GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Human Rights Watch Rusiyanın Ukraynada kasetli bombalardan istifadəsini pisləyib

Human Rights Watch Rusiyanın Ukraynada kasetli bombalardan istifadəsini pisləyib

Tarix: 26-08-2022, 17:44 Bölmə :Dünya Baxış: 291


    Human Rights Watch (HRW) təşkilatının cümə axşamı açıqladığı hesabatda Rusiya ordusunun Ukraynadakı müharibədə kasetli bombalardan geniş istifadə etməsinin yüzlərlə mülki əhaliyə uzunmüddətli zərər və iztirablar gətirdiyi deyilib.

    Nyu-Yorkda yerləşən hüquq müdafiə təşkilatı “Kasetli Sursatlar Monitoru 2022” başlıqlı qlobal hesabatında hazırda bu cür sursatların istifadə olunduğu yeganə ölkənin Ukrayna olduğunu bildirib. O, həm Rusiya, həm də Ukraynanı onlardan istifadəni dayandırmağa, bu silahı qadağan edən 2008-ci ilin beynəlxalq müqaviləsinə qoşulmağa çağırıb.

    Hesabatda deyilir ki, Rusiya fevralın 24-də Ukraynanı işğal etdikdən sonra kasetli bombalardan geniş şəkildə, Ukrayna qüvvələri isə bu müharibədə onlardan azı üç dəfə istifadə edib.

    Havada açılan kasetli bombalar artilleriya, raketlər və ya təyyarələrlə atılır, çox sayda bomba və ya partlayıcı sursatları geniş əraziyə yayır.

    Bombaların bir hissəsi atılan zaman partlamadığı üçün sonradan uşaqlar da daxil olmaqla, hərbçiləri və mülki vətəndaşları fərq qoymadan şikəst edə və ya öldürə bilir.

    Hesabatda deyilir ki, Rusiya işğala başlayandan iyul ayına qədər Ukraynada kasetli bomba hücumları nəticəsində azı 689 mülki itki qeydə alınıb.

    Bildirildiyinə görə, Ukraynanın 24 regionundan azı 10-da Rusiyanın yüzlərlə kasetli bomba hücumu həyata keçirdiyi sənədləşdirilib, hesablanıb və ya iddia edilib.

    Rusiya Ukraynada kasetli bombalardan istifadəsini inkar etməyib və həmin silahın qanuni olduğunu “yalnız düzgün istifadə edilmədikdə zərərli ola biləcəyini” deyib.

    Hesabatda deyilib ki, Ukrayna qüvvələri də Rusiya silahlı qüvvələrinin və ya onunla bağlı olan silahlı dəstələrin nəzarətində olan ərazilərdə kasetli bombalarından azı üç dəfə istifadə edib.

    Ukrayna da həmçinin münaqişədə kasetli bombalardan istifadə etdiyini inkar etməyib, lakin “Ukrayna Silahlı Qüvvələrinin beynəlxalq humanitar hüquq normalarına ciddi şəkildə riayət etdiyini” bildirib.

    Nə Rusiya, nə də Ukrayna 110 ölkə tərəfindən ratifikasiya edilən, daha 13 ölkə tərəfindən imzalanmış bu tip sursatları qadağan edən Kasetli Sursatlar üzrə 2008-ci il Konvensiyasının üzvü deyil.

    “Kasetli bombaların mülki vətəndaşlara gətirdiyi ani və uzunmüddətli iztirab bu gün Ukraynada onlardan istifadəni vicdansızlıq və qeyri-qanuni edir,” Human Rights Watch-un əməkdaşı Meri Veyrham bildirib.

    Hesabatda deyilir ki, Human Rights Watch-un Ukraynanın ikinci ən böyük şəhəri Xarkivdə apardığı araşdırmada Rusiya qüvvələrinin may ayında evlərə, şəhərin küçələrinə, parklara, həmçinin doğum evi və mədəniyyət mərkəzinə kasetli bombalar atdığı müəyyən edilib.

    Hesabatda eləcə də Rusiyanın Ukraynada həm köhnə, həm də yeni istehsal olunan kasetli sursatlardan istifadə etdiyi bildirilib.

  • Gundemxeber.az


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “Human Rights Watch”: Ermənistan Azərbaycana qarşı bir neçə dəfə kasetli silahlardan istifadə edib - HESABAT

    “Human Rights Watch”: Ermənistan Azərbaycana ...

    15-12-2020, 13:35

  • 
  • Düşmən Beyləqana iki ədəd kasetli bomba atıb - FOTO

    Düşmən Beyləqana iki ədəd kasetli bomba atıb - ...

    5-10-2020, 15:11

  • 
  • Hesabat: "Ermənistan İkinci Qarabağ müharibəsində kasetli bombalardan istifadə edib"

    Hesabat: "Ermənistan İkinci Qarabağ ...

    16-09-2021, 12:17

  • 
  • Ermənistanın Goranboya kasetli raket atması ilə bağlı daha bir rəsmi açıqlama

    Ermənistanın Goranboya kasetli raket atması ilə ...

    6-10-2020, 19:52

  • 
  • "Human Rights Watch"un nümayəndəsi Bakı aeroportunda saxlandı

    "Human Rights Watch"un nümayəndəsi Bakı ...

    31-03-2015, 20:31


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu