GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Araikin və Rusiyanın birgə təhlükəsizlik sistemi yaratması mümkündürmü? - NƏ ETMƏLİ?

Araikin və Rusiyanın birgə təhlükəsizlik sistemi yaratması mümkündürmü? - NƏ ETMƏLİ?

Tarix: 20-04-2022, 16:22 Bölmə :Dünya Baxış: 282

Qarabağ ermənilərinin “lideri” Araik Arutyunyan bildirib ki, Paşinyan hakimiyyəti “artsax”ın təhlükəsizliyinə qarant rolunu oynamaqdan imtina edib: “Ona görə də öz müqəddəratını təyinetmə hüquqlarımız uğrunda özümüz sona qədər mübarizə aparmaq qərarına gəlmişik”.

Maraqlıdır ki, Qarabağdakı quldurbaşı Araik Arutyunyan “müdafiə nazirliyində” yüksək rütbəli komanda heyəti ilə görüşüb. Arutyunyan o qondarma toplantıda çox ilginc bir cümlə də işlədib.

Sitat: “Artsax prezidenti təhlükəsizlik məsələlərindən danışarkən bir daha bütün müdafiə proqramlarının Artsaxda yerləşən Rusiya sülhməramlı qüvvələrinin funksiyaları ilə əlaqələndirilməli olduğunu vurğulayıb”. Yəni qeyri-qanuni silahlı birləşmələr rusiyalı sülhməramlılarla əl-ələ verib ‘’təhlükəsizliyi’’ təmin edəcəklər.

Bununla əslində Araik sülhməramlıların əsl qanunsuz fəaliyyətini ortaya çıxarır. Çünki 10 noyabr razılaşmasına görə, Xankəndi və ətraf bölgədə müvəqqəti dislokasiya olunan rus sülhməramlıların erməni terrorçulara təhlükəsizlik mexanizmləri yaratmaq səlahiyyətləri yoxdur. Əslində onlar yalnız atəşkəs rejiminin qorunmasına nəzarət etməlidirlər. 10 noyabr razılaşmasında sülhməramlıların Qarabağdakı qanunsuz erməni silahlı birləşmələri ilə hər hansı bir əməkdaşlığı belə nəzərdə tutulmur. Halbuki bunlar indi birgə yeni təhlükəsizlik mexanizmlərinin yaradılmasından danışırlar.

Əlbəttə, Araik özbaşına bu fikri işlətməz. İlyarımda Rusiya komandanlığına kim gəlib-gedibsə, onlarla qol-boyun olub. Deməli, rusiyalılarla razılaşdırıblar ki, birgə xidmət etsinlər, erməniləri birgə qorusunlar. Amma 10 noyabr sənədində erməni əhalini qorumaq deyə bənd yoxdur. Sülhü qorumaq, asayişi qorumaq var.

Araikin və Rusiyanın birgə təhlükəsizlik sistemi yaratması mümkündürmü? Rusiya buna gedərmi? Bu, növbəti dəfə Rusiya-Azərbaycan qarşıdurması yaratmaq cəhdi deyilmi?

AMİP Mərkəzi Şurasının sədri, politoloq Rəşad Bayramov hesab edir ki, separatçı rejimin bu fəaliyyəti birbaşa Azərbaycan-Ermənistan sülh danışıqlarını pozmağa yönəlib: “Araik uzun müddətdir ki, faktiki olaraq Azərbaycan və Ermənistan arasında aparılan danışıqlara zidd mövqe sərgiləyən bəyanatlarla çıxış edir. İndi Rusiya ilə birgə təhlükəsizlik mexanizmlərindən danışan Araik bir müddət əvvəl də ”müstəqilliyin" tanınması üçün mübarizə aparacaqlarını və ya Ermənistana birləşəcəkləri ilə bağlı açıqlamalar verib, eyni zamanda Rus “sülhməramlılarının” bölgədə davamlı olaraq qalmasının vacibliyini vurğulayıb. İndiki mərhələdə, yəni Azərbaycan və Ermənistanın sülh danışıqlarına başlamaqla bağlı razılığa gəldikləri və birgə Sərhəd Komissiyasının bu ayın sonuna qədər öz işinə başlamalı olduğu bir vaxtda separatçı rejimin yenidən bu cür mövqe sərgiləməsi isə faktiki olaraq danışıqlar prosesini pozmağa yönəlib.

Araik özünü, Qərbin, daha konkret desək, Avropa İttifaqının vasitəçiliyi ilə Paşinyanın apardığı danışıqlarda əldə edilən razılaşmaları qəbul etməyən tərəf kimi göstərərək Rusiyaya “biz səninləyik” mesajını verir. Əvəzində Rusiyadan hər cür dəstək alaraq sülh danışıqlarını olmaza sürükləyir. Digər bir ssenariyə görə isə separatçı rejim öz iddialarından əl çəkmir, sülh razılaşması və sərhədlərin müəyyənləşdirilməsi ilə bağlı öhdəlik götürən Paşinyan isə bundan istifadə edərək “mən sülh istəyirəm, amma Qarabağ erməniləri təhlükəsizlik təminatları yoxdur deyə buna qarşıdırlar” deyib təzyiqlərdən yaxasını kənara çəkir və prosesi yenə olmaza sürükləyir.

Paşinyanın danışıqlar prosesində nə qədər səmimi olduğunu onun Putinlə görüşündən sonra sərgiləyəcəyi mövqe ilə müəyyən etmək olacaq. Əgər o münasibətlərin normallaşmasında həqiqətən səmimidirsə və Brüsseldə götürdüyü öhdəlikləri yerinə yetirəcəksə, o zaman Araikin və ya separatçı rejimin hər hansı digər bir nümayəndəsinin nə deməsindən asılı olmayaraq proses istədiyimiz məcrada davam edəcək. Çünki Ermənistan olmadan separatçı rejimin ayaqda qalması mümkün deyil. Yox, əgər Araik Rusiyaya arxalanırsa, bu da bir fayda verməyəcək.

Əvvəla ona görə ki, Araikin dediyi Rusiya ilə birgə təhlükəsizlik sistemi yeni bir şey deyil və artıq otuz ildir ki, mövcuddur və bu sistemin nəyə qadir olduğunu 44 günlük İkinci Qarabağ savaşında hər kəs gördü. İndi qurulacaq yeni sistemin də nəyisə dəyişəcəyi inandırıcı deyil. Araikin açıqlaması, sadəcə olaraq, Xankəndi və ətraf bölgədə müvəqqəti dislokasiya olunan rus sülhməramlıların erməni terrorçuları ilə ortaq fəaliyyət göstərdiyini növbəti dəfə təsdiqləmiş oldu və bununla bağlı Rusiyadan hesabat tələb olunmalıdır. Çünki onların vəzifəsi erməni terrorçulara təhlükəsizlik mexanizmləri qurmaq deyil, atəşkəs rejiminin qorunmasına nəzarət etməkdən ibarətdir. Bundan kənar atılan istənilən addım üçtərəfli anlaşmaların kobud şəkildə pozulması anlamı daşıyır. Digər tərəfdən, Azərbaycan və Rusiya arasında imzalanmış müttəfiqlik fəaliyyəti barədə Moskva bəyannaməsinə görə, həm rəsmi Bakı, həm də Kreml bir-birinin ərazilərində separatizmə, eləcə də terrorizmə qarşı ortaq fəaliyyət öhdəliyi götürüblər. Rus sülhməramlılar isə Araik Arutyunyanın terrorçu dəstəsini himayə edir, separatçılara təhlükəsizlik mexanizmləri yaradır. Bu isə o deməkdir ki, Rusiya Azərbaycanla imzalanmış müttəfiqlik fəaliyyəti barədə Moskva Bəyannaməsini kobud şəkildə pozur. Odur ki, rəsmi Moskva Araikin dediklərinə aydınlıq gətirmək və izahat vermək məcburiyyətindədir".

R.Bayramov heç bir halda, şimal qonşumuzun separatçı rejimə dəstək vermək imkanlarının olmadığını söylədi: “Rusiyanın indiki situasiyada edə biləcəyi ən maksimum şey separatçı rejimi silah-sursatla təmin etmək ola bilər ki, bunu da gizli şəkildə etmək mümkün olmayacaq və Prezident İlham Əliyev də belə bir ehtimala qarşı Azərbaycanın mövqeyini konkret olaraq bəyan edib və bildirib ki, Ermənistanın silahlandırılması dost olmayan davranış olaraq qəbul ediləcək və buna uyğun da addım atılacaq. Yəni başqa sözlə, hətta Rusiyanın öz müttəfiqi Ermənistanı silahlandırması ilə bağlı konkret mövqeyimiz varsa, demək ki, separatçı rejimə belə bir dəstəyin verilməsinə olan münasibət bundan qat-qat kəskin olacaq.

Rusiya-Azərbaycan qarşıdurmasının yaranma ehtimalı ilə bağlı sualınıza gəldikdə isə deyim, bu, birbaşa Rusiyanın davranışlarından asılı olacaq. Əgər Rusiya separatçı rejimi dəstəkləmək mövqeyini davam etdirəcəksə, təbii ki, münasibətlərdə problemlər ortaya çıxacaq. Ümumiyyətlə isə Araikin nə deməsindən və ya Rusiyanın hansı addımlar atacağından asılı olmayaraq prosesi uzun müddət uzatmaq mümkün olmayacaq. Azərbaycanın Fərrux yüksəkliyi ilə bağlı və daha sonra Ağdərə istiqamətində apardığı əməliyyatlar da onu deməyə əsas verir ki, Azərbaycan da artıq gözləmək fikrində deyil və separatçı rejimin Rusiyanın arxasında gizlənməsi də bizi dayandıra bilməyəcək".

AĞ Partiya başqanının müşaviri, siyasi şərhçi Azər Hüseynov əvvəllər dediyi fikirləri bir daha təkrarladı: “Məsələ ilə bağlı sizə və digər media qurumlarına verdiyim müsahibələrdə aylar öncə bildirmişdim ki, Paşinyan saxta ”Ar(sız)sax" rejimini ortada qoyacaq. Uzağı deyəcək ki, orada ermənilərə beynəlxalq təhlükəsizlik zəmanəti verilsin. Paşinyan dedin, Qərb dedin, eynidir. Qərbin bir sıra dairələrinin imperativi Qafqazı iqtisadi mənfəət zonası kimi görməkdir. “Ar(sız)sax” saxta rejimi isə Rusiyanın 1828-ci ildən bura bizə qoyduğu “mirasdır”. Bu mirası idarə etmək üçün yerli separat liderlər lazımdır. Amma burada heç kimin sizə deməyəcəyi bir şey deyim. Bu Araik dişli biri deyil, nə Köçəryandır, nə də Sərkisyandır. Nə də ki, maddi zəif olduğumuz, hamının üstümüzə gəldiyi, bizim də tək qaldığımız vaxtlar deyildir. Hər nə qədər riskli tərəfləri olsa da, bir tərəfdən beynəlmiləllik baxımdan üstünlüyü olan bir məsələ var. Biz beynəlxalq sərmayənin tərəfdaşıyıq. Yəni biz həm də maliyyə-iqtisadi halqanın bir qismiyik. Bu bizə boşalmağa da səbəb verməməlidir. İlkin mərhələdə bu “Ar(sız)sax”ın Araik deyilən marionetini iqtisadi qısqaca almalıyıq. Can Türkiyə ilə daha sıx əlaqə qurmalıyıq".
 //musavat.com//

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Araik Arutyunyan Paşinyana qarşı Moskvadan yardım istədi (FOTO)

    Araik Arutyunyan Paşinyana qarşı Moskvadan yardım ...

    25-11-2020, 14:10

  • 
  • Azərbaycanın Arutyunyanla bağlı planları: - "Növbəti yanlış addım ona baha başa gələ bilər"

    Azərbaycanın Arutyunyanla bağlı planları: - ...

    13-02-2021, 16:00

  • 
  • Araik Arutunyan barəsində cinayət işi açılıb

    Araik Arutunyan barəsində cinayət işi açılıb ...

    5-10-2020, 15:30

  • 
  • Qarabağdakı rejimin daxilində çaxnaşma başladı, Mnatsakanyan işdən çıxarıldı

    Qarabağdakı rejimin daxilində çaxnaşma başladı, ...

    13-12-2018, 11:30

  • 
  • Ermənilərdən həyasızlıq: Dağlıq Qarabağda yeni hökumət qurulur

    Ermənilərdən həyasızlıq: Dağlıq Qarabağda yeni ...

    10-12-2020, 16:34


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu