Ardıcıl ikinci gündür Rusiya qoşunları Krivoy Roqun (Dnepropetrovsk vilayəti) infrastrukturuna qanadlı raketlərlə hücumlar həyata keçirir. Bu barədə şəhərin hərbi administrasiyasının rəhbəri Aleksandr Vilkul məlumat verib.
Vilkulun sözlərinə görə, sentyabrın 15-i, yerli vaxtla saat 17:00-da şəhərin hidrotexniki qurğuları ərazisinə iki raket hücumu qeydə alınıb. Dnepropetrovsk vilayət hərbi administrasiyasının rəhbəri Valentin Rezniçenko itki olmadığını, fəsadların dəqiqləşdirildiyini bildirib.
Bir gün əvvəl Rusiya ordusu Krivoy Roqa kütləvi raket hücumu həyata keçirib. Valentin Rezniçenkonun qeyd etdiyinə görə, şəhərin mühüm infrastrukturuna və nəqliyyat sisteminə "Kinjal" və "İskəndər" raketləri olmaqla, ümumilikdə yeddi raket atılıb. Raketlər bir neçə su kəmərini zədələdiyi üçün şəhərin bir hissəsi və yaxınlıqdakı kəndlər içməli susuz qalıb.
Sonradan məlum olub ki, raket zərbələri xüsusilə Krivoy Roqun İnquletski rayonundakı bəndə düşüb. Dəymiş ziyana görə İnqulets çayında suyun səviyyəsi bir metrdən iki metrə yaxın qalxıb, nəticədə 112 yaşayış binası və bağ sahələri su altında qalıb. Şəhər hakimiyyəti şəhərin bir sıra rayonlarının sakinlərinin təxliyəsini təşkil edib, onlar müvəqqəti olaraq Krivoy Roq məktəblərinə yerləşdirilib.
Krivoy Roqda raket zərbələrinin nəticələrinin aradan qaldırılması üzrə işlər sentyabrın 14-nə keçən gecə və sentyabrın 15-i səhər saatlarında davam edib. Təcili yardım xidmətləri suyun səviyyəsini aşağı salmaq üçün Çernoqorka ərazisində iki bənddə partlayış etməli olub.
Sentyabrın 11-i axşam saatlarında Rusiya qoşunları Xarkivda İstilik Elektrik Stansiyasına hücum edib. Şəhərdə bir çox ev atəşə tutulduğuna görə, işıqsız və susuz qalıb.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?