Ukrayna prezidenti Vladimir Zelenski Rusiya prezidenti Vladimir Putini hərbi cinayətkar hesab edib-etməməsi ilə bağlı suala cavab verib.
Gundemxeber.az Unian-a istinadla xəbər verir ki, dövlət başçısı haqda ABC telekanalına müsahibəsində danışıb.
Xüsusilə, prezidentdən Rusiya prezidenti Vladimir Putini hərbi cinayətkar hesab edib-etmədiyini soruşublar.
"Mən elə hesab edirəm ki, torpağımıza soxulanların, əmr verənlərin, atəş açan hərbçilərin hamısı hərbi cinayətkardır", - dövlət başçısı bildirib.
Ondan həmçinin soruşublar ki, o, Putinin qəsdən mülki insanları hədəf aldığını düşünürmü?
"Fərqi yoxdur, nəticə eynidir - insanlar ölür, məktəblərə, uşaq bağçalarına, universitetlərə, yataqxanalara hücum edilir, atom elektrik stansiyasının düşünmədən bombalanması Avropanın yox olmasına səbəb ola bilər. Hər gün, hər saat eyni şey - insanlar ölür”, - Zelenski vurğulayıb.
Bundan əlavə, prezident Qərb dövlətlərinin Ukraynadan sağ çıxması üçün ona kömək təklif etdiyini təsdiqləyib.
"Bəli, təklif etdilər. Çoxlu məlumatlar var idi, məni və ailəmi öldürmək üçün bir neçə xüsusi təyinatlı dəstə göndərilmişdi. Dedim yox, mən bunu necə edə bilərəm, öz ölkəmin vətəndaşıyam və bu xalqın seçdiyi prezidentəm”, - Zelenski vurğulayıb.
O, müharibənin Ukrayna üçün xoşbəxt sonluqla bitməsini istədiyini qeyd edib.
Zelenski "Mən istərdim ki, sonluq Amerika filmlərindəki kimi olsun. Ölkəmiz üçün xoşbəxt son olsun".
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?