GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Rusiya MN artıq alternativ Laçın yolunu “dəhliz” kimi təqdim etməyə başladı. Həm də... - ZİBİLƏ DÜŞMÜŞÜK...

Rusiya MN artıq alternativ Laçın yolunu “dəhliz” kimi təqdim etməyə başladı. Həm də... - ZİBİLƏ DÜŞMÜŞÜK...

Tarix: 7-09-2022, 13:00 Bölmə :Dünya Baxış: 298


Rusiya MN artıq alternativ Laçın yolunu “dəhliz” kimi təqdim etməyə başladı. Həm də...Artıq bir aya yaxındır ki, Azərbaycan xalqını, xüsusən də rayon mərkəzi və köhnə dəhlizdəki 3 kəndi də dövlətimizin yurisdiksiyasına qaytarılmış Laçın rayonu sakinlərini köhnə Laçın “dəhlizi”nə alternativ yolun ətrafında da “dəhliz” yaradılıb- yaradılmaması məsələsi narahat edir. Narahatçılığın əsas səbəbi Rusiya hərbi kontingentinin, belə görünür ki, ən azı, növbəti 3 il ərzində nəzarət edəcəyi bəhs edilən yol ətrafındakı kəndlərimizin də “dəhliz”ə salınacağı və həmin kənd sakinlərinin, heç olmasa, öz xaraba qalmış evlərinin uçuq divarlarını, “bəlkə salamat qalıb” deyə ümid etdikləri dədə-baba məzarlarını ziyarət edə bilmə vaxtının naməlum müddətə uzadılacağıdır. Təəssüf ki, müvafiq qurumlarımız bu haqda rəsmi, ciddi və ətraflı açıqlama vermir...Və bundan yararlanan Xankəndindəki separatçılar hətta “yeni dəhlizdə Artsax qanunları işləyəcək” təxribatına cəsarət edirlər...

GUNDEMXEBER.AZ-ın bilgisinə görə, fəqət, Moderator.az-ın son araşdırmalarından bəlli olub ki, Rusiya tərəfi artıq öz qərarını verib. Yəni Putin rejimi üçün alternativ yolun ətrafı da Rusiya “sülhməramlı” hərbi kontingentinin məsuliyyət zonasına daxil olan “dəhliz”dir.

Bunu köhnə Laçın dəhlizinə alternativ yolun istifadəyə verildiyi 30-31 avqust 2022-ci il tarixlərindən bəri Rusiya Müdafiə Nazirliyinin rəsmi saytındakı “sülhməramlı” kontingentə aid bölmənin gündəlik bülletenlərində sözügedən yola aid edilən “Laçın dəhlizi” ifadəsinin işlənməsidir.

Rusiya MN artıq alternativ Laçın yolunu “dəhliz” kimi təqdim etməyə başladı. Həm də...Belə ki, “sülhməramlı”ların 31 avqust tarixli xəbər bülletenində iki dəfə “Laçın dəhlizi” ifadəsi işlənir. Birincisi, Laçın dəhlizinin marşrutunun dəyişdirilməsi ilə bağlı cümlədə, ikincisi isə Azərbaycan avtomobil karvanlarının “Laçın dəhlizi”ndən keçərkən müşayiət olunması qeyd edilən cümlədədir.

Bundan sonra, yəni 1- 6 sentyabr 2022-ci il tarixlərində Rusiya MN-in bəhs edilən xəbər bülletenində hər gün “Laçın dəhlizi” ifadəsi işlədilir...

Bir məqam da diqqəti cəlb edir ki, ötən yazılarımızda qeyd etdiyimiz kimi, sentyabrın 1-də və 6-da təqdim edilən xəritələrə də uyğun olaraq “sülhməramlı”ların bilavasitə “Laçın dəhlizi” ərazisində patrul xidməti apardığı qeyd olunur. Sentyabrın 4-ə aid dislokasiya xəritəsində isə Rusiya hərbçilərinin Laçın rayonu ərazisində patrul xidməti apardığı görünsə də, bu nədənsə xəbər bülletenində qeyd olunmur. Amma sentyabrın 6-a aid bülletendə patrul xidmətinin məhz “Laçın dəhlizi” ərazisində aparıldığı vurğulanır. Rayonu yox, dəhlizi...

Rusiya MN artıq alternativ Laçın yolunu “dəhliz” kimi təqdim etməyə başladı. Həm də...Bir sözlə, belə çıxır ki, artıq Rusiya MN və deməli, Putin hakimiyyəti yeni alternativ yolun ətrafını da Rusiya “sülhməramlı” hərbi kontingentinin nəzarət zonası olan “dəhliz” kimi qəbul edir...

Amma “sülhməramlı”ların dislokasiya xəritələrində həmin “dəhliz”in parametrləri aydın görünmür. Belə ki, Laçın şəhəri, Zabux, Aşağı Sus və Qarıkaha kəndləri dislokasiya xəritələrindən ehtiyatla(!) çıxarılsa da, xüsusi ştrixlərlə göstərilən və mütəmadi patrul xidmətləri marşrutunun qeyd olunduğu ərazi yeni alternativ yoldan Laçın və Zabuxa, çox yaxın birbaşa vizual nəzarət ediləcək məsafəyədək uzanır... Belə çıxır ki, Rusiya hərbi kontingenti hazırda nəinki Laçın rayonunun yeni yol ətrafındakı Unannovu, Mığıdərə, Dəyirmanyanı, Məlikpəyə, Malxələf və s. kəndlərini, həm də köhnə “dəhliz”ə də daxil olan “Şivid xarabalıqları” məntəqəsi, Ağanus, Fətəlipəyə və Kəravuz kəndlərini də və deməli, Qubadlı-Laçın yolunu da nəzarətdə saxlayır...

Hazırda revanşist, irqçi və separatçı xislətli hayklar, həm də Rusiya MN üçün əsas prinsipial məsələlərdən biri də Şuşa rayonunun Kişik Qaladərəsi kəndinin üzərindəki Laçın rayonunun Ağanus kəndinə aid olan, “Azersel”in də rabitə qülləsinin yerləşdiyi strateji Dikdaş(yaxud Ağdaş – 1784 m) yüksəkliyindəki mövqelərdən Azərbaycan ordu birləşməsinin çıxarılmasıdır. Xatırladaq ki, 1 dekabr 2020-ci ildən bəri keçən iki ilə yaxın müddətdə erməni mediası bu məsələni gündəmdə saxlayır...

Rusiya MN artıq alternativ Laçın yolunu “dəhliz” kimi təqdim etməyə başladı. Həm də...İnanırıq ki, Azərbaycan dövləti və ordusu da əks prinsipiallıq nümayiş etdirərək nəinki sözügedən yüksəkliyi Rusiya tərəfinə təslim etməyəcək, eyni zamanda alternativ Laçın yolunun bundan sonra “dəhliz” deyil, yalnız yol olaraq istifadəsinə nail olacaq. Və nəticədə həmin yol ətrafındakı xatırladılan kəndlərimiz Azərbaycan ordusunun nəzarətində qalacaq. Ona da ümidliyik ki, müvafiq qurumlar tezliklə yeni “Laçın dəhlizi” məsələsinə aydınlıq gətirərək ictimaiyyətin narahatçılığına son qoyacaq...


Gundemxeber.az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bakı Brüsseldə bu məsələni masaya qoya bilər - GƏLİŞMƏ

    Bakı Brüsseldə bu məsələni masaya qoya bilər - ...

    6-04-2022, 11:58

  • 
  • Terrorçular qüvvələrini Ukraynadan çıxarmaq üçün “dəhliz” yaradır

    Terrorçular qüvvələrini Ukraynadan çıxarmaq üçün ...

    21-05-2014, 10:50

  • 
  • İlin sonuna kimi Laçın şəhəri Azərbaycana təhvil veriləcək - GƏLİŞMƏ

    İlin sonuna kimi Laçın şəhəri Azərbaycana təhvil ...

    19-05-2022, 15:48

  • 
  • Erməni radikallardan Azərbaycana qarşı xain plan - revanşistlər nəyə hazırlaşır?

    Erməni radikallardan Azərbaycana qarşı xain plan ...

    19-06-2022, 13:04

  • 
  • Rusiyanın sülhməramlı hərbçiləri Laçın dəhlizini nəzarətə götürdü

    Rusiyanın sülhməramlı hərbçiləri Laçın dəhlizini ...

    11-11-2020, 13:57


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (354)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu