"Ukraynanın Donetsk vilayətində ümumilikdə Slavyanskdan şimalda, İzyum istiqamətində vəziyyət sabit-gərgin olaraq qalır. Qarşı tərəf çoxsaylı şəxsi heyət və texnikanı döyüşə atmaqla düşündükləri xəttə qədər irəliləməyə və bizi mühasirəyə almağa çalışır. Amma buna nail ola bilmirlər".
Bunu "Report"un Şərqi Avropa bürosuna açıqlamasında ukraynalı döyüş zabiti, Rusiya təbliğatı əleyhinə beynəlxalq mərkəzin sədri Yuriy Koçevenko bildirib.
O qeyd edib ki, artilleriyadan çox fəal istifadə olunmasına, aviasiyadan istifadə olunmaq cəhdlərinə baxmayaraq, Rusiya silahlı qüvvələrində heç nə alınmır:
"Bizim hava hücumundan müdafiə qüvvələri hər cür yüksəklikdə onların təyyarə və helikopterlərinin öhdəsindən məharətlə gəlməyi əla öyrənib. Elə dünən “Stinger” DZRK ilə Rusiyanın “Ka-52” helikopterini vurduq. Bununla belə, ümumilikdə rəqib canlı qüvvə, texnika, artilleriyadakı üstünlüyündən istifadə edərək bizi gərginlikdə saxlaya bilir. Müharibənin başlamasından iki ay keçir. Amma gördüyünüz kimi, düşmən burada – Donbassda qarşıya qoyduğu məqsədlərin heç birinə nail ola bilməyib. Ukrayna ordusu yüksək döyüş hazırlığındadır, fəal döyüşlər aparır, qarşı tərəfin həmlələrini heçə çıxarır və düşməni canlı qüvvəsində və texnikasında ciddi itkilərə məruz qoymaqla əldən salır".
Y.Koçevenko vurğulayıb ki, hər gün Rusiyanın bir neçə texnikası – tanklar, PDM-lər, helikopterləri məhv edilir:
"Onlarda bu texnikanın sayı çoxdur deyə, hər dəfə hücum edirlər, amma düşmənin itkisi xeyli çoxdur. Əlbəttə, bizim də itkilərimiz var. Amma elə də çox deyil. Ordumuzda döyüş ruhu və döyüş bacarığı yüksək səviyyədədir", - deyə, Y. Koçevenko əlavə edib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?