Rusiya cümə axşamı Ukraynanın Mariupol şəhərində atəşkəs rejiminə əməl edəcəyinə söz verib. Burada onun qüvvələri Ukrayna qoşunlarının mülki şəxslərlə birlikdə Birləşmiş Millətlər Təşkilatının təxliyə etməyə çalışdığı polad zavodu kompleksindən başqa hamısına nəzarət edir.
Rusiya Azovstal ərazisindən daha çox evakuasiyanı asanlaşdırmaq üçün gündüz atəşkəs rejiminin cümə və şənbə günləri də davam edəcəyini bildirib.
Ukrayna prezidenti Volodimir Zelenski cümə axşamı səhər tezdən müraciətində Mariupolda qalan mülki əhalinin təxliyəsi üçün uzun müddət atəşkəsə ehtiyac olduğunu deyib.
"Sadəcə insanları o zirzəmilərdən, yeraltı sığınacaqlardan çıxarmaq üçün vaxt lazımdır. İndiki şəraitdə dağıntıları təmizləmək üçün ağır texnikadan istifadə edə bilmirik. Hər şeyi əl ilə etmək lazımdır" - deyə, o bildirib.
Vaşinqtonda Dövlət Departamentinin sözçüsü Ned Prays Rusiyanın atəşkəsə sadiqliyinə şübhə ilə yanaşdığını bildirib.
"Bizim ardıcıl olaraq gördüyümüz və hətta son günlərdə müşahidə etdiyimiz şey Rusiya Federasiyasının Mariupol da daxil olmaqla, mühasirədə olan ərazilərdə mühasirəyə alınmış mülki əhali də daxil olmaqla, atəş və zorakılığı tez və operativ şəkildə bərpa etməkdən ötrü özünü yalnız humanitar qayğıları olan bir aktyor qiyafəsində gizlətmək üçün qondarma humanitar fasiləni qəbul etmək tendensiyasıdır".
Birləşmiş Millətlər Təşkilatı çərşənbə günü bildirib ki, Mariupol, Manhuş, Berdyansk, Tokmak və Vasilivkadan təxliyə edilən 300-dən çox mülki şəxs Zaporojyada humanitar yardım alır.
"Mülki əhalinin Mariupol və onun hüdudlarından kənardakı ərazilərdən bu ikinci təxliyəsi əhəmiyyətli olsa da, Ukrayna üçün döyüşlərdə qalan bütün mülki şəxslərin istədikləri istiqamətdə ərazini tərk edə bilməsi üçün daha çox iş görülməlidir" - deyə, BMT-nin humanitar məsələlər üzrə koordinatoru Osnat Lubrani bildirib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?