Gundemxeber.az » Dünya » ABŞ və NATO müttəfiqləri Moskvaya təzyiqləri artırmaqda davam edir
Prezident Co Bayden çərşənbə axşamı, Rusiya rəsmilərinin Ukraynanın şərqinə yeni hücuma başladığını elan etdiyi gün deyib ki, ABŞ və NATO müttəfiqləri Moskvaya təzyiqləri artırmaqda davam edir.
"Mən mətbuatın həmişə məndən digər dünya liderləri ilə telefonla danışdığımı və onları mütəşəkkil saxlamağa çalışdığımı nahaqdan sormadığını bilirəm", Bayden çərşənbə axşamı Nyu-Hempşirdə Britaniya, Kanada, Avropa Komissiyası, Fransa, Almaniya, İtaliya, Yaponiya, NATO, Polşa və Rumıniya liderləri ilə telefon söhbəti zamanı deyib. "Etdiyim işlərdən biri də odur ki, mən bunu davam etdim və bu gün bir çox ölkəni [strateji] ehtiyatlarından neft çıxarmağa razılıq vermələrinə nail oldum" - deyə, o bildirib.
Ağ Evin mətbuat katibi Cen Psaki deyib ki, Bayden və dünya liderləri Kyivə daha çox döyüş sursatı və təhlükəsizlik yardımı göstərilməsi məsələsini də mazakirə edib.
Rusiya çərşənbə axşamı Donbas bölgəsindəki hədəfləri bombalamaqla, Ukraynanın şərqinə nəzarət etmək üçün yeni hücuma başladığını elan edib. Lakin Ukrayna ərazini müdafiə və ilkin hücumların bəzilərini dəf etdiyini bildirib.
Vaşinqtonda Müdafiə Nazirliyinin yüksək rütbəli rəsmisi Rusiyanın yeni hərbi əməliyyatlarını gələcək daha böyük əməliyyatlar üçün "müqəddimə" adlandırıb və "Bunun bir müddət davam etməsi ehtimalı var" deyib.
Rəsminin dediyinə görə, Ukrayna Rusiya qüvvələri ilə müqayisədə sayca üstündür, lakin "bu o demək deyil ki, onların öz üstünlükləri və ya aktiv müdafiə imkanları yoxdur", belə ki, silahlar "hər gün artır".
Baydenin keçən həftə təsdiq etdiyi 800 milyon dollarlıq ABŞ yardımının bir hissəsi artıq Ukraynaya çatıb. Müdafiə Nazirliyinin rəsmisi yaxın 24 saat ərzində Ukraynaya silahla onlarla və ya daha çox təyyarənin enəcəyini bildirib.
Lakin Ukrayna bir neçə döyüşdə Rusiyanın yeddi müxtəlif hücumunu dəf, 10 tank və 18 zirehli maşınını məhv etdiyini bildirib.
Ukrayna Prezidenti Volodimir Zelenski "bütün Rusiya ordusunun əhəmiyyətli bir hissəsi indi bu hücumda cəmləşib" deyib.
Donbas bölgəsinə qismən Rusiyanın dəstəklədiyi separatçıların nəzarətində olan Luhansk və Donetsk, cənubda isə liman şəhəri Mariupol daxildir. Bölgəni ələ keçirmək Rusiyaya 2014-cü ildə ilhaq etdiyi Krım yarımadasına gedən quru dəhlizə nəzarət etmək imkanı verəcək./amerikaninsesi.org
30-11-2020, 10:07
7-06-2016, 23:42
8-07-2016, 23:31
4-03-2022, 10:16
29-04-2021, 09:57
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?