəl Yanukoviçin Rusiya-Ukrayna danışıqlarının aparıldığı Belarusa uçduğu bildirilirdi. Ukrayna mediası isə kəşfiyyat mənbələrinə istinadən yazıb ki, Rusiya Yanukoviçi “fəth edilmiş” Ukraynanın gələcək prezidenti kimi görür.
Viktor Yanukoviç 2010-2014-cü illərdə Ukrayna prezidenti olub. O, Kyivdə kütləvi etirazlardan sonra Rusiyaya qaçıb. 2019-cu ilin yanvarında Kyiv məhkəməsi onu vətənə xəyanətdə və “Ukraynaya qarşı təcavüzkar müharibə aparmaqda” iştirakda ittiham edərək, qiyabi olaraq 13 il həbs cəzasına məhkum edib. Yanukoviç özünü müqəssir olduğunu inkar edir.
Gundemxeber.az
25-11-2013, 23:02
10-10-2014, 09:23
3-10-2014, 15:33
13-06-2019, 10:56
14-04-2014, 10:13
Sorğu
Yeni dizaynımız necədir?