GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » İranda etirazlar həyata necə təsir edib? – Beş yenilik

İranda etirazlar həyata necə təsir edib? – Beş yenilik

Tarix: 14-11-2022, 13:18 Bölmə :Dünya Baxış: 183

Sentyabrın 16-dan bəri İranı son 40 ilin ən miqyaslı hökumət əleyhinə etiraz dalğası bürüyüb. Bəziləri hesab edir ki, kütləvi çıxışlar İran cəmiyyətinə artıq əhəmiyyətli təsir göstərib. Bəs onlar nədir?

İranda təxminən 2 ay əvvəl qadınlara qarşı zorakılıq əleyhinə başlayan kütləvi çıxışlar 1979-cu il İslam İnqilabından bəri hökumətin üzləşdiyi ən ciddi problem sayılır.

Sentyabr ayında hicabla bağlı qaydaları pozmaq iddiası ilə əxlaq polisinin saxladığı gənc qadın Məhsa Əmininin ölümü ölkə boyunca hakimiyyətə qarşı etiraz çıxışlarına təkan verib.

O vaxtdan bəri təhlükəsizlik qüvvələrinin amansız təqiblərinə qarşı müqavimət davam edir. İnsan Hüquqları Fəalları Xəbər Agentliyinin (HRANA) saytına əsasən, noyabrın 2-nə kimi 129 şəhərdə keçirilən etirazlarda 298 nəfər ölüb, 14 mindən çox insan həbs edilib.

BBC-nin müsahibləri etirazların gündəlik həyata gətirdiyi 5 əhəmiyyətli dəyişiklikləri qeyd edirlər.

Hicabdan imtina

Qadın etirazçı


Son bir neçə həftə ərzində mütəmadi olaraq hicab qaydalarını nümayişkaranə pozan qadınların görüntüləri yayılır, onlar zibil qutuları və maşınların üstünə çıxaraq baş örtüklərini yelləyir.

Sosial mediada aktrisa Fatma Motaməd-Arya kimi tanınmış simalar da daxil, ictimai yerlərdə hicabsız olan qadınların görüntüləri yayılır. Belə ictimai itaətsizlik nümunələrinin sayı İslam Respublikasının tarixində görünməmiş həddə çatıb.

Bəzi paylaşımlarda hətta təhlükəsizlik qüvvələrinin yanında başları açıq olan qadınların şəkilləri də yayılır, baxmayaraq ki, rəsmilər qaydaların dəyişmədiyini deyirlər.

“Hicabsız olmaq hələ də qanuna ziddir”, – ötən ayın sonunda əxlaq polisinin sözçüsü Əli Xanməhəmmədi deyib.

Bu, iranlı qadınları etiraz etməkdən çəkindirməyib. Bu barədə BBC-yə yaşlı bir qadın bildirib. O, etirazlar başlayandan bəri tez-tez küçəyə hicabsız çıxdığını əlavə edir.

“Keçən gün küçədə gedirdim və arxamda bir avtomobilin siqnal səsini eşitdim. Dönüb baxdım ki, maşında hicabsız gənc bir qadın var”, adının açıqlanmasını istəməyən qadın deyir.

“O, öpüş və qələbə işarəsini göstərdi. Mən də elə eyni şeyi etdim, yəni qırx necə gündə, ölkə əvvəlki qırx ilə nisbətdə daha çox dəyişib”.

Divar və küçələrə sahiblik

Mollaya təpik qrafitisi

Hazırkı etirazları əvvəlki çıxışlardan fəqrləndirən daha bir cəhət də “divarlar uğrunda mübarizədir”.

Sosial mediada divarlara şüar yazan insanların görüntüləri adi hala çevrilib. Bələdiyyələr qraffitilər olan yerləri yenidən boyalamağa çalışırlar. Lakin bu hədər yerə aparılan mübarizə sayılır.

Əksər şüarlar etirazların dünyəvi xarakterinə işarə edərək, Ali dini lider ayətullah Xameneyi və İranın teokratik rejimini hədəfləyir ki, bu da əvvəllər nadir müşahidə edilən bir haldır.

Küçələrdə ictimai məkanlar uğrunda əsl mübarizə gedir: nümayişləri qadağan edən qaydalara məhəl qoymayan etirazçılar reklam lövhələrini ya sökür, ya da onun üzərinə öz şüarlarını yazır.

“İnsanlar izdiham tərəfindən alqışla qarşılanan qızların və qadınların rəqs etdiyi müvəqqəti azad zonalar yaradıblar. Onlar repressiyaya son qoymaq tələbi ilə şüarlar səsləndirir, görüşüb hərəkatın hansı istiqamət alacağını müzakirə edirlər”, iranlı yazıçı və fəal Aleks Şəms BBC-yə deyib.

“Elə etirazların özü də fərqli bir gələcəyin təsəvvürünü yarada biləcək ən mühüm yerlərdən birinə çevrilib”.

Gənclərin gücü

Lövhə qarşısında başı açıq məktəbli qızlar


Hazırda məktəblilər ən fəal etiraz qruplarından biridir. HRANA-ya əsasən, etirazların gedişatında 47-dən çox uşaq həlak olub.

Həyatını itirən gənclər iğtişaşların tanınan simvollarına çevrilib. Nika Şəkərami və Zarina İsmayılzadə kimi adlar artıq paylaşılan həştəqlərə çevrilib və bir çox yerdəki qraffitilərdə onların simalarını görmək olar.

Əvvəllər gənclərin etirazlarda belə əhəmiyyətli rolu olmayıb.

İnternetdəki videolarda şagirdlər (əsasən qızlar) hökumət əleyhinə şüarlar səsləndirir, ayətullah Xameneyinin şəkillərini cırır və yaxud da dərsliklərdəki şəkilləri həlak olan etirazçıların görüntüləri ilə əvəz edirlər.

Sosial mediada yayılan videoların birində şagirdlər məktəbə çıxış etmək üçün gələn təhlükəsizlik qüvvələrinin zabitinə “Rədd ol!” deyə qışqırırlar.

Qorxuya üstün gələn müqavimət

Başı açıq olan qadın və təhlükəsizlik qüvvələri

Oktyabrın 29-da İnqilab Keşikçiləri Korpusunun rəhbəri Hüseyn Salami etirazçılara ultimatum verib: “Küçələrə çıxmayın! Bu gün iğtişaşların son günüdür”. Lakin elə həmin gündə aksiya və təhlükəsizlik qüvvələri ilə toqquşmalar barədə xeyli məlumatlar yayılıb.

BBC Farsca qəddar təqiblər qarşısında yenilməyən insanların çox saylı hekayələrini izləyib.

Onlardan biri, adının çəkilməsini istəməyən gənc qadın barədədir. O, nümayişə qatılmaq üçün öz körpəsini anasının yanında qoyduğunu deyir. “Qorxurdum, amma övladıma daha yaxşı gələcək vermək üçün bunu etməyə məcburam”.

Almaniyada yaşayan iranlı müğənni və fəal Fəravaz Fəvardini də hesab edir ki, mövcud vəziyyətin yaratdığı hiddət etirazlara təkan verib. “Hər şey bahalaşmaqdadır və çoxlu təzyiqlər var”, – Fəvardini deyir.

“Məhsa Əmininin başına gələnlərdən sonra insanlar gördü ki, hətta siyasətlə məşğul olmayanlar da boş yerə öldürülə bilər. Məncə, bu, bir çox insanı öz ümidləri uğrunda mübarizəyə cəlb etdi”.

Birlik

Rəqs edən qadın və kişilər


Bu etirazların əvvəlki hərəkatlardan fərqi həm də odur ki, aksiyalar İran cəmiyyətinin müxtəlif təbəqələrini hərəkətə gətirib.

2009-cu ildəki prezident seçkilərinin nəticələrindən sonra başlayan etirazların mərkəzində orta sinif dururdu. 2019-cu ildə isə yanacağın bahalaşması ilə bağlı kütləvi çıxışlar cəmiyyətin əsasən daha kasıb təbəqələrini cəlb etdi.

Lakin hazırda müxtəlif etnik qrupların bir araya gəldiyini görmək olar və bunu nümayişlərin şüarları da əks etdirir.

İranlı kürd Məhsa Əmininin ölümündən sonra keçirilən ilk etirazlarda onun ana dilində “Cin, Ciyan, Azadi” (kürdcə qadın, həyat və azadlıq) şüarı səslənib. İndi bu şüarı həm fars, həm də Azərbaycan dilində deyirlər.

Aleks Şəmsə əsasən, hökumət etirazların etnik separatçılığa və vətəndaş müharibəsinə yol açacağını desə də, aksiyalar ölkənin birliyini sarsıtmayıb.

“Müxtəlif mənşəli iranlılar arasındakı həmrəylik etirazlarda əsas rol oynadı, qorxu və şübhə baryerlərini dəf etdi”, Aleks Şəms deyir.

“Hökumət etirazların dinə zidd olduğunu iddia etməyə çalışsa da, həm dindar, həm də qeyri-dindar insanlar bir araya gəldi, düşmən olmaqdan imtina etdi”.

Əvvəlki etirazlar İranda əhəmiyyətli dəyişikliklərə səbəb ola bilmədi, lakin Şəms indiki vəziyyətin fərqli olduğuna inanır.

“Son bir neçə həftə insanların nəyin mümkün olduğuna dair düşüncələrini kökündən dəyişdi. Və bu, özü-özlüyündə artıq bir qələbədir”, – Şəms deyir.

Gundemxeber.az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İran hökuməti təhlükəsizik qüvvələrinin etirazçıları öldürdüyünü etiraf edib

    İran hökuməti təhlükəsizik qüvvələrinin ...

    4-12-2019, 14:39

  • 
  • Ayətulla Əli Xameneyi: Etirazlar Amerikanın İrana qarşı qəsdinin bir hissəsidır

    Ayətulla Əli Xameneyi: Etirazlar Amerikanın İrana ...

    27-11-2019, 20:03

  • 
  • İranda etirazların səngiməyəcəyini qəbul edənlər az deyil

    İranda etirazların səngiməyəcəyini qəbul edənlər ...

    30-11-2019, 18:46

  • 
  • BMT komissarı İranda nümayişçilərin necə güllələndiyini nümayiş etdirdi

    BMT komissarı İranda nümayişçilərin necə ...

    7-12-2019, 11:03

  • 
  • İranda etirazlar: qadın küçədə hicabı açdı və... - Video

    İranda etirazlar: qadın küçədə hicabı açdı və... ...

    19-06-2018, 11:47


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (485)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu