Gundemxeber.az » Dünya » Ukrayna Baş Qərargahı döyüş meydanındakı son durumu açıqlayıb
“Belarus Silahlı Qüvvələri Brest və Qomel vilayətlərində Ukrayna-Belarus sərhədinin möhkəmləndirilməsi üzrə tapşırıqları yerinə yetirməkdə davam edir. Belarus ərazisindən dövlətimizin ərazisindəki obyektlərə raket və bomba zərbələri təhlükəsi qalmaqdadır”.
GUNDEMXEBER.AZ xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı gündəlik operativ məlumatında bildirib.
“Qarşı tərəf Çerniqov vilayətinin Qorodnyanski rayonunda yaşayış məntəqələrini artilleriya atəşinə tutaraq Sumı vilayətinin Şostka rayonundakı yaşayış məntəqəsinə hava zərbəsi endiriblər. Slobojanski istiqamətində düşmən qoşunlarımızın Ukraynanın dövlət sərhədi istiqamətində daha da irəliləməsinin qarşısını almaq üçün qoşunlarını yenidən qruplaşdırır. Slovyansk istiqamətində işğalçılar Barvinkove və Slovyanska hücumu bərpa etmək üçün qoşunları yenidən qruplaşdırırlar. İtki verən bölmələrin bərpası və qoşun qruplaşmasının maddi-texniki təminatının təmin edilməsi məqsədilə düşmən 300-ə yaxın silah-sursat və hərbi texnikanı təyin olunmuş əraziyə daşıyıb. Rusiya qoşunları Liman, Severodonetsk, Baxmut, Avdiivka və Kuraxiv istiqamətlərində hücum əməliyyatlarını genişləndirməyə çalışır. Əsas vəzifə Rubijne üzərində tam nəzarət yaratmaqdır. Qarşı tərəf Kudryaşivka, Severodonetsk istiqamətində irəliləyir”, - Baş Qərargahdan qeyd olunub.
Məlumata görə, Rusiya Silahlı Qüvvələri Avdiivka istiqamətində hücumu davam etdirir: “Mariupolda əsas səylər “Azovstal” zavodunun ərazisindəki bölmələrimizi məhv etməyə yönəlib. Qarşı tərəf hava zərbələri endirməkdən əl çəkmir. Zaporojye istiqamətində düşmən artilleriya və reaktiv yaylım atəşi sistemlərindən qoşunlarımızın bölmələrini atəşə tutub. Nikolayev və Krivoy Roq istiqamətlərində düşmən qoşunlarımızın mövqelərini artilleriyadan atəşə tutmaqda davam edir. Müdafiə Qüvvələrimizin mövqelərindəki dəyişiklikləri aşkar etmək üçün Rusiya ordusu hava kəşfiyyatını davam etdirir. Tavriya istiqamətində Rusiya qoşunları ehtiyatlarını artırıb. Bessarabiya istiqamətində vəziyyət ciddi dəyişməyib”.
Baş Qərargahın informasiyasına əsasən, son sutka ərzində Rusiya ordusunun 9 hücumunun qarşısı alınıb. Həmçinin qarşı tərəfin 8 tankı, 6 zirehli döyü maşını, 5 avtomobili, 1 zenit raketi, 4 PUA-sı məhv edilib.
GUNDEMXEBER.AZ
18-02-2020, 12:55
11-03-2022, 16:40
21-12-2014, 21:55
13-07-2020, 16:00
4-03-2022, 12:58
Sorğu
Yeni dizaynımız necədir?