“Rusiya Prezidenti Vladimir Putin dünən "Valday" forumunda çıxış edib. O, Ermənsitanın Azərbaycanın Qarabağ üzərində suverenliyini tanımağa hazırlaşdığına eyham vurub və buna mane törətməyəcəklərini bildirib”.
Gundemxeber.Az xəbər verir ki, bunu “Sherg.az”a açıqlamasında millət vəkili Sahib Alıyev Rusiya Prezidenti Vladimir Putinin “Valday” formundakı çıxışına münasibət bildirərkən deyib. Parlamentari qeyd edib ki, Putinin “buyursunlar“deməsi ilk baxışda xeyirxah bir yanaşma təsiri bağışlayır: “Amma burada unudulur ki, Rusiyanın Krasnodar üzərində suverenliyi nə deməkdirsə, Azərbaycanın Qarabağ üzərində suverenliyi də o deməkdir. Birincinin öz torpaqları üzərində suverenliyini hayların buna razı olub-olmadıqları və Azərbaycanın da onu dəstəkləyib-dəstəkləmədiyi müyəyyənləşdirmədiyi kimi, ikincinin haqlarını da, həmən hayların istəkləri və Rusiyanın da bunun dəstəkləyib-dəstəkləmədiyi müəyyənləşdirə bilməz. Çünki hər dövlətin öz torpaqları üzərində suverenliyi beynəlxalq normalarla təsbit olunur və burada qonşunun istəyi, hansısa gücün onu dəstəkləyib-dəstəkləməməsi heç bir rol oynaya bilməz.
Bundan başqa bir tərəfdən şərtlə də olsa, Azərbaycanın Qarabağ üzərində suverenliyinə qarşı cıxılmayacağı deyilir, digər tərəfdən Xankəndində Rusiya hərbi kontingentinin müvvəqqəti, amma tam nəzarəti altında yaşayanlara reinteqrsiya əleyhinə aksiya keçirmək tapşırığı verilir. Yəni orada Moskva üçün daha əlverişli “hakimiyyət” dəyişiklikləri edilirsə, burada sözlə əməlin üst-üstə düşmədiyi üzə çıxır.
Görünür ki, Rusiyanın Azərbaycanla Ermənistan arasında tezliklə sülhün yaranamasında maraqlı olması, sözügedən forumda “Nord Stream – 1” qaz kəmərini guya Qərbin özünün partlatması və Ukrayna haqqında deyilənlər qədər doğrudur”.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?