GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Rusiyanın Xarici Kəşfiyyat Xidmətinin rəhbərinin Bakıya yarıməxfi səfəri - NƏ BAŞ VERİR?

Rusiyanın Xarici Kəşfiyyat Xidmətinin rəhbərinin Bakıya yarıməxfi səfəri - NƏ BAŞ VERİR?

Tarix: 22-07-2022, 15:37 Bölmə :Dünya Baxış: 315


Iyulun 19-da RF Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkinin Bakıya səfəri baş tutub. Dövlət başçısı İlham Əliyev onu qəbul edib. Bundan başqa, Narışkin Azərbaycanlı həmkarı Orxan Sultanovla görüşüb, əməkdaşlıq haqqında müqavilə imzalayıb. Ən maraqlısı odur ki, Azərbaycanın rəsmi KİV-ləri bütün bunlar barədə məlumat yaymayıb.

GUNDEMXEBER.AZ “Turan”a istinadla xəbər verir ki, iyulun 19-da axşam saatlarında məlum olub ki, Narışkin Rusiyanın Bakıdakı səfirliyində qısa mətbuat konfransı keçirib. Tədbirə yalnız Rusiya KİV-lərinə - TASS və “Sputnik” agentliklərinə, həmçinin “MİR” telekanalına işləyən jurnalistlər dəvət olunub. Narışkin mətbuat konfransında deyib ki, Cənubi Qafqazda sülhün və təhlükəsizliyin təmin edilməsi Rusiya və Azərbaycan arasında ikitərəfli əməkdaşlığın mühüm amilidir.

“Rusiya Qarabağda müharibənin başa çatmasında əsas rolu oynayıb”, deyən Narışkin sülhməramlıların sülhün təmin edilməsində oynadığı böyük rolu qeyd edib. “Bizim mövqeyimiz ondan ibarətdir ki, Rusiya Azərbaycanın və Ermənistanın tərəfdaşı olaraq sərhədin delimitasiyası və demarkasiyası, nəqliyyat məsələlərinin həlli və Bakı və İrəvan arasında həlledici sülh müqaviləsinin bağlanması məsələsində mühüm rol oynayır”, - deyə “Sputnik-Azərbaycan” Narışkindən sitat gətirir. Daha sonra Narışkin Rusiya və Azərbaycanın xarici kəşfiyyat xidmətləri arasında əməkdaşlıq haqqında müqavilə imzalandığını bildirib. “Bu sənəd bizim əlaqələrimizə və qarşılıqlı əməkdaşlığımıza təkan verir. Söhbət ölkələrimizin suverenliyinin və ərazi bütövlüyünün qorunması, terrorçuluğa və radikal ekstremizmə qarşı mübarizə üzrə birgə fəaliyyətdən, üçüncü ölkələrin ərazisində Rusiya və Azərbaycan vətəndaşlarının maraqlarının qorunmasından gedir”, deyən Narışkin iki ölkənin xüsusi xidmətləri arasında yaxşı əməkdaşlıq tarixinin mövcud olduğunu vurğulayıb. Qeyd edək ki, son günlər regionda xarici kəşfiyyatın fəallaşdığı müşahidə olunur. Belə ki, ötən həftə sonu-iyulun 15-də ABŞ Kəşfiyyat İdarəsinin rəhbəri Ulyams Börns Ermənistana gəlib və ölkə rəhbərliyi ilə müzakirələr aparıb. Bunun ardınca isə Rusiya Xarici Kəşfiyyat İdarəsinin rəhbəri Sergey Narışkin İrəvana gedib, oradan isə Bakıya gəlib. Aydındır ki, bu səfərlərin bir-biri ilə bağlılığı var. Bir-iki gün fərqi ilə əvvəlcə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi, sonra isə Rusiya Xarici Kəşfiyyat İdarəsi rəhbərlərinin İrəvana gəlməsi haqda belə versiyalar var ki, guya onlar İrəvanda Ukrayna ilə bağlı müzakirələr aparıblar. Ermənilər iddia edirlər ki, guya Ermənistan ABŞ-la Rusiya arasında Ukrayna mövzusunda vasitəçilik edir. Yəni məxfi danışıqlar üçün İrəvanı seçiblər.

Bəs əslində nə baş verir?

Sözügedən məsələni Bakı-xəbər.com-a şərh edən politoloq Məhəmməd Əsədullazadə bunun səbəbini belə izah etdi: “Ermənistana ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin sədrinin səfəri, ardınca Rusiya Xarici Kəşfiyyat İdarəsinin sədri Narışkinin səfəri xüsusi diqqət ediləsi məsələdir. Ermənistanın Türkiyə ilə danışıqları və müəyyən dərəcədə əldə edilmiş nəticələr, həmçinin bu ölkədə ABŞ biolaboratoriyalarının Rusiya tərəfindən bağlanılması tələbi Vaşinqtonun Ermənistana diqqətinin artmasına səbəb olub. Qeyd edim ki, bu gün regionda sülhün əldə edilməsi Ermənistanın siyasi iradəsindən asılı olan məsələdir. Çünki Ermənistan Azərbaycana qarşı ərazi iddialarınadan əl çəkməyincə, regionda sülhün əldə edilməsi perspektivi yoxdur. Ermənistan üzərində ABŞ-Rusiya rəqabəti regionda ümumi təhlükəsizliyə təsir edir. 30 ildir ki, məhz Ermənistan amilinə görə regionda destabilizasiya hökm sürüb. Ermənistanın Rusiya təsirindən çıxarılması Türkiyə və Azərbaycanla sülhün əldə edilməsinə gətirib çıxaracaq. ABŞ MKİ sədrinin Ermənistan səfəri əsasən bir neçə amilə söykənə bilər. Birinci, ABŞ Ermənistanın Rusiyanın təsirindən çıxması üçün ilk növbədə Türkiyə ilə əlaqələrin normallaşmasına dəstək verir. Türkiyə ilə normallaşmaya görə Paşinyan iqtidarına qarşı sui-qəsd ola bilər. MKİ rəhbəri Rusiya tərəfindən olan təhlükələri Paşinyanın diqqətinə çatdırmaqla, ona tam təhlükəsizlik zəmanəti verə bilər. İkinci, ABŞ biolaboratoriyalarının Rusiyanın baxışına verilməməsi. Üçüncü, Ermənistan daxilində siyasi proseslərdə qeyri-müəyyənlik var. Müxalifət parlamenti boykot edir. Bu istiqamətdə Paşinyana tam dəstəyin göstərilməsi. Narışkin məhz ABŞ kəşfiyyat rəisinin səfərindən narahat olaraq Ermənistana gələrək dəqiqləşdirmələr aparır. Ermənistan Ukrayna üzrə vasitəçi ola bilməz. Bu, Ermənistanın çapı üçün deyil. Ortada Türkiyə var. Bundan əvvəl Azərbaycan var. Rusiyanın forpostu olan bir ölkə ilə ABŞ bu məsələni müzakirə etməz”. Dia.az-ın məlumatına görə, politoloq Murad Sadəddinov “Yeni Müsavat”a deyib ki, dünyada gedən proseslərin bizim regiona təsirləri böyükdür: “Böyük dövlətlərin əlində müxtəlif rıçaqlar var. Həmin rıçaqlardan biri də xüsusi xidmət orqanlarıdır. Xüsusi xidmət rəhbərlərinin Azərbaycana və Ermənistana səfərləri regionla bağlı çox ciddi proseslərin getməsindən xəbər verir. Azərbaycan meqalayihələrin, Avropa qaz təhlükəsizliyi ilə görüləcək işlərin mərkəzidir. Rusiya üçün də Azərbaycan və Ermənistan vacib ölkələrdir. Cənub istiqamətində Rusiya üçün hər iki dövlət çox böyük əhəmiyyət kəsb edir. Zəngəzur dəhlizi vasitəsilə yük daşımaları həyati vacib məsələyə çevrilir. Biz gördük ki, İran ərazisində çatışmayan dəmir yolu tikintisinin bir hissəsini də Rusiya öz üzərinə götürdü. Ermənistanda dəmir yollar bütünlüklə Rusiyaya məxsusdur. Rusiya regiondan getmək niyyətində deyil. Bu baxımdan böyük dövlətlərin Azərbaycan və Ermənistana marağı başadüşüləndir”.

Politoloq deyir ki, bu gün İran ətrafında da çox ciddi proseslər gedir: “ABŞ-ın İsraillə birgə fəaliyyəti ilə bağlı bəyanatlar eşitdik. Amerika Birləşmiş Ştatları və İsrailin müdafiə sektorları israillilərin və amerikalı hərbçilərin həyatını müdafiə edə biləcək yeni yüksək enerjili lazer silah sistemlərində əməkdaşlıq edəcəklər. Bu fikirlər ABŞ-İsrail Strateji Tərəfdaşlıq Birgə Bəyannaməsində də qeyd olunub. İranla əməkdaşlıq edən Ermənistan ABŞ üçün maraq kəsb edir. İran turistləri Ermənistana səfərlər edirlər. ABŞ kəşfiyyat orqanları üçün İranın daxilindən həmin turistlər üzərindən məlumatlar toplamaq maraqlıdır. Eyni zamanda Azərbaycan-Ermənistan münasibətləri baxımından ölkəmizdə gerçəkləşməkdə olar meqalayihələrin təhlükəsizliyi məsələsi var. Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşması üçün səylər var. ABŞ çalışır ki, Ermənistanı Rusiyanın təsir dairəsindən çıxarsın. İstər ABŞ, istərsə də Rusiya üçün regionun vacibliyi artır. Buna görə də həm Rusiyanın, həm də ABŞ-ın bütün sahələr üzrə aktivliyi artır. Xüsusi xidmət orqanları rəhbərlərinin Azərbaycanla Ermənistana səfərləri bu faktorlarla bağlıdır”.


GUNDEMXEBER,AZ


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru İlham Əliyevlə danışıqlarda - TƏCİLİ

    Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru ...

    24-04-2018, 11:14

  • 
  • Kreml Putinin Bakıya gəlişindən xəbərsizdir

    Kreml Putinin Bakıya gəlişindən xəbərsizdir ...

    18-07-2013, 19:19

  • 
  • Lavrov Bakıya və Yerevana səfəri barədə

    Lavrov Bakıya və Yerevana səfəri barədə ...

    14-11-2017, 17:39

  • 
  • Jurnalist Namiq Həsənov hansı xarici kəşfiyyata işləyir?

    Jurnalist Namiq Həsənov hansı xarici kəşfiyyata ...

    13-11-2018, 10:27

  • 
  • Putinin Bakıya səfəri Ermənistanda həyəcan yaradıb

    Putinin Bakıya səfəri Ermənistanda həyəcan yaradıb ...

    13-08-2013, 23:45


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (494)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu