“Türkiyə, Azərbaycan, Özbəkistan xarici işlər nazirlərinin görüşləri vaxtında atdığımız uğurlu addımlardır”.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 11-də Türk Dövlətləri Təşkilatının Özbəkistanın Səmərqənd şəhərində keçirilən IX Zirvə Görüşündə çıxışı zamanı deyib.
O bildirib ki, Orta Dəhlizin əhəmiyyəti getdikcə artır: “Siyasət, təhlükəsizlik, səhiyyə, enerji, təhsil kimi sahələrdə əməkdaşlığımızı gücləndirmək istəyirik. Müxtəlif təşəbbüslər sayəsində ticarət həcmimizin tədricən artması təmin olunacaq”.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?