Gundemxeber.az » Dünya » "Qafanın bir hissəsi Azərbaycanın nəzarətindədir" - Tatoyan
“Qafanın 2700 hektar ərazisi Azərbaycanın nəzarətindədir”.
Gundemxeber.Az xəbər verir ki, bunu Ermənistanın keçmiş ombudsmanı Arman Tatoyan noyabrın 10-da keçirdiyi mətbuat konfransında deyib.
“Nerkin And və Sraşen (Kilsəkənd) kəndləri tamamilə, örüş və əkin sahələri, yollar Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçib.
Mövqelərdən ikisi birbaşa Nerkin And məktəbinin yanında yerləşir. Biz orada olanda Azərbaycan hərbçilərinin səsini aydın eşitdik. Məktəbin qarşısında əlavə mövqe qurublar və əraziyə tam nəzarət edirlər. Azərbaycanlıların başqa bir mövqeyi Nerkin And qəbiristanlığının yanında yerləşir.
Bu il sentyabrın 13-14-də azərbaycanlılar təkcə Qafanda – 2700 hektar ərazini götürüb. O cümlədən, söhbət 2400 hektar xüsusi mühafizə olunan, 170 hektar meşə və 130 hektar kommunal sahədən gedir.
Göstərilən 2700 hektardan əlavə, daha 1140 hektar ərazi təhlükəli zonaya düşüb”, – deyə Tatoyan bildirib.
Gundemxeber.Az
9-07-2013, 18:50
10-08-2020, 20:24
23-01-2017, 21:07
18-05-2016, 18:39
21-04-2016, 23:14
Sorğu
Yeni dizaynımız necədir?