Almaniya kansleri Olaf Şolts siyasətçilərin təzyiqlərinə baxmayaraq, Ukraynaya tank çatdırılması barədə yekun qərarı təxirə salır.
Bu barədə “Politico” nəşri vəziyyətə yaxından bələd olan rəsmi şəxslərə istinadla məlumat yayıb. Məlumata görə, Almaniyanın iqtisadiyyat naziri Robert Habek və xarici işlər naziri Annalena Berbok Ukraynaya 100-ə yaxın tank tədarük etmək barədə plan hazırlayıb. Berlin əvvəlcə Ukraynaya ağır silahlar verməyi planlaşdırmasa da, Kiyevin eskalasiyadan sonrakı mərhələdə həmin texnikadan istifadə edə biləcəyini əsas gətirərək mövqeyini dəyişib. Məsələ ilə bağlı qərarın bu həftə veriləcəyi gözlənilirdi. Lakin Olaf Şolts hesab edir ki, Ukraynaya ağır hərbi texnika verməzdən öncə Qərb müttəfiqləri ilə ümumi mövqeyə gəlməlidir. Beləliklə, bu məsələdə hələ qeyri-müəyyənlik hökm sürür. Kansler Olaf Şoltsun tərəddüd etməsi Almaniyanın digər siyasi partiyalarının mənfi reaksiyasına səbəb olub./AZƏRTAC
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?