Gundemxeber.az » Dünya » Yanlış istiqamət: İran parlamentinin spikeri Bakı səfərini ləğv edərək İrəvana gedir
Bir neçə gün öncə İranın molla rejiminin parlament spikeri Məhəmməd-Baqir Qalibafın Azərbaycana səfər edəcəyi barədə məlumat yayılıb.
Gundemxeber.az bildirir ki, bu barədə ölkənin xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan azərbaycanlı həmkarı Ceyhun Bayramovla telefon danışığında məlumat verib.
Lakin diplomatik mənbələrdən daxil olan məlumata əsasən, Qalibafın ölkəmizə səfəri İran tərəfindən müvafiq xəbərdarlıq edilmədən, birtərəfli şəkildə ləğv olunub.
Bu azmış kimi, spikerin bu günlərdə İrəvana səfər edəcəyi bildirilib.
Qeyd edək ki, “islam dövləti”nin bu qərarı onun bölgə siyasətinin mahiyyətini bir daha ortaya qoyur. Rəsmi Tehran öz qərarı ilə Bakı ilə İrəvan arasındakı seçimdə ikinciyə üstünlük verdiyini təsdiqləyir.
Bununla da, cənub qonşumuzun teokratik hakimiyyəti Azərbaycana qarşı münasibətində növbəti dəfə əsl simasını göstərmiş olur.
Gundemxeber.Az
27-01-2021, 12:05
7-08-2019, 16:01
28-03-2017, 23:12
6-08-2019, 13:13
22-12-2021, 10:38
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?