GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Rusiya Ukrayna bataqlığında "ilişdi", Paşinyan Parisə üz tutdu

Rusiya Ukrayna bataqlığında "ilişdi", Paşinyan Parisə üz tutdu

Tarix: 9-03-2022, 14:12 Bölmə :Dünya Baxış: 269

Rusiyanın və onun ordusunun Ukraynada sözün həm də hərfi mənasında bataqlıqda ilişməsi bu ölkənin Cənubi Qafqazdakı ən yaxın, rəsmi bəyanatlarda deyildiyi kimi, ənənəvi və təbii müttəfiqi hesab edilən Ermənistan rəhbərliyinin maraqlı davranışları ilə müşaiyət olunur.

 Gundemxeber.az virtualaz.org-a istinadən  xəbər verir ki, məhz indiki vaxtda-Rusiyaya Ermənistandan siyasi dəstəyin heç vaxt olmadığı kimi zəruri olduğu günlərdə baş nazir Nikol Paşinyan yolunu Moskvadan yox, Parisdən salmağa qərar verib.

Erməni KİV-ləri xəbər verir ki, Paşinyan bu gün Fransaya işgüzar səfərə yola düşüb. Onun başçılıq etdiyi nümayəndə heyətinə xarici işlər naziri Ararat Mirzoyan, səhiyyə naziri Anait Avanesyan, ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan, habelə digər hökumət nümayəndələri daxildir. Səfər zamanı Paşinyan Fransa prezidenti Emmanuel Makronla görüş keçirəcək, sonra onlar Parisdə “Ambisiyalar: Ermənistan-Fransa” adlı səs-küylü ad qoyulan forumda iştirak edəcəklər.

Qeyd edək ki, əslində bu günlərdə Paşinyanın Moskvaya səfəri planlaşdırılırdı. Belə ki, Rusiyanın Ukraynaya qarşı hərbi müdaxiləsindən əvvəl prezident Vladimir Putin Paşinyana zəng vurmuşdu və onu Moskvaya dəvət etmişdi. Amma daha sonra elan edildi ki, Ermənistanın baş naziri Fransaya səfər edəcək. Belə görünür ki, Rusiyanın Ukraynaya qarşı hərbi müdaxilə planının ciddi şəkildə axsaması, Moskvanın bu hərbi təcavüz aktına görə misli görünməmiş beynəlxalq təcridlə üzləşməsi və ona qarşı dağıdıcı iqtisadi sanksiyaların tətbiq edilməsi Ermənistan rəhbərliyinə öz müttəfiqindən məsafə saxlamaq fürsəti verib. Paşinyan qərara alıb ki, indi Rusiyanın yanında dayanmalı vaxt deyil və Qərbdəki himayəçiləri, indiki halda Fransa ilə məsləhətləşmələrə, danışıqlara daha çox ehtiyac var.


Bu, Ermənistanın Rusiyaya növbəti xəyanəti hesab edilə bilər. Aydın görünür ki, Ermənistan Rusiyanın Ukraynada düşdüyü mürəkkəb vəziyyətdən öz maraqları üçün istifadə edir və ənənəvi müttəfiqinə arxa çevirir. Özü də onun heç vaxt olmamış qədər mürəkkəb geosiyasi, hərbi, iqtisadi və siyasi situasiya içərisində olduğu bir vaxtda.

Ermənistanda nəşr edilən “Hraparak” nəşri bu mövzu ilə bağlı yazır ki, Rusiya Ermənistanın antirusiya davranışlarından ciddi narahatdır, hesab edir ki, Ermənistan hakimiyyəti Avropa və ABŞ-la gizli oyunlarını davam etdirir.


“Bizim məlumatlarımıza görə Rusiyanın güc strukturları erməni KİV-lərinin aktiv monitorinqini həyata keçirir, ona görə ki, hakimiyyət nümayəndələrinin Rusiya-Ukrayna müharibəsi ilə bağlı hansı mövqelərdən çıxış etdiyini başa düşsün. O cümlədən dövlət KİV-lərinin məzmunu yaxından izlənilir”, - nəşr yazır.

Bildirilir ki, monitorinqin nəticəsində gündəlik arayışlar Ermənistan hakimiyyətinə də göndərilir. Sübut 

qismində baş nazir Nikol Paşinyana təqdim olunur ki, Ermənistan antirusiya təbliğatına köklənib və hakimiyyət nümayəndələri bu yöndə mövqelər bildirir. “Hər belə halda təcili tədbirlər görmək və günahkarları cəzalandırmaq tələb olunur. Rusiya artıq Paşinyanın ikili oyunlarına dözmək niyyətində deyil, sədaqətə və müttəfiqliyə dair sübutlar tələb edir”, - nəşr yazır.

Paşinyan hakimiyyətə gələndən sonra birinci dəfə deyil ki, Rusiyanı bu cür qəzəbləndirir və ona arxa çevirir. Xatırladaq ki, Paşinyan hakimiyyətə gələndə onun komandasının aparıcı üzvləri açıq antirusiya mövqeyi ilə tanınan, Qərblə sıx əlaqələri olan siyasi fəallardan ibarət idi. Nəticədə Ermənistanla Rusiya arasında münasibətlərdə ciddi soyuqluq yarandı. Paşinyan münasibətləri düzəltmək üçün Ermənistanın Rusiyaya sədaqəti barədə çoxsaylı bəyanatlar versə də Moskvada ona sonadək etibar etmirdilər. 44 günlük Qarabağ müharibəsindən sonra isə Ermənistanda hakimiyyətə yaxın dairələr məğlubiyyətə görə Rusiyanı günahkar elan etdilər.

Ermənistanda antirusiya isteriyasının yeni dalğası başladı və aylarla davam etdi. Daha sonra Azərbaycan-Ermənistan sərhədində məlum hadisələr baş verəndə Yerevanda Rusiyadan növbəti dəfə küsdülər. Hesab etdilər ki, Rusiya, yaxud KTMT qismində Rusiya ordusu Ermənistanın köməyinə gəlməli idi, amma gəlməyib. Və həmin hadisələr zamanı Ermənistan rəhbərliyi bildirirdi ki, əgər KTMT sərhəd toqquşmalarına müdaxilə etməsə o zaman Yerevan “digər tərəfdaşlara” müraciət edəcək. Digər tərəfdaşlar isə əlbəttə ki, Qərb, konkret olaraq Fransa və ABŞ idi.

Sərhəd toqquşmalarına KTMT-nin müdaxiləsi üçün heç bir əsas olmadığı halda,-çünki atışmalar Ermənistan ərazisində yox, iki ölkə arasında sovet dövrü sərhədlərində gedirdi, - Yerevanın bu cür bəyanatlar verməsi Qərbə sığınmaq üçün növbəti bəhanə idi. Və indi Paşinyanın Parisə səfər etməsi və orada “Ambisiyalar: Ermənistan-Fransa” adlı forumun təşkili Ermənistanın Rusiyaya arxadan vurduğu növbəti zərbədir.

GundemXeber.Az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Paşinyan yenə Rusiyaya səfər edəcək

    Paşinyan yenə Rusiyaya səfər edəcək ...

    24-07-2018, 22:54

  • 
  • Paşinyan Qarabağda müharibə riski haqda

    Paşinyan Qarabağda müharibə riski haqda ...

    20-07-2018, 15:37

  • 
  • Paşinyan yenə Rusiyaya gedir

    Paşinyan yenə Rusiyaya gedir ...

    29-04-2021, 11:48

  • 
  • Üçtərəfli işçi qrupunda Ermənistandan kimlər olacaq? - Paşinyan siyahını təsdiqlədi

    Üçtərəfli işçi qrupunda Ermənistandan kimlər ...

    4-02-2021, 19:01

  • 
  • Bu gün Vyanada Əliyevlə Paşinyan arasında görüş olacaq

    Bu gün Vyanada Əliyevlə Paşinyan arasında görüş ...

    29-03-2019, 11:00


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (73)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu