GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » İranın hərbi qüdrəti - kağız pələng - ŞƏRH

İranın hərbi qüdrəti - kağız pələng - ŞƏRH

Tarix: 26-10-2022, 14:35 Bölmə :Dünya Baxış: 238

İran hakimiyyətinin yürütdüyü daxili və xarici siyasət ölkə həyatının bütün sahələrinə mənfi təsir göstərir. Rusiyanın Ukraynadakı müharibədə İran istehsalı olan kamikadze dronlardan istifadə etməsi Tehrana qarşı yeni qadağaların tətbiqini gündəliyə gətirib. İslam Respublikası Ukraynada tətbiqi üçün Rusiyaya dronlar tədarük etməkdə ittiham olunur. Bu səbəbdən Avropa İttifaqı və Böyük Britaniya ötən həftə İrana qarşı sanksiyalar tətbiq edib. İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Məhəmməd Hüseyn Baqiri, İran Müdafiə Nazirliyi yanında Sənaye Araşdırmalar Birliyinin direktoru general Seyid Höcətullah Qureyşi və İnqilab Keşikçiləri Qvardiyası Aerokosmik Qüvvələrinin komandanı briqada generalı Seyid Ağacani sanksiya siyahısına daxil edilib. Bu qadağalara ABŞ-ın yaxın günlərdə qoşulacağı gözlənilir. Bununla belə, Ağ Ev hələ sentyabrın əvvəlində Rusiyaya göndərilən pilotsuz təyyarələrlə bağlı İranın 4 şirkətinə və 1 fiziki şəxsə sanksiya tətbiq edib.

Əslində, İran istehsalı olan dronlar Ukraynanın istifadə etdiklərindən zəif görünür. Xəbərlərə əsasən, İranın 273 “Şahed-136” PUA-sı məhv edilib. İran bu dronları ABŞ və İsraildən oğurlanan texnologiyalar əsasında hazırlayıb. Ancaq texnologiya əsl olmadığından onların döyüşlərdə ABŞ, İsrail, Türkiyə dronlarına məğlub olduğu Ukraynada təsdiqlənir. Sanksiyalara görə, İrana yeni texnologiyalar verilmir. Bu səbəbdən İslam Respublikasının bu sahədə plagiatlıq etdiyi bildirilir. Bu isə “istehsal” olunan hərbi texnika və avadanlığın keyfiyyət göstəricisinə mənfi təsir göstərir. Hərbi təyyarələr isə 1970-ci illərə və daha əvvəllərə aid modellərdir. Belə hərbi hava maşınlarında istifadə edilən detalların müddəti bitdiyindən təlim və başqa məqsədlə keçirilən uçuşlar zamanı tez-tez qəzaya uğrayır, yaxud döyüş tapşırıqlarını yerinə yetirə bilmir.

İranın İsfahan şəhərində təlim zamanı “F-7” qırıcı təyyarə qəzaya uğramışdı. Hadisə nəticəsində hər iki pilot ölmüşdü. Bu döyüş təyyarəsi keçmiş SSRİ-nin “MiQ-21” hərbi təyyarəsinin oxşarıdır. 1961-ci ildə Çin hökuməti SSRİ-nin lisenziyası əsasında “MiQ-21”in bazasında “J-7”nin istehsalına başlayıb. Ancaq 1970-ci ilin əvvəllərində ölkədə mədəni inqilabın mənfi təsirləri səbəbindən “J-7” istehsalı dayandırılıb.

Başqa bir örnək. Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmiya şəhərində İran ordusunun “Bell-214” helikopteri sınaq uçuşu zamanı qəzaya uğramışdı. Hadisə nəticəsində bir pilot ölmüş, 2-si yaralanmışdı.

“Bell-214” 1970-ci ildən ABŞ-ın “Bell Helicopter” təyyarə şirkəti tərəfindən istehsal edilib. 1979-cu il fevral inqilabınadək İran Ordusu Aviasiyasının 296 “Bell 214A” nəqliyyat və Hərbi Hava Qüvvələrinin 39 “Bell 214C” axtarış-xilasetmə helikopteri olub.

Qəzalar, döyüş zədələri, eləcə də ehtiyat hissələrinin çatışmazlığı İraqla müharibənin sonuna qədər İran “Bell-214”lərin əsas hissəsinin istifadəsini çətinləşdirib. Bununla əlaqədar İranın hərbi sənaye kompleksi zəruri komponentlərin istehsalının dəyişdirilməsi, bu helikopterlərin əsaslı təmiri və bərpası proqramına başlayıb. Ancaq “istehsal” olunan helikopterlər müasir texnologiyalara cavab vermir. İran Silahlı Qüvvələrinin silah arsenalında “T-72”, “Zülfiqar”, “Arjun” “MBT-2000” tanklar var. Ötən əsrin 70-80-ci illərinin texnologiyası əsasında hazırlanan bu hərbi texnika mənəvi və fiziki cəhətdən qocalıb. İranın “Zülfüqar” döyüş tankı əsasən, 1973-cü ildə sovet istehsalı olan “T-72S”, eləcə də ABŞ-ın “M48” və “M60” tanklarının komponentlərinə əsasən hazırlanıb. “Arjun” əsas döyüş tankı layihəsi 1972-ci ildə Hindistanın Müdafiə Tədqiqatları və İnkişafı Təşkilatı, Döyüş Vasitələrinin Tədqiqat və İnkişaf Mərkəzi tərəfindən hazırlanıb.

“MBT-2000” əsasən “T-72M”dən istifadə edilərək hazırlanıb. 

Qeyd edək ki, 1925-ci ildən 1979-cu ilədək İran hərbi texnika, silah və sursatı əsasən, ABŞ, Böyük Britaniya, Fransa, AFRŞ, İtaliya, İsrail və SSRİ-dən alırdı. 1980-88-ci illərdə İraqla müharibədə şahdanqalma silah arsenalı Tehran hakimiyyətinin əhəmiyyətli dərəcə işinə yaradı. Bununla belə İran müharibə zamanı SSRİ, Şimali Koreya, Braziliya və Çindən silah almağa başladı.

Pandemiyadan əvvəl 2018-ci ildə İslam Respublikasının müdafiə büdcəsi 18 milyard dollar təşkil edib. Halbuki həmin dövrdə İranın rəqibi Səudiyyə Ərəbistanı bu sahəyə 70 milyard dollara yaxın vəsait xərcləyib. İran hərbi təyyarələrinin modeli və sayına görə də Səudiyyə Ərəbistanından geri qalır. İslam Respublikasının 509, krallığın isə 848 döyüş təyyarəsi var.

İranın inqilab keçikçiləri qvardiyası ilə birlikdə 523 min hərbçisi olduğu bildirilir. Ehtiyatda 350 min hərbçi var.

Təbii ki bu rəqəmlər rəsmi məlumatlardır. Yəni rəqəmlər fərqli də ola bilər. Çünki İslam Respublikasının Silahlı Qüvvələrinin fəaliyyəti və xərcləri haqqında məlumat şəffaf deyil.

Hər il hərbçilərin döyüş hazırlığına dövlət büdcəsindən əhəmiyyətli məbləğdə maliyyə vəsaiti xərclənir. Lakin bu xərclər qarşılığında döyüş hazırlığı aşağıdır. Məsələn, qvardiyanın xaricdəki “Qüds” qoşununun komandanı general Qasım Süleymaninin öldürülməsini buna örnək göstərmək olar. Başqa bir misal: 2020-ci il yanvarın 8-də Tehran yaxınlığında Ukraynaya məxsus “Boeing 737” sərnişin təyyarəsini qvardiya səhvən vurmuşdu. Qəza nəticəsində İran, Ukrayna, Kanada, İngiltərə, Almaniya, İsveç və Əfqanıstanın 176 vətəndaşı həyatını itirmişdi.

İranda silahlı qüvvələri daxilində daim qarşıdurma olub. Bu il qvardiya daxilində çoxsaylı müəmmalı qətllər, istefalar, yoxaçıxmalara dair yayılan xəbərlər də bunu təsdiqləyir.

Təhlükəsizliyi təmin etmək üçün İranın hərbi qüvvələrinin sayıqlığı da aşağı səviyyədədir. 4 il öncə sentyabrın 24-də İranda hərbi paradda törədilən terror aktını buna nümunə olaraq göstərə bilərik. Əl-Əhvaz şəhərində keçirilən paraddakı hadisə nəticəsində 28 nəfər həlak olub, daha 60 nəfər yaralanıb.

Belə faktlar İran ordusunun hərbi texnika və silahlarının region dövlətlərindən xeyli zəif olduğunu təsdiqləyir. İran bu alayarımçıq silahları və hərbi qurğuları ilə region dövlətlərini hədələyir, savaşmaq üçün vurnuxur. Cənubi Qafqazda isə İsrailin ləpirini axtarır. Bununla belə, İslam Respublikası davranışı və hərbi texnikası ilə İsrail, NATO və ABŞ-ı təqlid edir. Tehran hakimiyyəti bu ölkələrin 30 il əvvəlki texnologiyaları əsasında texnika hazırlamaqla onlara qarşı mübarizə aparmağa səy göstərir. Odur ki, İranın hərbi texnika nümayişi və hərbi ritorikası daha çox hədələmək üçündür. Lap kağız pələng kimi...


SƏDRƏDDİN İSMAYILOV

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İranın Baş Qərargah rəisi Bakıya gəlir

    İranın Baş Qərargah rəisi Bakıya gəlir ...

    15-01-2019, 20:34

  • 
  • İran və Türkiyə kürdlərə qarşı birləşir - GENERALLAR RAZILAŞDI

    İran və Türkiyə kürdlərə qarşı birləşir - ...

    15-09-2017, 11:18

  • 
  • İran Rusiyadan “Su-22” döyüş təyyarələri alıb

    İran Rusiyadan “Su-22” döyüş təyyarələri alıb ...

    26-07-2018, 11:44

  • 
  • ABŞ-dan açıqlama gəldi: "İran generalının öldürülməsi əmrini Tramp özü verib"

    ABŞ-dan açıqlama gəldi: "İran generalının ...

    3-01-2020, 14:59

  • 
  • ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq etdi

    ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq etdi ...

    20-05-2020, 22:27


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu