Gundemxeber.az » Dünya » Avroparlamentin “tikan” ömrü başa çatacaq? - ŞƏRH
Azərbaycan Avropa ailəsinin üzvüdür. Ölkəmiz Avropa qurumları ilə bir sıra istiqamətlərdə əməkdaşlıq edir. Ümumiyyətlə, rəsmi Bakı NATO və Avropa İttifaqının (Aİ) müxtəlif proqramlarının fəal iştirakçısıdır. Azərbaycan 1996-cı il oktyabrın 14-dən Fərdi Tərəfdaşlıq Proqramı (FTP) üzrə əməkdaşlıq edir. Alyansın Əfqanıstan, İraq və Kosovodakı sülhməramlı missiyasına Azərbaycan da qatılıb.
Avropa İttifaqı ilə əlaqələr geniş spektri əhatə edir. Azərbaycan 2009-cu il mayın 7-dən İttifaqın Şərq tərəfdaşlıq proqramına qoşulan keçmiş 6 sovet respublikasından biridir.
Avropa İttifaqı Şurası və Komissiyası ilə rəsmi Bakının əlaqələri, əməkdaşlıqları müsbət qiymətləndirilir. Son zamanlar Şuranın sədri Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan liderlərinin birbaşa görüşlərinə vasitəçilik etməsini örnək göstərmək olar. O, daim regionda sülh və əməkdaşlığın vacibliyini vurğulayıb ki, bu məsələdə də yanaşması rəsmi Bakı ilə mövqeyi üst-üstə düşür.
Avropa Komissiyası ilə Azərbaycan arasında da əməkdaşlıq genişlənir. İyulun 18-də Azərbaycan ilə Avropa İttifaqı arasında “Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu” imzalandı. Bu sənəd birliyin təhlükəsizliyinin, ərazi bütövlüyünün təmininə Azərbaycanın töhfəsidir.
Yeri gəlmişkən, qeyd edək ki, Aİ üç qurumdan ibarətdir: Avropa Parlamenti, Avropa İttifaqının Şurası və Avropa Komissiyası.
Prezident İlham Əliyev iyulun 19-da Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Devid MakAlisterin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən çıxşında Avroparlamentin bəzi üzvlərinin anti-Azərbaycan mövqeyini əsassız sayaraq onları tənqid edib: “Bizə qarşı ittihamlar, təhqirlər səsləndirildi və yalan məlumatlar yayıldı. Mən hətta Avropa Parlamentinin müxtəlif vaxtlarda qəbul etdiyi anti-Azərbaycan qətnamələrin sayını da yaddan çıxarmışam. Ola bilsin, 10-dan artıq qətnamədən söhbət gedir. Xüsusən də Vətən müharibəsindən sonra bir qətnamə qəbul edilmişdir. Bu, ayrıca narahatlıq doğurur, çünki həmin qətnamədə Qarabağda erməni mədəni irsinin dağıdılmasına istinad edilir. Bu isə həqiqətə uyğun deyil”
Ötən müddət ərzində, xüsusi ilə 44 günlük müharibə dövründə və ondan sonra da Avroparlamentin Azərbaycana qarşı hay-küyü yadımızdan çıxmayıb.
Bu il martın 10-da isə Avroparlament Qarabağda guya erməni mədəni irsini Azərbaycan tərəfinin "dağıtdığına dair" hay-küylü şayiələr və yalanlarla dolu qətnamə vermişdi.
Bu, Avroparlamentarilərin Azərbaycana qarşı ilk fəaliyyəti deyil. Bu qurumun üzvləri torpaqlar Ermənistanın işğalı altında olanda Azərbaycanın Xankəndi şəhərinə qanunsuz səfərlər edir, separaçılarla görüşlər keçirirdi. Ancaq Azərbaycanın dini ibadətgah yerlərinin, mədəni abidələrinin 30 il ərzində ermənilər tərəfindən dağıdılmasını, təhqir edilməsini qurumun üzvləri bir dəfə də olsun dilə gətirmirdi. Avropalı deputatlar bu müddət ərzində yaşayış evlərinin, uşaq bağçalarının, hospitalların, başqa sosial, mədəni və inzibati binaların ermənilər tərəfindən yerlə-yeksan edilməsinə göz yumublar. Ermənilər təkcə işğal etdikəri torpaqlarda deyil, Ermənistanda da Azərbaycanın mədəni, dini abidə və yerlərini dağıdıb, coğrafi, tarixi və yer adlarını erməniləşdiriblər.
Parlamentarilər öz ölkələrinin seçiciləri tərəfindən seçilirlər. Bu, həm də öz ölkələrinin vətəndaşları adından danışmaq səlahiyyətlərinin olması deməkdir. Qərəzli bəyanatları, işğalçını müdafiəsi, dezinformasiya yaymaq və bu kimi həqiqətəndən uzaq fəaliyyəti ilə həmin deputatlar seçicilərinin etimadından sui-istifadə edirlər.
İllər uzunu Avroparlament Aİ ilə Azərbaycan arasında problemlər yaratmağa cəhd edib, yaradıb. İşğalçını və separatçıları dəstəkləyib. Ancaq indi vəziyyət dəyişib. Dünən parlamentdə Azərbaycana qarşı cəfəngiyyat danışanlar bu gün reallıqla barışmağa məcburdur. Bu baxımdan perspektivdə Avroparlament də Aİ-nin o biri qurumları kimi yalan yayıb, iğtişaşların yaranmasına deyil, Azərbaycanla Aİ arasında əməkdaşlığın genişlənib, güclənməsi istiqamətində addım atacaq. Əks, halda parlamentarilər “ətlə dırnaq arasındakı tikan”a oxşayacaq
Gundemxeber.az
20-07-2022, 13:40
27-05-2016, 01:34
13-07-2019, 15:03
2-07-2019, 10:40
11-07-2018, 15:55
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?