Amerika prezidenti Co Baydenin oğlu Hunter Baydenin Telman İsmayılovla görüşdüyü ortaya çıxıb.
Bu barədə “New York Post” məlumat yayıb. Məlumata görə, görüş 2012-ci ilin fevralın 17-də İsmayılovun Moskvadakı “AST Group”un baş ofisində baş tutub. Bildirilir ki, həmin vaxt Hunter Bayden azı 4 başqa rusiyalı oliqarxla da görüş keçirib. Bu görüşlərin məqsədi isə hələlik bəlli deyil. Bu danışıqdan beş gün sonra, yəni 22 fevral 2012-ci ildə Moskvadan ABŞ-a qayıdan Hunter öz atası ilə görüşüb. Qeyd edək ki, Telman İsmayılov hazırda axtarışdadır. O, Rusiya hakimiyyəti tərəfindən bir il əvvəl iki şəxsin qətlinə görə 2 milyon dollar ödəməkdə ittiham olunur. Telman İsmayılovun vəkili “New York Post”un qətllər və Hunter Baydenlə görüşü ilə bağlı sorğusuna cavab verməyib. “New York Post”də dərc olunan məqaləyə görə, ABŞ-ın hazırkı prezidenti Co Bayden dəfələrlə Donald Trampı Rusiya ilə “şübhəli” münasibətlərinin olduğu ilə bağlı ittiham edirdi. İndi isə məlum olur ki, onun oğlu rusiyalı milyarder oliqarxlarla gizli görüşlər keçirib, hətta onlarla ortaq biznes qurmağa belə cəhd göstərib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?