BMT-nin baş katibi Antonio Quterreş Rusiyanın xarici işlər naziri Sergey Lavrova Ukraynada mümkün hərbi cinayətlərlə bağlı xəbərlərdən narahat olduğunu və müstəqil araşdırmalara ehtiyac olduğunu deyib.
Moskvada səfərdə olan Quterreş Rusiyanın Ukraynada törətdiyi iddia edilən hərbi cinayətlərlə bağlı xəbərlərdən narahat olduğunu və BMT-nin insanların həyatını xilas etmək və mühasirədə olan Mariopol şəhərindən insanların təxliyəsi üçün beynəlxalq qurumun resurslarını tam səfərbər etməyə hazır olduğunu bildirib.
“Bizə təcili olaraq həqiqətən təhlükəsiz və effektiv humanitar dəhlizlər lazımdır” - deyə Quterreş xarici işlər naziri Sergey Lavrovla keçirdiyi mətbuat konfransı zamanı deyib.
“Minlərlə mülki vətəndaşın həyatları xilas edəcək humanitar yardıma ciddi ehtiyacı var,” o əlavə edib.
Quterreş Lavrovla danışıqlarını “səmimi” adlandırıb, lakin Moskvaya “sülh elçisi” kimi səfər etdiyində təkid edib. Onun həmçinin aprelin 26-da Moskvada Rusiya prezidenti Vladimir Putinlə görüşü planlaşdırılıb, lakin görüşdən gözləntilərin böyük olmadığı bildirilir.
Digər tərəfdən, aprelin 26-da Rusiya qüvvələri Ukraynanın şərqinə zərbələr endirdiyi bir vaxt ABŞ-ın müdafiə naziri Lloyd Ostin Kiyevə yeni hücumları dəf etmək üçün lazım olan silahları almaq üçün əlindən gələni etməyə söz verib.
Ukrayna Müdafiə Nazirliyi Rusiyanın mülki əhalinin şəhəri tərk etməsi üçün humanitar dəhliz yaratdığına dair iddialarına baxmayaraq, Rusiyanın mühasirədə olan Mariupol limanındakı Azovstal zavoduna hücumu davam etdirdiyini bildirib.
Azovstal strateji əhəmiyyəi olan Mariopol liman şəhərində Ukrayna qüvvələrinin müqavimətinin son dayağı olaraq qalıb.
Ukrayna rəsmiləri 1000-ə qədər mülki şəxsin oradakı yeraltı tunellərin labirintinə sığındığını bildirib. Ukrayna rəsmiləri dəfələrlə Rusiyanı onlara təhlükəsiz çıxış təklif etməyə çağırıblar, lakin evakuasiya təşkil etmək üçün əvvəlki cəhdlər hər dəfə uğursuz olub.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov aprelin 25-də bildirib ki, Qərbin Ukraynaya silah göndərməsi NATO-nun mahiyyət etibarı ilə Rusiya ilə müharibə aparması deməkdir və Qərbdən Ukraynaya çatdırılan silahlar Rusiya ordusu üçün “qanuni hədəflər” olacaq.
Lavrov həmçinin üçüncü dünya müharibəsi təhlükəsi barədə xəbərdarlıq edib və münaqişənin “əhəmiyyətli” dərəcədə nüvə silahından istifadə riskinə gətirib çıxarmasının mümkünlüyünü qeyd edib.
“Təhlükə ciddidir, realdır, onu qiymətləndirməmək olmaz” - deyə, Lavrov bildirib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?