“Hər şey masanın üzərindədir. Biz də Ermənistan və Azərbaycan arasında davamlı sülhün bərqərar olması üçün ən faydalı hesab etdiyimizi həyata keçirəcəyik”.
Bunu ABŞ Dövlət Departamentinin mətbuat katibi Ned Prays Soçidə baş tutan Azərbaycan, Ermənistan və Rusiya liderlərinin görüşü ilə bağlı sualı cavablandırarkən bildirib.
O, ABŞ-nin bu görüşdə iştrakçı olmadığını xatırladıb.
“Lakin Dövlət katibi Blinken bunu dəfələrlə, o cümlədən iki xarici işlər nazirini Nyu-Yorkda bir araya gətirərkən vurğulayıb ki, biz Ermənistan-Azərbaycan sülhünə və iki ölkə arasında danışıqlara sadiqik”, - deyə Departamentin sözcüsü əlavə edib.
Prays birbaşa dialoqun problemlərin həlli və davamlı sülhə nail olmaq üçün açar olduğunu deyərək, hər iki ölkənin sülh istədiyini bəyan etdiyini vurğulayıb.
“Beləliklə, biz Ermənistan və Azərbaycan arasında ikitərəfli şəkildə, tərəfdaşlarımız və çoxtərəfli təşkilatlar vasitəsilə müzakirələri asanlaşdırmaq, təmin etmək üçün növbəti aylarda fəaliyyətə davam edəcəyik”, - deyə Dövlət Departamentinin mətbuat katibi sözlərini yekunlaşdırıb.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?