Ötən gecə minlərlə etirazçı Yerevanın küçələrinə çıxaraq baş nazir Nikol Paşinyanın istefasını tələb edib. Etirazçılar onun Azərbaycanla sülh imzalamağa hazır olması barədə bəyanatından hiddətləniblər.
Paşinyan parlamentdə çıxış edərkən deyib: “Biz elə bir sənəd imzalamaq istəyirik ki, bəlkə də buna görə çoxları bizi tənqid edəcək, lənət edəcək, bizi satqın adlandıracaq, hətta xalq bizi hakimiyyətdən uzaqlaşdırmaq qərarına gələ bilər, amma biz əgər Ermənistan Respublikası 29,8 min kvadrat kilometr ərazidə davamlı sülh və təhlükəsizlik əldə edərsə, minnətdar olacağıq.”.
Bu sözlər Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımağa hazır olmaq kimi qiymətləndirilib.
Bundan dərhal sonra Qarabağ separatçılarının liderləri Qarabağı Azərbaycanın tərkib hissəsi kimi nəzərdə tutan sənədi tanımadıqları barədə bəyanatlar veriblər.
Birbaşa efirdə Paşinyan heç nəyə imza atmadığını və imzalamaq niyyətində olmadığını bəyan etməyə məcbur olub. O, müxalifəti və xarici qüvvələri “informasiya təxribatında” ittiham edib.
Parlamentin spikeri Alen Simonyan və Təhlükəsizlik Şurasının rəhbəri Artur Qriqoryan da analoji bəyanatlarla çıxış ediblər.
Bununla belə, müxalifətdən olan deputatlar Paşinyanın impiçmenti tələbilə kampaniyaya başlayıblar.
Baş verənlər onu göstərir ki, erməni cəmiyyəti, ilk növbədə Qarabağ erməniləri Ermənistan-Azərbaycan münaqişəsinin əsas səbəbindən - Qarabağın Azərbaycanın tərkibindən çıxarılması və Ermənistana verilməsi tələbindən əl çəkməyə hazır deyillər. 02B
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?