GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » “Artıq Kremldə başa düşürlər ki, müharibəni uduzublar” - Ekspert danışır

“Artıq Kremldə başa düşürlər ki, müharibəni uduzublar” - Ekspert danışır

Tarix: 9-05-2022, 12:00 Bölmə :Dünya Baxış: 263

Böyük Britaniyanın Baş naziri Boris Conson Ukraynanın Rusiyanı məğlub edəcəyini və yenidən azad ölkəyə çevriləcəyini deyib. O, bunu videokonfrans vasitəsilə Ukrayna parlamentindəki çıxışı zamanı bəyan edib.

“Ukrayna Putinin yenilməz olması haqqında mifə son qoydu və Kiyevə qədər irəliləyən Rusiya ordusunu dəf etdi. Hazırda ukraynalılar XXI əsrin ən böyük qəhramanlıq salnaməsini yazırlar və Putinin tarixi səhvini ifşa edirlər”, - deyə o bildirib.

Bu arada məlumatlar yayılıb ki, Rusiya Ukraynada faktiki məğlubiyyətə uğrayıb və bu səbəbdən geri çəkilmək üçün məqam gözləyir. Məlumata görə, Kreml hazırda minimum itkilərlə Ukraynaya təcavüzü kompensasiya etməyə çalışır. Gundemxeber.az xəbər verir ki, AYNA mövzu ətrafında Fransada yaşayan bloger-jurnalist Elnur Məcidli ilə həmsöhbət olub.

- Ukrayna böhranı dünya gündəmini məşğul edən əsas mövzudur. İddialar var ki, Rusiya Ukraynada strateji məğlubiyyətə uğrayıb. Bu haqda hansı qənaətdəsiniz?

- Hələ bir neçə il öncə belə bir müharibənin olacağını anons etmişdim. Hələ o zaman demişdim ki, Putin bu müharibəyə uzun müddətdir hazırlaşır. 2014-cü ildə Ukrayna ərazilərinin Rusiya tərəfindən işğalından sonra Moskvanın Ukraynaya təcavüz edəcəyi məlum idi. Sadəcə koronavirus pandemiyası, o cümlədən Qarabağ müharibəsi və digər səbəblər bu münaqişəni bir qədər yubatdı. Baxmayaraq ki, beynəlxalq ictimaiyyət Moskvanı xəbərdar edir, belə bir səhvə yol verməməyə çağırırdı, Putin işğalçı xislətindən əl çəkmədi. Nəticədə faktiki olaraq məğlub duruma düşmüş oldu.

Rus ordusunun paytaxt Kiyevdən çəkilməsi müharibənin birinci mərhələsinin başa çatması və Moskvanın məğlubiyyəti kimi qiymətləndirilə bilər. Mövcud şəraitdə Rusiya israrını davam etdirsə də, ciddi nəticələrə nail ola bilmir. Əksinə, sərt sanksiyalarla üzləşərək, ciddi iqtisadi problemlərlə qarşılaşıb. May ayının əvvəlindən etibarən sanksiyaların ciddi təsirləri müşahidə olunmağa başlayıb.

Nəzərə alanda ki, həm Rusiya, həm də Ukrayna eyni kökdən olan xalqlardır, bu döyuşü Çaldıran döyüşünə bənzətmək olar. 1500-cü illərdə səfəvilərlə osmanlıların etdiyi səhvi bu gün Rusiya təkrar edir. Bu müharibənin fəsadları illərlə davam edəcək və Rusiya bu itkilərdən yayına bilməyəcək. Qərbin Ukraynaya vahid şəkildə dəstək nümayiş etdirməsi Moskva üçün gözlənilməz oldu və məğlubiyyətini şərtləndirən başlıca amillərdən biridir. Putin strateji səhvə yol verdi və nəticələri ilə qatlaşmalı olacaq.

- Baydenin “demokratiya-avtoritarizm döyüşü” adlandırdığı bu müharibədə ABŞ hara qədər israrlı olacaq?

- Heç bir inkişaf etmiş ölkə - istər Qərb, istər Çin, istərsə də digərləri olsun - Rusiyanı bu bataqlıqdan xilas etməkdə maraqlı deyil. Çünki onların hər birinin siyasi və qlobal maraqları var və hər kəs məsələyə öz maraqları kontekstindən yanaşır. Moskvanın son illərdə nümayiş etdirdiyi hərbi aqressiya kifayət qədər narahatedici məqam idi. Hesab edirəm ki, Qərbin dəstəyi nəticəsində bu müharibə davam edəcək və Ukrayna geri çəkilməyəcək. Artıq Kremldə də başa düşürlər ki, nəzərdə tutduqları məqsədlərə nail ola bilmədilər və bu müharibəni uduzublar. Sadəcə Putin öz reputasiyasını qorumaq üçün hərbi müdaxiləni davam etdirir.

- Münaqişənin əhatə dairəsi böyüyə, digər ölkələri də təsir dairəsinə ala bilərmi? Misal üçün, Finlandiya, Polşa, İsveç və sair...

- Finlandiya tərəfindən yeni cəbhənin açılması ehtimalı hər zaman öz aktuallığını qoruyur. Bəziləri bunun baş verməyəcəyini söyləsələr də, heç bir halda bu faktoru nəzərdən qaçırmaq olmaz. Hazırda Rusiyaya qarşı yönələn beynəlxalq koalisiya fəaliyyətdədir. Onlar vahid və koordinasiyalı qərar və addımlarla Rusiyadan gözlənilən təhlükələri neytrallaşdırmağa çalışırlar. Finlandiyanın NATO-ya üzv olacağı variantı da bu xüsusda istisna olunmur. Rusiya özünə müttəfiqlər tapa bilmir və növbəti cəbhə açması inandırıcı görünmür. Bir daha qeyd edim ki, Moskva artıq məğlub duruma düşdüyünün fərqindədir. Belə bir şəraitdə isə növbəti ölkələrə təcavüz cəhdləri inandırıcı görünmür. Bu, onun intiharı olardı.

- Putinin SSRİ-ni yeni formada bərpa etmək niyyətində olduğu və məhz bunun qarşısını almaq üçün Qərbin hərəkətə keçdiyini söyləyənlər var. Haqlıdırlarmı?

- Putinin Rusiya dövlətçiliyinin, imperiya ənənələrinin davam etdirilməsində maraqlı olduğunu nəzərə alsaq, bu zaman onun hər hansı formada SRRİ-ni yenidən bərpa etmək niyyətinin olması təbiidir. Digər yandan bu il SSRİ-nin yaranmasının üzərindən 100 il ötür. Simvolik əhəmiyyət kəsb edən bir ildə Putin çox istəyirdi ki, imperiyanı hansısa formada yenidən bərpa etsin. O, simvolik rəqəmlərə qarşı çox həssasdır. Mövcud şəraitdə isə artıq bu cəhdlər mənasızdır. Qazaxıstanda başlanan proses Putinin əminliyini artırsa da, Ukraynada onun arzuları suya düşdü. Ukraynasız imperiya cəhdi süquta məhkumdur və Ukraynadakı məğlubiyyəti ilə Putin imperiya maraqlarından əl çəkməli olacaq. Beynəlxalq birlik heç bir halda bunun baş tutmasına imkan verməyəcək.

- Mövzudan bir qədər kənara çıxaq. Fransadakı son prezident seçkilərindən sonra bu ölkənin Azərbaycana qarşı siyasətində hər hansı dəyişiklik gözlənilirmi?

- Fransa ilə Azərbaycan arasında mədəni, siyasi və tarixi əlaqələr mövcuddur. Təbii ki, bu əlaqələrdən narahat olan qüvvələr var. Bu qüvvələrin içərisində isə Rusiyanı və onun ölkəmizdəki dayaqlarını xüsusi qeyd etmək olar. Müharibə dövründə erməni lobbisinin səyləri nəticəsində arada müəyyən soyuqluqlar yaransa da, münasibətlər yenidən bərpa olunmağa başlayıb. Nəzərə almaq lazımdır ki, bu gün Fransada kifayət qədər azərbaycanlı yaşayır və onların koordinasiyalı fəaliyyətinə, diaspor quruculuğu istiqamətində fəaliyyətlərinin genişlənməsinə xüsusi ehtiyac var.

Azərbaycanla Ermənistan arasında sülh danışıqlarının Rusiyanın təsir dairəsindən çıxaraq, həm də Avropa İttifaqı çərçivəsində davam etdirilməsi ölkəmizin qarşısında yeni imkanlar açır. Düşünürəm ki, Emmanuel Makronun yenidən prezident seçilməsindən sonra Azərbaycanla Fransa arasında münasibətlər yüksələn xətlə inkişaf edəcək. Bu mənada hər hansı bir narahatlığa əsas görmürəm


Gundemxeber.Az


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Ukraynada 1000-dən çox rus hərbçi var - VİDEO

    Ukraynada 1000-dən çox rus hərbçi var - VİDEO ...

    1-09-2014, 13:01

  • 
  • Zelenski: Ukraynalılar Putinin pasport haqda təklifini rədd edəcək

    Zelenski: Ukraynalılar Putinin pasport haqda ...

    29-04-2019, 13:24

  • 
  • Ukraynada hərbi helikopter qəzaya uğrayıb, 5 nəfər ölüb

    Ukraynada hərbi helikopter qəzaya uğrayıb, 5 ...

    27-03-2017, 01:38

  • 
  • Rusiya Donbasa ordu yeridir - Ukrayna

    Rusiya Donbasa ordu yeridir - Ukrayna ...

    12-11-2017, 13:52

  • 
  • ABŞ Putinin yalan danışdığını fotolarla sübut etdi

    ABŞ Putinin yalan danışdığını fotolarla sübut etdi ...

    14-05-2014, 15:17


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (494)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu