GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Qərb icazə vermədi - Serbiya-Kosovo qarşıdurması bir ay təxirə salındı

Qərb icazə vermədi - Serbiya-Kosovo qarşıdurması bir ay təxirə salındı

Tarix: 1-08-2022, 16:27 Bölmə :Dünya Baxış: 277



Son günlər Serbiya ilə Kosovo arasında münasibətlərdə gərginlik yaşanır. Qeyd edək ki, bu münaqişə rəsmi Priştinanın Serbiya Respublikasına məxsus avtomobillərin dövlət nömrə nişanı ilə bağlı tətbiq etdiyi yeni qayda ilə bağlıdır. İyulun 28-də elan edilən bu rejim avqustun 1-dən qüvvəyə minməli idi. Yeni qaydalara əsasən, Serbiya pasportu ilə Kosovo ərazisinə üç ay müddətinə daxil olanlar giriş-çıxışla bağlı xüsusi bəyannamə yazmalı, onların avtomobillərinə Kosovo nömrə nişanları verilməlidir. Kosovonun Baş naziri Albin Kurti bildirib ki, bu qərar Serbiyanın 11 il əvvəl reallaşdırdığı tədbirə cavabdır.

Beynəlxalq ictimaiyyətin qismən tanıdığı Kosovonun Prezidenti Vosa Osmani və Baş nazir Albin Kurti ABŞ və Avropa İttifaqının nümayəndələri ilə məsələyə dair danışıqlar aparıb. Nəticədə Kosovo hökuməti qərarın icrasının avqustun 1-dən sentyabrın 1-dək təxirə salındığını açıqlayıb. Rəsmi Priştina bu müddətədək Serbiya vətəndaşlarının, avtomobillərinin əvvəlki qayda əsasında ölkəyə daxil olmasına icazə verəcəyini vəd edib.


Münaqişə Kosovonun şimalında yerləşən Kosovska-Mitrovitsa şəhərinin sakinlərinin etirazı ilə başlayıb. Onlar yeni qaydanı qəbul etməyəcəklərini bildirib. Xatırladaq ki, Kosovska-Mitrovitsanın bütün ərazisi Kosovoya daxil edilsə də, rəsmi Belqrad onu tanımadığından Serbiya şəhəri də öz ərazisi sayır. Hazırda Serbiya, faktiki olaraq, şəhərin şimal, Kosovo isə cənub hissəsinə nəzarət edir. Qeyd edək ki, şəhər 1989-cu ilədək Titova-Mitrovitsa adlanıb. Hazırda Kosovska-Mitrovitsa da daxil omaqla Kosovonun bütün şəhərlərinə NATO-nun başçılığı altında beynəlxalq qüvvələr (KFOR) nəzarət edir. Şəhərin Kosovaya aid hissəsi Mitrovitsa adlanırSerbiyanın xarici işlər naziri rəsmi Belqradın verdiyi sənədin dəyişdirilməsi ilə Kosovo ərazisində yaşayan serblərə “cəhənnəm qurulacaq” deyərək vəziyyəti daha da gərginləşdirmişdi. Ötən gün Serbiya Prezidenti Aleksandr Vuçiç Kosovo və Metoxiyada serblərin nümayəndələri ilə görüşüb. Serbiya hərbçiləri və polisi döyüş hazırlığı vəziyyətinə gətirilmişdi. Hətta KFOR vəziyyətə müdaxilə edə biləcəklərini belə açıqlamışdı. Aleksandr Vuçiç Kosovonun məlum təxirəsalma qərarından sonra korrekt reaksiyası üçün Avropa İttifaqına və dəstəyinə görə Rusiyaya təşəkkürünü bildirib.


Serbiya Avropanın tarixində daha çox ziddiyyətli mövqeyi ilə seçilib. O, nə Rusiyanın, nə də Avropa İttifaqının blokunda tam mənada iştirak etməyib. Məsələn, bu yaxınlarda ölkənin xarici işlər naziri Nikol Selakoviç Ukraynadakı müharibəyə görə Avropa İttifaqının Rusiyaya tətbiq etdiyi sanksiyanı dəstəkləmədiklərini bildirib. Ancaq bununla belə, Ukraynanın ərazi bütövlüyü və suverenliyinə hörmət etdiklərini, habelə Rusiyanın bu ölkədə apardığı hərbi əməliyyatlara qarşı olduqlarını vurğulamışdı. Yeri gəlmişkən, 1998-1999-cu illərdə baş verən Kosovo müharibəsində Ukrayna Milli Assambleyası-Ukrayna Xalq Özünümüdafiə Qüvvələri (“UNA-UNSO”) Serbiyanı müdafiə etmişdi.

Serbiyanın Avropa İttifaqına və NATO-ya daxil olması üçün əsas şərt rəsmi Belqradın Kosovonun müstəqilliyini tanımasıdır. Ancaq Serbiya bu addımı atmır. Əksinə, Kosovonu öz ərazisi saymaqda davam edir. Nəzərə almaq lazımdır ki, BMT-nin 193 üzvündən 98-i, o cümlədən Avropa İttifaqının 27 üzvündən 22-si, NATO-nun 30 üzvündən 26-sı, İslam Əməkdaşlığı Təşkilatının 57 üzvündən 34-ü Kosovonun müstəqilliyini tanıyır. Rəsmi Priştina Serbiya vətəndaşlarının yeni qaydalar əsasında giriş etməsini niyə indi gündəliyə gətirib? Ehtimal etmək olar ki, Kosovo rəhbərliyi bununla müstəqillik yolunda daha bir addım atdığını göstərmək istəyir. O, bununla Serbiyaya müstəqil olduğunu göstərir, həm də bunu regionda yaranan vəziyyətə uyğun olaraq edir.

Bəs bu Avropada yeni müharibənin başlamasına səbəb ola bilərmi? Qeyd edək ki, Birinci Dünya müharibəsi Serbiyadan başlayıb. Belə ki, 1914-cü il iyulun 28-də Avstriya-Macarıstan imperiyası Serbiya krallığı ərazisinə daxil olub. Həmin müharibədə krallıq 1,5 milyon hərbi və mülki vətəndaşını itirib. Bu, ümumi əhalinin 33 faizi deməkdir.

Düz, 108 il sonra Kosovo Serbiya vətəndaşları üçün yeni səyahət qaydaları tətbiq edib. Qaydaların tətbiqi tarixinin dəyişdirilməsi Belqrad-Prişitina qarşıdurmasının təxirə salınması kimi də qəbul edilər bilər. Ehtimal etmək olar ki, Serbiya Rusiyanın maraqlarını nəzərə aldığı üçün Avropa İttifaqı və NATO-ya üzv olmaqla bağlı şərtləri qəbul etmir. Başqa sözlə, Kosovonun müstəqilliyinin tanınmaması məsələsində Rusiya ilə Serbiya ortqa mövqe sərgiləyir. Bu həm də Aİ ilə NATO-nun maraqlarına qarşı çıxmaqdır. Rəsmi Belqradın bu məsələdə əsas dayağı Moskva sayılır. Keçmiş SSRİ və onun varisi sayılan Rusiya Yuqoslaviyanın dağılmaması üçün rəsmi Belqrada hərtərəfli yardım etmişdi. İkinci Dünya müharibəsindən sonra ən böyük qətliam Bosniya və Herseqovinanın Srebrenitsa şəhərində törədilib. Serbiyanın bu cinayətində Rusiya hərbçilərinin də rolu olub.

Ancaq dünyada siyasi-sosial, iqtisadi, hərbi baxımdan bütün istiqamətlərdə vəziyyət dəyişir. Artıq Rusiya Serbiyanı əvvəlki, yəni 1990-cı illərdəki kimi çətin müdafiə edə. Bunu etməyə onun gücünün çatmayacağı da istisna edilmir. Rusiya Serbiya-Kosovo qarşıdurması vasitəsilə müharibəni Avropaya daşımağa nail ola bilər. Bunun isə uzun müddət sürəcəyi ehtimalı azdır. Moskva vaxt udmaq üçün Qərbi, o cümlədən NATO-nu Kosovoda münaqişəyə cəlb edə bilər. Ancaq daha bir cəbhədə Qərbə qarşı döyüşmək Kremlə baha başa gələr. Onu qeyd edək ki, Rusiya Ukrayna cəbhəsində istəklərindən əl çəkənə oxşamır. Ona görə də Avropanın rahat həyatını Priştina-Belqrad qarşıdurması ilə dağıtmağa səy edə bilər.


Rusiyanın vaxt udmaq üçün yeni münaqişə ocağı yaratmaq istəyində maraqlı olması baxımından Qərb Kosovo-Serbiya qarşıdurmasının başlamasına möhlət verib. Bu həm də Rusiyanın Ukraynada gücünü bir az da itirməsi deməkdir. Beləliklə, ehtimal etmək olar ki, köhnə münaqişənin yenidən alovlanması, Aİ ərazisində sakitliyin pozulması müddəti bir ay uzadılıb...


Sədrəddin İsmayılov

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Kosovo serblərinin lideri 9 il aldı

    Kosovo serblərinin lideri 9 il aldı ...

    21-01-2016, 21:12

  • 
  • Avropa rəsmiləri Kosovoda

    Avropa rəsmiləri Kosovoda ...

    6-05-2016, 02:12

  • 
  • Serbiya Baş Nazirinin müavini, Milli Təhlükəsizlik Şurasının katibi Azərbaycana gəlib

    Serbiya Baş Nazirinin müavini, Milli ...

    11-08-2020, 10:30

  • 
  • “Serbiya Ermənistana silah ixracına 2017-ci ildən icazə verir”

    “Serbiya Ermənistana silah ixracına 2017-ci ildən ...

    1-08-2020, 12:07

  • 
  • Azərbaycan həlledici oyunda Kosovo yığmasına uduzdu

    Azərbaycan həlledici oyunda Kosovo yığmasına ...

    21-11-2018, 14:31


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (268)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu