Gundemxeber.az » Dünya » Haaqa Məhkəməsinin qərarı: Rusiya Ukraynada müharibəni dərhal dayandırmalıdır
Beynəlxalq Ədalət Məhkəməsi Rusiyanın Ukraynada müharibəni dərhal dayandırmalı olduğuna qərar verib. Məhkəmə, həmçinin Rusiya və Kyivdən münaqişəni gərginləşdirə biləcək addımlar atmaqdan çəkinməyi tələb edib.
"Ukrayna Beynəlxalq Ədalət Məhkəməsində Rusiyaya qarşı açılan işdə tam qələbə qazanıb. Məhkəmə Rusiyaya Ukraynaya hücumu dərhal dayandırmağı tələb edib. Məhkəmənin qərarı beynəlxalq hüquq normalarına uyğun olaraq Rusiya üçün məcburidir. Qərara məhəl qoymadığı təqdirdə Rusiya Federasiyası daha çox təcrid ediləcəki” - deyə, Ukrayna Prezidenti Volodimir Zelenski tvitter səhifəsində yazıb.
Haaqa Beynəlxalq Məhkəməsi Moskvanın fevralın 24-də Ukraynaya hücumla bağlı Rusiyaya qarşı iddiaya martın 7-də baxmağa başlayıb. İddia mərmilərin atılmağa başladığı ikinci günü verilib və baxılmasına təcili qərar verilib.
Ukrayna nümayəndə heyəti Rusiyanın Donbasda rusdilli əhalinin soyqırımı ilə bağlı ittihamların hücum üçün bəhanə olduğunu deyib. Ukrayna nümayəndə heyətinin rəhbəri Anton Korıneviç görüşdən əvvəl “Nə Donbas bölgəsində, nə də Ukraynanın qalan hissəsində soyqırım yoxdur” deyib. “Bu, uydurulmuş mifik soyqırımdır və biz Rusiya Federasiyasının ittihamlarının absurdluğunu sübut etməliyik" - deyə, o bildirib.
Martın 2-də BMT Baş Assambleyası Rusiyanın Ukraynaya təcavüzünü pisləyən, Rusiyanı hərbi əməliyyatları dayandırmağa və qoşunlarını Ukraynadan çıxarmağa çağıran qətnaməni təsdiqləyib. Qətnaməni BMT-nin 193 üzvündən 141-i dəstəkləyib. Beş ölkə - Rusiya, Belarus, Suriya, Şimali Koreya və Eritreya əleyhinə səs verib. 35 ölkə bitərəf qalıb.
Bu gün eləcə də Avropa Şurasının Nazirlər Komitəsi Rusiyanı Avropa Şurasından çıxarmaq barədə qərar qəbul edib.
“Bu gün səhər növbədənkənar iclasında Nazirlər Komitəsi Avropa Şurasının Nizamnaməsinin 8-ci maddəsinə uyğun olaraq başlanmış prosedur çərçivəsində 26 illik üzvlükdən sonra Rusiya Federasiyasının Avropa Şurasının üzvü kimi fəaliyyətini dayandırması barədə qərar qəbul edib” - deyə, komitənin bəyanatında bildirilib.
Martın 10-da Rusiya Xarici İşlər Nazirliyi Rusiyanın Avropa Şurasının iclaslarında iştirakını davam etdirmək niyyətində olmadığını bildirib və deyib ki, o, “dost olmayan” Avropa İttifaqı və NATO ölkələrinin “təxribatçı hərəkətlərinə dözmək niyyətində deyil”.
Gundemxeber.az
1-03-2014, 21:11
21-04-2021, 09:55
26-12-2019, 14:06
13-09-2019, 13:55
29-04-2019, 13:24
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?