Gundemxeber.az » Dünya » Çin yeddi Tayvan rəsmisinə sanksiya tətbiq edəcək
Çin yeddi Tayvan rəsmisinə qarşı sanksiyalar tətbiq etmək niyyətindədir. Buna səbəb onların adanın müstəqilliyini tanımalarıdır.
Bununla bağlı siyahı Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Tayvan məsələləri üzrə Dəftərxanası tərəfindən açıqlanıb.
Qeyd olunur ki, məhdudlaşdırıcı tədbirlər Tayvanın ABŞ-dakı nümayəndəsi Syao Meysin, Milli Təhlükəsizlik Şurasının baş katibi Qu Lisyun, Demokratik Tərəqqi Partiyasının üzvləri Ke Szyanmin və Vang Dinyun, siyasi fəal Lin Feifan, siyasətçi Çen Szyaoxua, o cümlədən Qanunvericilik Assambleyasının vitse-spikeri Say Sisana qarşı tətbiq ediləcək.
Siyahıda olan şəxslər və onların ailə üzvlərinin materik Çinə, eləcə də Çinin Honkonq və Makao xüsusi inzibati rayonlarına girişi qadağan edilib. Bildirilir ki, onlarla əlaqəli təşkilatların materik Çində fiziki və hüquqi şəxslərlə əməkdaşlıq etməsi qadağandır. Bundan əlavə, sadalanan şəxslərlə əlaqəli müəssisələrə, habelə onların sponsorlarına materikdə kommersiya fəaliyyəti ilə məşğul olmağa icazə verilmir.
Hesabatda vurğulanır ki, “Tayvanın müstəqilliyini qətiyyətlə dəstəkləyənlərin bu gün açıqlanan siyahısı tam deyil”.
Gundemxeber.Az
1-07-2016, 19:51
2-01-2019, 11:48
31-07-2019, 11:57
31-05-2018, 14:12
13-03-2019, 11:36
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?