Gundemxeber.az » Dünya » ABŞ Dövlət Departamenti jurnalist Aytən Məmmədovaya qarşı hücumu pisləyir
“ABŞ Aytən Məmmədovanın işini diqqətlə izləyir, Azərbaycan hakimiyətini araşdırma aparmağa və günahkarları məsuliyyətə cəlb etməyə çağırır. Biz Azərbaycanda konstitusion hüquqlarından istifadə edən vətəndaşlara qarşı zorakılıq, o cümlədən hücum iddiaları və digər təzyiqlərdən dərin narahatıq.”
Bu barədə Dövlət Departamentinin sözçüsü mayın 9-da Turan Agentliyinə bildirib.
“Jurnalist Aytən Məmmədovaya hücumu pisləyirik. Bu hücum Ümumdünya Mətbuat Azadlığı Gününün qeyd olunmasından cəmi bir həftə sonra baş verib. Biz bu işi diqqətlə izləyirik və səlahiyyətli şəxsləri araşdırma aparmağa və günahkarları məsuliyyətə cəlb etməyə çağırırıq,” sözçü bildirib.
“Biz bütün hökumətləri medianın təhlükəsizliyini təmin etməyə və jurnalistlərin zorakılıq, təhdid və ya ədalətsiz həbsdən qorxmadan işlərini yerinə yetirmək imkanlarını qorumağa çağırırıq. ABŞ mətbuat azadlığının və bütün dünyada jurnalistlərin və media işçilərinin təhlükəsizliyinin tərəfdarıdır,” Turan Agentliyi Dövlət Departamentinin sözçüsüsünə istinadən məlumat yayıb.
ABŞ-ın Azərbaycandakı Səfirliyi mayın 9-da verdiyi açıqlamada jurnalist Aytən Məmmədovaya edilən hücumu pisləyib və hücumla bağlı məsul şəxsləri məsuliyyətə cəlb etməyə çağırıb.
“Bu hücum Bakıda Ümumdünya Mətbuat Azadlığı Gününün qeyd olunmasından cəmi bir həftə sonra baş verib. Biz işi diqqətlə izləyirik və səlahiyyətli şəxsləri istintaq aparmağa və məsul şəxsləri məsuliyyətə cəlb etməyə çağırırıq,” ABŞ Səfirliyinin məlumatında qeyd edilir.
Mayın 8-də gecə saatlarında Bakıda Binəqədi rayonu, Mir Cəlal küçəsi 11 ünvanındakı binanın liftində naməlum şəxs jurnalist Aytən Məmmədovaya hücum edib. Naməlum şəxs bıçağı jurnalistin boğazına dirəyib və adını çəkmədiyi məhkəmə işinə görə onu hədələyib, proses barədə yazmamasını tələb edib. Hücum edən şəxs Məmmədovaya xəsarət yetirərək hadisə yerindən qaçıb.
Binəqədi Rayon Polis İdarəsinin İstintaq şöbəsində faktla bağlı Cinayət Məcəlləsinin 134-cü (Öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) maddəsi ilə cinayət işi başlanıb.
10-05-2022, 09:56
10-05-2022, 19:49
21-10-2019, 23:08
13-01-2018, 13:12
13-01-2018, 11:44
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?