“Prezident Rəcəb Tayyib Ərdoğanın dünən AKP-nin iclasında dediyi sözlər gələcəkdə tarixi ilə xatırlanmağa layiq mesajlardır. Xüsusilə Suriyadakı yeni əməliyyat və Yunanıstan kontekstində verilən açıqlamalar üçün bunu demək mümkündür”.
Bunu “Yeni Şafak” qəzetinin siyasi təhlilçisi Mehmet Acet deyib.
Onun sözlərinə görə, Ərdoğanın Suriyanın şimalında, Fəratın qərbində PKK/YPG terror təşkilatına qarşı başlaması gözlənilən yeni əməliyyatla bağlı mesajları atılacaq bu addımın qabaqda olduğunu göstərir:
“Cənub sərhədlərimiz boyunca 30 kilometr dərinlikdə təhlükəsizlik zonası yaratmaq qərarımızın yeni mərhələsinə qədəm qoyuruq. Təl-Rıfat və Mənbiçi terrorçulardan təmizləyirik”, - Türkiyə Prezidenti bildirib.
Ərdoğanın dediyi kimi, hazırlıqlar tamamlandıqdan sonra düyməyə basılacaq. Bu o deməkdir ki, Vaşinqtonun Ankaraya təzyiqləri, Pantaqon və Dövlət Departamentinin dəfələrlə verdiyi şifahi etiraz bəyanatları əməliyyata başlamaq əzmini dəyişməyib. Yaxın tariximiz, son 7-8 il Suriyanın şimalından gələn terror təhlükəsinə cavab nə qədər yubanarsa, təhlükənin də bir o qədər böyük olduğunu göstərən nümunələrlə doludur”.
Acet qeyd edib ki, Ərdoğanın çıxışında Yunanıstanla bağlı dedikləri də olduqca diqqətçəkəndir:
“Türkiyə lideri bildirdi: “Yunanıstanla razılaşmamız vardı, dünən xarici işlər nazirinə də dedim. Yunanıstanla Yüksək Səviyyəli Strateji Şura Müqaviləsini pozduq”.
Ərdoğan daha sonra bunun səbəblərindən danışdı:
“Get-gəl, təyyarələrinizlə qalxıb bizə qarşı şou göstərin, sonra da ağlayıb-sızlayın. Türkiyə ilə oynamağa çalışmayın, yorulacaqsınız, yolda qalacaqsınız. ABŞ-dakı yunan lobbisi, Konqres bizim əleyhimizə danışır. Artıq onlardan bezmişik. Əgər dürüst olacaqsınızsa, oturacağınız yer hazırdır, yoxsa üzrlü sayın”.
Bu sözləri uzun müddətdir Türkiyəni təhdid edən Yunanıstana qarşı “Boyunun ölçüsünə baxaq, görək, elmi yamandır, yoxsa bəymi” mesajı kimi şərh etmək olar. Afinanın Türkiyəyə yanaşması itin adamı qorxutmaq üçün davamlı hürməsinə bənzəyir, amma quyruğu da əsir, çünki qorxduğunu gizlədə bilmir. Bir tərəfdən Amerika Konqresi və Makrondan aldıqları cəsarətlə “Bax, arxamızda kimlər var” deyərək Türkiyəni qorxutmağa salmağa çalışırlar, digər tərəfdən də Türkiyə ilə savaşa girsələr, nə baş verəcəyi qorxusunu iliklərinə qədər hiss edirlər”./teleqraf.com
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?