Gundemxeber.az » Dünya » Paşinyan razılaşdı: “Qarabağ problemini Rusiyanın təklifləri əsasında nizamlaya bilərik”
Ermənistan Rusiyanın təklifləri əsasında Azərbaycanla münasibətlərin qurulması üzərində işləməyə hazırdır. Bu barədə Ermənistan baş naziri Nikol Paşinyan oktyabrın 28-də Tvitterdə yazıb.
“Ermənistan sentyabrın əvvəllərində Ermənistan və Azərbaycan arasında dövlətlərarası münasibətlər qurulmasının RF tərəfindən təqdim edilmiş təməl prinsipləri və parametrləri əsasında işləməyə razılıq verib və Soçidə bunu təsdiq etməyə hazırdır. Ümid edirik ki, Rusiya öz təkliflərini dəstəkləyəcək”, deyə Paşinyan yazıb.
Xatırladaq ki, dünən Valday Forumunda Rusiya prezidenti hazırki vəziyyətdə Ermənistanın özünün təqsirkar olduğu haqqında diqqətəlayiq bəyanat səsləndirib. O, həmçinin Yerevanın Qarabağ münaqişəsini Rusiya ilə, yoxsa Qərb ilə həll etmək istədiyinə qərar verməli olduğunu qeyd edib.
GUNDEMXEBER.AZ
2-10-2018, 14:26
11-08-2018, 21:19
24-05-2018, 12:45
14-05-2018, 11:17
12-08-2021, 11:56
Sorğu
Yeni dizaynımız necədir?