Ermənistan hökuməti ehtiyatda olan hərbçilər üçün aprelin 15-dən iyunun 15-dək keçiriləcək hərbi təlimlər elan edib.
“Sputnik Ermənistan” xəbər verir ki, Müdafiə Nazirliyinin təklif etdiyi qərar cümə axşamı hökumətin iclasında təsdiq edilib. Sənədə uyğun olaraq, təlim-məşq toplanışında ehtiyatda olan hərbçilər iştirak edəcək. Tədbirin keçirilməsində məqsəd döyüş peşə hazırlığının səviyyəsinin yüksəldilməsi, Silahlı Qüvvələrin sıralarının ehtiyatda olan hərbi qulluqçularla doldurulmasıdır. Təlim zamanı ehtiyatda olan hərbçilər də döyüş növbətçiliyinə cəlb olunacaq, texnikanın gücləndirilməsi üçün istifadə olunacaq.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?