GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » "Cundul Şam”a qoşulan Bəxtiyar və ailəsi necə kriminallaşdı? - TƏFƏRRÜAT

"Cundul Şam”a qoşulan Bəxtiyar və ailəsi necə kriminallaşdı? - TƏFƏRRÜAT

Tarix: 13-05-2022, 15:58 Bölmə :Dünya Baxış: 84


Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edilən Bəxtiyar Şıxıyev və ailəsi haqqında bir sıra maraqlı məqamlar üzə çıxıb.


Gundemxeber.az bildirir ki, "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, bu, bir ailənin faciəsi və bir çox vətəndaşlarımız üçün nəticə çıxarılası hekayədir.

Tez-tez yayılan rəsmi informasiyalardan göründüyü kimi dini düşmənçilik, dini radikalizm və dini fanatizm zəminində ölkə hüdudlarından kənarda Birləşmiş Millətlər Təşkilatı tərəfindən terror təşkilatı kimi tanınmış “İraq Şam İslam Dövləti” (“İŞİD”) və digər terror təşkilatlarının tərkibinə daxil olan qanunsuz silahlı qruplarda iştirak edən çoxsaylı vətəndaşlarımız müxtəlif vaxtlarda cinayət məsuliyyətinə cəlb olunub. Onlardan biri də Şıxıyev Bəxtiyar Səttərxan oğludur. 

Fərdi qaydada usta fəaliyyəti ilə məşğul olaraq qazanc əldə edən 1989-cu il təvəllüdlü Bəxtiyar Şıxıyev 2012-ci ildən ibadətlə məşğul olmağa başlamış, din pərdəsi altında insanları cinayətə sövq edən radikal düşüncəli şəxslərin söhbətlərindən təsir dairəsinə düşmüş, 2013-cü ildə dini nikahla ailə həyatı qurduğu hələ 15 yaşı tamam olmamış Əsgərzadə Səadət Nazim qızı ilə birlikdə Suriyada davam edən silahlı münaqişələrdə iştirak etmək məqsədilə həmin torpaqlara üz tutmuş, yetkinlik yaşına çatmayan “arvad”ı ilə qızğın döyüşlərin getdiyi bölgələrdə məskunlaşıb. Yetkinlik yaşına çatmayan Səadət Əsgərovanın ölkədən necə çıxarılması, ailəsinin buna necə icazə verməsi hələ özü ayrı bir sualdır...

Bəxtiyar Suriyada yaşadığı müddətdə digər bir azərbaycanlının rəhbərlik etdiyi “Cundul Şam” adlı silahlı qrupun tərkibində başqaları ilə birlikdə təlimlərdə iştirak edərək müxtəlif növ silahlardan və döyüş sursatlarından istifadə qaydalarını mənimsəmiş, eləcə də ona təhkim edilmiş silahla “ribat”a (təşkilat üzvləri ərazinin mühafizəsini belə adlandırır) çıxıb. Bu hərəkətləri ilə yanaşı o, hələ uşaq yaşında silah-sursat söküb-yığmağı öyrətdiyi arvadının da əllərinin cinayət ləkələri ilə kirlənməsinə zəmin yaratmışdı... 

2014-cü ildə Suriya Ərəb Respublikasından Türkiyəyə qayıdaraq orada yaşamağa başladıqdan sonra, yenicə dünyaya gələn övladını və ərini atan həmin “ana”, 2017-ci ildə Azərbaycan Respublikasına geri qayıdaraq kriminal aləmə qoşulmuş, gənc yaşlarında kriminal dəstənin tərkibində Bakı şəhəri ərazisində 65 yaşlı qadının evinə soxulub, həyat və sağlamlığı üçün təhlükəli olan zorakılıqla basqın edərək, əmlakını ələ keçirmək məqsədilə onun əllərini kəndirlə bağlayıb, yerdə sürüyüb, ağzını dəsmal ilə tıxayıb yaşlı qadını köməksiz vəziyyətdə qoymaqla ona qarşı quldurluq cinayət əməllərini törədib. Səadət Əsgərova Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən 2020-ci ildə 8 il müddətinə azadlıqdan məhrum edilib. 

Bəxtiyar özü isə ana sevgisindən məhrum qalmış azyaşlı övladı ilə birlikdə bir müddət gizlənsə də, Azərbaycan qanunlarının sərt üzü ilə üzləşməkdən yayına bilməyib... 

Kriminal ailədən geriyə valideynlərini dini düşmənçilik, dini radikalizm və dini fanatizm uğrunda “itirmiş” tək oğul övlad qalıb.


Gundemxeber.Az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Hakimiyyəti dəyişdirməyə cəhd edənlər ömürlük həbs olunacaq - qanun

    Hakimiyyəti dəyişdirməyə cəhd edənlər ömürlük ...

    14-10-2016, 01:07

  • 
  • İŞİD-in azərbaycanlı üzvünə ağır cəza tələbi

    İŞİD-in azərbaycanlı üzvünə ağır cəza tələbi ...

    13-03-2018, 18:39

  • 
  • DTX xüsusi əməliyyat keçirdi, Əbu İbrahim Dağıstani və dəstəsi tutuldu

    DTX xüsusi əməliyyat keçirdi, Əbu İbrahim ...

    11-10-2019, 16:11

  • 
  • DTX “Ceyşullah”ın tərkibində vuruşmuş şəxsi həbs etdi

    DTX “Ceyşullah”ın tərkibində vuruşmuş şəxsi həbs ...

    18-09-2020, 10:10

  • 
  • Terrorçuluğu maliyyələşdirən beynəlxalq şəbəkənin üzvləri DTX tərəfindən ifşa edilib

    Terrorçuluğu maliyyələşdirən beynəlxalq şəbəkənin ...

    22-11-2018, 22:49


Təqvim

«    May 2022    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Arxiv xəbərlər

May 2022 (425)
Aprel 2022 (646)
Mart 2022 (666)
Fevral 2022 (652)
Yanvar 2022 (664)
Dekabr 2021 (665)
Noyabr 2021 (661)
Oktyabr 2021 (667)
Sentyabr 2021 (605)
Avqust 2021 (505)
İyul 2021 (543)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (583)
Noyabr 2020 (607)
Oktyabr 2020 (753)
Sentyabr 2020 (687)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (642)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (653)
Noyabr 2019 (557)
Oktyabr 2019 (594)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (462)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1047)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (683)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1151)
Oktyabr 2017 (931)
Sentyabr 2017 (1092)
Avqust 2017 (1201)
İyul 2017 (1512)
İyun 2017 (843)
May 2017 (564)
Aprel 2017 (558)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (515)
Noyabr 2016 (350)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (602)
Fevral 2016 (840)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (580)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1168)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (882)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu