Gundemxeber.az » Dünya » Rusiyada arbitraj məhkəmələrin saytlarına haker hücumu olub
Rusiyanın bəzi regionlarında arbitraj məhkəmələrinin saytları hakerlər tərəfindən sındırılıb. Naməlum şəxslər öz əsas səhifələrində Rusiya prezidenti Vladimir Putinin impiçmentinə çağırışlar yerləşdirib.
Martın 16-da səhər tezdən Sibir və Uzaq Şərqin bir sıra regionlarında arbitraj məhkəmələrinin saytları işləməyib. Sonradan məlum olub ki, hakerlər Primorsk, Krasnoyarsk və Xabarovsk regionlarının məhkəmələrinə, Novosibirsk və Kursk vilayətləri, Moskva və Ural Federal Dairəsinin beş vilayətinin arbitraj məhkəmələrinə hücum edib.
Sota və Qrati nəşrləri Xabarovsk və Krımski arbitraj məhkəmələrinin əsas səhifələrinin skrinşotlarını dərc edib. Onlar səhifələrə Rusiya prezidenti Vladimir Putinin “1 nömrəli terrorçu” adlandırıldığı, onun impiçmentini, Haaqa məhkəməsinə cəlb edilməsini və siyasi məhbuslara azadlıq tələb edən mətn yerləşdirib.
Primorsk Ərazi Arbitraj Məhkəməsinin mətbuat katibi İnqa Sorokina RİA Novosti xəbər agentliyinə bildirib ki, arbitraj məhkəmələrinin saytları vahid Moskva platformasında yerləşdiyindən haker hücumu bütün səhifələrə təsir edib. Onun sözlərinə görə, mütəxəssislər girişi bərpa etmək üçün çalışır. Eyni zamanda Rusiyadakı ümumi yurisdiksiya məhkəmələri fərqli platformada yerləşdiyi üçün haker hücumundan təsirlənməyib.
Amur vilayətinin Arbitraj Məhkəməsinin nümayəndəsi Yelena Qorlova da öz növbəsində İnterfaks-a bildirib ki, hücum məhkəmənin işinə təsir etməyib.
Fevralın 24-də Rusiya qoşunları Rusiya prezidenti Vladimir Putinin göstərişi ilə Ukrayna ərazisinə daxil olub. O, hərbi əməliyyatın məqsədinin Ukraynanın “denazifikasiyası” və “demilitarizasiyası” olduğunu deyib, lakin konkret nəyi nəzərdə tutduğunu açıqlamayıb. Müharibə səbəbindən ABŞ və Qərb ölkələri Moskvaya qarşı bir neçə sanksiya paketi tətbiq edib.
Rusiya hazırda dünyada sanksiyalara ən çox məruz qalan ölkədir. Castellum.ai sanksiya məlumat bazasının hesablamalarına görə, Rusiya sanksiyalarla İran və Şimali Koreyadan daha çox üzləşir.
Gundemxeber.az
5-02-2018, 11:48
17-12-2019, 10:26
1-07-2017, 13:00
6-12-2019, 16:13
8-10-2019, 11:07
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?